568) Poliomielit vaksini hansı formada buraxılır?
A) kapsula
B) draje
C) tutqun maye
D) şəffaf maye
E) toz
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
569) Uşağa poliomielit vaksinini nə vaxt vermək lazımdır?
A) yeməkdən 1 saat sonra
B) fərqi yoxdur
C) yemək vaxtı
D) yeməkdən sonra
E) yeməkdən əvvəl
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
570) Uşaqlara poliomielit vaksinini ilin hansı dövründə yeritmək məqsədəuyğundur?
A) yayda
B) fərqi yoxdur
C) payızda
D) qışda
E) may-avqust aylarında
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
571) Qızılca vaksinin tərkibini nə təşkil edir?
A) inaktivasiya olunmuş qızılca virusu
B) diri qızılca virusu
C) qızılca virusunun vaksin ştammı
D) qızılca virusunun öldürülmüş ştammı
E) qızılca virusunun vəhşi ştammı
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
572) Parotit vaksinin tərkibini nə təşkil edir?
A) inaktivasiya olunmuş vaksin ştamı
B) öldürülmüş vaksin ştamı
C) inaktivasiya olunmuş parotit virusu
D) diri vaksin ştammı
E) diri parotit virusu
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
573) Antirabik vaksinin tərkibini nə təşkil edir?
A) diri vaksin ştammı
B) vəhşi virus
C) inaktivasiya olunmuş vaksin ştamı
D) quduzluğun diri avirulent küçə virusu
E) inaktivasiya olunmuş quduzluq virusu
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
574) Antirabik vaksinin alınması üçün vaksin ştammı harada yetişdirilir?
A) bulyonda
B) bərk qidalı mühitdə
C) ətli-peptonlu bulyonda
D) duru qidalı mühitdə
E) toxuma kulturasında
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
575) A viruslu hepatiti olan xəstə xəstəliyin hansı dövründə daha böyük epidemioloji təhlukə törədir?
A) sarılıqönü dövrdə
B) xəstəliyin şiddətlənmə dövründə
C) xəstəliyin bütün dövrlərində
D) rekonvalessensiya dövründə
E) xəstəliyin şiddətlənmə dövrü və rekonvalessensiya dövründə
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
576) Xəstəliyin şiddətlənmə dövründə viruslu hepatitin ağırlıq dərəcəsini təyin edən əsas sindromlar hansılardır?
A) sarılıq+ hepato-lienal
B) sarılıq
C) dispeptik+sarılıq
D) hepato-lienal
E) dispeptik+hemorraji
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
577) B viruslu hepatitin kəskin gedişinin daha etibarlı immunoloji markeri nədir?
A) anti-corAgİgE
B) anti-HbsAgİgG
C) HbeAg+anti-corAgİgM
D) HBsAg
E) anti-corAg
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
578) Kəskin viruslu hepatitin etioloji amili sayılan virus hansıdır?
A) A tipli virus
B) M tipli virus
C) S tipli virus
D) Epşteyn-Barr virusu
E) E hepatit virusu
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
579) A viruslu hepatit zamanı epidemik prosesin xüsusiyyəti hansıdır?
A) uzun müddətli virusgəzdirmənin olmaması
B) hər il xəstələnmənin dövri yüksəlişi
C) mövsümiliyin olmaması
D) hər 3-5 ildən bir təkrarlanan xəstələnmənin dövri yüksəlişi
E) yaşlı şəxslərin xəstələnməsi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
580) A viruslu hepatitin sarılıqönü dövrünün ən çox yayılmış variantı hansıdır?
A) mədə-bağırsaq
B) asteno-vegetativ
C) qripəbənzər
D) artralgik
E) nevroloji
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
581) Qrip xəstələri üçün səciyyəvi olan xəstəliyin təzahür əlaməti hansıdır?
A) hepato-lienal sindrom
B) öskürək
C) xəstəliyin tədricən başlanması
D) hərarətin olmaması
E) yüksək, uzun sürməyən qızdırma
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
582) Qrip zamanı hipertoksikoz sindromunu hansı simptom müəyyən edir?
A) hipertenziya
B) qarında ağrılar
C) hipotermiya
D) baş ağrısının olmaması
E) qıcolmalar
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
583) Qripin mümkün olan ağırlaşması hansıdır?
A) qanaxma
B) birincili virus-bakterial pnevmoniya
C) qaraciyər sirrozu
D) kəskin ürək çatmamazlığı
E) qlomerulonefrit
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
584) Hansı sindrom qripin ağır gedişini inkar etməyə əsas verir?
A) abdominal sindromun olması
B) hipertoksikoz sindromunun olmaması
C) hipertermiyanın olması
D) qıcolmaların əmələ gəlməsi
E) kəskin tənəffüs çatmamazlığının olması
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
585) Hansı hallarda İİV-infeksiyalı xəstəyə son diaqnozu qoymaq olar?
A) davamlı limfadenopatiyanın əmələ gəlməsinə əsasən
B) İFA-da İİV-ə qarşı anticisimlərin əmələ gəlməsinə əsasən
C) İFA və immunoblot zamanı İİV-ə qarşı anticisimlərin əmələ gəlməsinə əsasən
D) bakterioloji üsulla
E) klinik əlamətlərə əsasən
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
586) Virusun ölçüsü hansı üsulla təyin olunur?
A) işıq mikroskopu ilə
B) lüminessent mikroskopiya
C) elektron mikroskopiya
D) üç-xlor sirkə turşusu vasitəsilə çökmə
E) radial immunodiffuziya
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
587) Virus infeksiyalarının laborator diaqnostika üsulları hansılardır?
A) parazitoloji
B) bakterioloji
C) allergik
D) mexaniki
E) seroloji
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
588) Virusların yetişdirilməsi üçün nə tətbiq edilir?
A) Endo mühiti
B) calaq hüceyrələrin kulturası
C) Kitt-Tarossi mühiti
D) Hiss mühiti
E) Vilson-Bler mühiti
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
589) Virusların indikasiya üsulu hansıdır?
A) Mantu sınağı
B) Şık metodu
C) Vasserman reaksiyası
D) Çeysler metodu
E) Sitopatogen təsir
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
590) Virusların yetişdirilməsi üçün hansı mühitdən istifadə olunur?
A) ətli-peptonlu aqar
B) qələvi mühiti
C) Vilson-Bler mühiti
D) inkişaf edən toyuq embrionu
E) Endo və Levin mühiti
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
591) Virusun quruluşu hansı metodla öyrənilir?
A) seroloji müayinə ilə
B) elektron mikroskopu ilə
C) kağız üzərində elektroforez ilə
D) qaranlıq sahədə mikroskopiya ilə
E) bakterioskopiya ilə
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
592) Toxuma kulturasında virusların olması necə aşkar edilir?
A) Mantu reaksiyasına görə
B) Askoli reaksiyasına görə
C) Sitopatogen təsirinə görə
D) Borde-Janqu reaksiyasına görə
E) Şik reaksiyasına görə
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
593) İİV-infeksiyasının serodiaqnostikasında hansı üsul istifadə olunur?
A) immunoferment metod
B) KBR-komplementin birləşmə reaksiyası
C) presipitasiya
D) aqqlütinasiya
E) HALR- hemaqqlütinasiyanın ləngimə reaksiyası
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
594) Toxuma kulturaları üçün qidalı mühit hansıdır?
A) Soton mühiti
B) Endo mühiti
C) Saburo mühiti
D) 199 mühiti
E) Leffler mühiti
Ədəbiyyat: Букринская А.Г. Вирусология. Москва, 1986
595) İnfeksion mononukleozun paraklinik meyarı hansıdır?
A) trombositopeniyanın olması
B) anemiyanın olması
C) qanda blast hüceyrələrinin olması
D) qanda atipik mononuklearların olması
E) limfositozun olması
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Bakteriologiya
596) Qanın əkilməsi zamanı qidalı mühitdən nə qədər götürmək lazımdır?
A) 1:15
B) 1:10
C) 1:5
D) 1:20
E) 1:1
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
597) Müayinə məqsədilə seroloji reaksiyaların qoyulması üçün nə qədər qan götürmək
lazımdır?
A) 2 ml
B) 1 ml
C) 0,5 ml
D) 5 ml
E) 10 ml
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
598) Hansı xəstəliklərin inkubasiya dövründə xəstə ətrafdakılar üçün epidemioloji təhlükə yarada bilər?
A) brüselyozda
B) A viruslu hepatit zamanı
C) salmonelyozda
D) yersinyozda
E) qarın yatalağında
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
599) Dizenteriya hansı yoluxuсu xəstəliklərə aiddir?
A) qurd invaziyaları qrupuna
B) karantin xəstəliklər qrupuna
C) zoonozlar qrupuna
D) sapronozlar qrupuna
E) antroponozlar qrupuna
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
600) Bağırsaq infeksiyalarının su alovlanması hansı əlamətlərlə xarakterizə olunur?
A) qış mövsümiliyi ilə
B) bağırsaq infeksiyasının yalnız hər hansı nozoloji formasının baş verməsi ilə
C) törədicinin bir sero-, faqo- və ya biovarının aşkar edilməsi ilə
D) törədiсilərin müxtəlif sero-, faqo- və ya biovarlarının aşkar edilməsi ilə
E) yay mövsümiliyi ilə
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
601) Hansı şəxslər ətrafdakılar üçün ən böyük epidemioloji təhlükə törədirlər?
A) vəbanın tipik forması ilə xəstələr
B) xronik vibriogəzdirənlər
C) tranzitor vibriogəzdirənlər
D) vəbanın kəskin forması ilə xəstələr
E) vəbanın atipik forması ilə xəstələr
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
602) Tibbi əlcəklər pasiyentin qanı ilə çirkləndikdə nə etmək lazımdır ?
A) onları növbəti istifadə üçün yararsız saymaq lazımdır
B) onu dərhal dezifeksiyaedici məhlulda isladılmış tamponla silmək, sonra isə axar suda yumaq və atmaq lazımdır
C) spirt məhlulu ilə silmək
D) dərhal suda yumaq
E) fenol məhlulunda islatmaq
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
603) Nəсisi laboratoriyaya göndərmək üçün nümunəyə konservant kimi nə əlavə oluna bilər?
A) bulyon
B) hidroperit
C) xloramin
D) fenol
E) qliserin
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
604) Vərəmli xəstənin bəlğəminin dezinfeksiyası neсə aparılır ?
A) dixlofosla
B) hidrogen peroksidlə
C) fenolla
D) natrium metasilikatla
E) piretrumla
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
605) Sterilizasiya nədir?
A) xarici mühitdə vegetativ formalı mikroorqanizmlərin məhv edilməsi
B) şərti-patogen törədicilərin məhv edilməsi
C) törədicilərinin məhv edilməsi
D) əşyalarda və digər predmetlərdə bütün mikroorqanizmlərin məhv edilməsi
E) xarici mühitdə infeksion xəstəlik törədicilərinin məhv edilməsi
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
606) Vəba törədiсisi hansı növə aiddir?
A) Bordetella
B) Vibrio
C) Moraxella
D) Salmonella
E) Veilonella
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
607) Bağırsaq çöplərinin morfologiyası neсədir?
A) uсları yumrulaşmış xırda kiçik çubuqсuqlardır
B) qrammüsbət rənglənirlər
C) mərkəzdə sporlar yerləşir
D) Neyser metodu üzrə rənglənirlər
E) qidalı mühitlərdə çoxaldıqda kapsula əmələ gətirirlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
608) Meninqokoklar hansı xüsuiyyətə malikdirlər?
A) qrammüsbət diplokoklardır
B) spor əmələ gətirirlər
C) lanset formalı koklardır
D) qrammənfi diplokoklardır
E) hərəkətlidirlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
609) Qonokoklar hansı xüsusiyyətə malikdirlər ?
A) qrammənfi diplokoklardır
B) obliqat anaeroblardır
C) ekzotoksin əmələ gətirirlər
D) qrammüsbət diplokoklardır
E) spor əmələ gətirirlər
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
610) Bakteriyaların kürəşəkilli formalarına hansılar aiddir?
A) basillər
B) spirillalar
C) spiroxetlər
D) vibrionlar
E) streptokoklar
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
611) Ağız boşluğundakı streptokokların əksəriyyəti enerji əldə etməsinə görə hansı qrupa aiddir?
A) fakultativ anaeroblardır
B) saprofitlərdir
C) obliqat anaeroblardır
D) obliqat aeroblardır
E) mikroaerofillərdir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
612) Bakterial mikrofloranın kəmiyyət və keyfiyyət tərkibinin dəyişməsi neсə adlanır?
A) parabioz
B) disbioz
C) kandidoz
D) eubioz
E) anabioz
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
613) Hansı törədiсilər patogen diplokoklara aiddir?
A) streptokoklar
B) stafilokoklar
C) mikrokoklar
D) qonokoklar
E) sarsinlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
614) Hansı törədicilər qrammüsbət bakteriyalara aiddir?
A) bağırsaq çöpü
B) qarın yatalağı çöpü
C) meninqokoklar
D) stafilokoklar
E) qonokoklar
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
615) Hansı törədicilər turşuyadavamlı bakteriyalara aiddir?
A) meninqokoklar
B) vərəm çöpü
C) qonokoklar
D) bağırsaq çöpü
E) difteriya çöpü
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
616) Sadə üsulla boyamaya hansı aid deyildir?
A) Qram üsulu ilə
B) gensianvioletlə
C) metilen abısı ilə
D) vezuvinlə
E) fuksinlə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
617) Hansı törədiсilər kapsul əmələ gətirən bakteriyalara aiddir?
A) dizenteriya çöpləri
B) difteriya çöpləri
C) bağırsaq çöpləri
D) qarayara çöpləri
E) qarın yatalağı çöpləri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
618) Bakteriyaların hərəkətliliyi hansı üsulla təyin olunur?
A) «əzilmiş damla»
B) Qram
C) Neyser
D) Romanovski- Gimza
E) Oceşko
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
619) Hansı xüsuiyyət streptokoklar üçün xarakterdir?
A) sporəmələgətirmə
B) yaxma-preparatda zəncir şəklində yerləşmə
C) turşuya davamlılıq
D) yaxma-preparatda salxımvari yerləşmə
E) qamçıların olması
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
620) Basillər üçün sporların rolu nədən ibarətdir?
A) çoxalma
B) əlverişsiz şəraitdə növün saxlanması
C) hüceyrənin degenerasiya əlaməti
D) makroorqanizmə düşdükdə müdafiə reaksiyası
E) rezerv qida maddələrinin toplanması
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
621) Bakteriyaların turşuyadavamlılığı nəyin olmasından asılıdır?
A) lipidlərin yüksək miqdarının
B) nuklein turşusunun
C) kapsulun
D) sitoplazmatik membranın
E) ribosomun
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
622) Hansı törədicilər sporəmələgətirən mikroorqanizmlərə aiddir?
A) sarsinlər
B) meninqokoklar
C) klostridiyalar
D) bakteriyalar
E) qonokoklar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
623) Hansı törədiсilər spor əmələ gətirirlər?
A) sifilis
B) qarın yatalağı
C) difteriya
D) tetanus
E) vəba
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
624) Aşağıdakı əlamətlərdən hansı patogen bassillərdə vardır?
A) Babeş – Neqri cisimcikləri
B) kürəşəkilli forma
C) sporlar
D) qrammənfi boyanma
E) volyutin dənəcikləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
625) Spiroxetlər hansı xəstəliyin törədiсiləridir?
A) toksoplazmozun
B) leptospirozun
C) furunkulyozun
D) vərəmin
E) kandidozun
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
626) Spor əmələ gətirməyən bakteriyalar aşağıda sadalanan hansı xəstəliyi törədirlər?
A) qazlı qanqrena
B) qarayara
C) botulizm
D) dizenteriya
E) tetanus
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
627) Hansı törədici hərəkətli bakteriyalara aiddir?
A) stafilokoklar
B) dizenteriya çöpü
C) streptokoklar
D) qarın yatalağı çöpü
E) vərəm çöpü
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
628) Sadə boyama üsulları nəyə imkan verir?
A) sporları boyamağa
B) qişanı aşkar etməyə
C) kapsulanı boyamağa
D) formanı öyrənməyə
E) hərəkətliliyi öyrənməyə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
629) Hüсeyrə divarından tamamilə məhrum olmuş bakteriyalar necə adlanır?
A) spiroxetlər
B) protoplastlar
C) göbələklər
D) stafilokoklar
E) aktinomisetlər
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
630) Endospor əmələ gətirən saplı göbələyin adı necədir?
A) aspergilla
B) maya
C) vibrion
D) spiroxeta
E) mukor
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
631) Hansı törədiсi mayayabənzər göbələklərə aiddir?
A) aspergilla
B) candida albicans
C) maya
D) mukor
E) penisillum
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
632) Hansı bakteriyalar peritrixlərə aiddir?
A) vəba vibrionu
B) bağırsaq çöpü
C) difteriya çöpü
D) dizenteriya çöpü
E) göy-yaşıl süd çöpü
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
633) Hansı törədici monotrixlərə aiddir?
A) spirillalar
B) vəba vibrionu
C) qarın yatalağı çöpü
D) Spirilla volutans
E) bağırsaq çöpü
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
634) Hansı bakteriyaların əyilmiş formaları vardır?
A) spirillaların
B) streptokokların
C) xlamidiyaların
D) diplokokkların
E) mikoplazmaların
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
635) Hansı törədici yalnız insan orqanizmində kapsul əmələ gətirən mikroblara aiddir?
A) qarayara çöpü
B) Fridlender çöpü
C) özena çöpü
D) bağırsaq çöpü
E) rinoskleroma çöpü
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
636) Qrammüsbət bakteriyaların peptidoqlikanı hansı xüsusiyyətə malikdir?
A) mozaik quruluşa, malik xarici membranla örtülmüşdür
B) bir qatlıdır
C) teyxoy turşuları ilə əlaqəlidir
D) lipoproteidlərdən ibarətdir
E) teyxoy turşuları ilə əlaqəli deyildir
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
637) Qrammənfi bakteriyaların peptidoqlikanı hansı xüsusiyyətə malikdir?
A) çoxqatlıdır
B) teyxoy turşuları ilə əlaqəli deyildir
C) teyxoy turşuları ilə əlaqəlidir
D) əlavələri vardır
E) peptid körpüsü vasitəsilə əlaqələnir
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
638) Hüceyrə divarından qismən məhrum olan bakteriyalar necə adlanır?
A) spiroxetlər
B) mikoplazmalar
C) sferoplastlar
D) protoplastlar
E) ureaplazmalar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
639) L-formalı bakteriyalar hansı formaya malikdirlər?
A) əyilmiş
B) spiralşəkilli
C) dairəvi
D) iyşəkilli
E) çöpşəkilli
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
640) Ştam nədir?
A) qidalı mühitdə becərilən eyni bir növün mikrob fərdləridir
B) müxtəlif hüceyrələrin nəslidir
C) bir fərddən alınan mikrob kulturasıdır
D) müəyyən infeksiya mənbəyindən ayırd edilən mikrob kulturasıdır
E) qidalı mühitdə becərilən müxtəlif növün mikrob fərdləridir
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
641) Prokariotlar hansı xüsusiyyətə malikdir?
A) Holci kompleksi vardır
B) mitoxondiriyalar vardır
C) mitoz yoxdur
D) ikiyə bölünmə yoxdur
E) formalaşmış nüvə vardır
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
642) Bakteriyaların klonları nədir?
A) müxtəlif hüceyrələrin nəslidir
B) bir fərddən alınan mikrob kulturasıdır
C) qidalı mühitdə becərilən eyni bir növün mikrob fərdləridir
D) müxtəlif infeksiya mənbəyindən alınan kulturadır
E) müəyyən infeksiya mənbəyindən ayırd edilən mikrob kulturasıdır
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |