Ərizə və Təqdim Etmə Qaydaları



Yüklə 41,05 Kb.
tarix25.10.2017
ölçüsü41,05 Kb.
#12364
növüQaydalar


Ərizə və Təqdim Etmə Qaydaları
Namizədlər ərizə qaydaları və proqram formatına tam uyğun olmalıdır. Bu qaydalarda göstərilən tələblərə cavab verməyən təkliflər nəzərə alınmayacaq.
Ərizənin Formatı: Texniki təklifin ümumi həcmi 8 səhifədən çox olmayaraq və tək aralıqlı, şriftin ölçüsü 11, səhifə kənarlarının ölçüsü 2 sm olmaqla, A4 formatında təqdim olunmalıdır.
Namizədlər ərizənin bir ədəd əslini və iki nüsxəsini Azərbaycan və ya İngilis dilində təqdim etməlidir. Ərizələr və qoşma sənədlər geri qaytarılmır. Hər bir təşkilat yalnız bir ərizə təqdim edə bilər. Bir neçə layihə təqdim edilərsə, yalnız qəbul edilmiş ilk müraciət nəzərdən keçiriləcəkdir.
Ərizələr aşağıda göstərilmiş ünvana şəxsən təqdim olunmalıdır:


  • Qadın İştirakçılığı Proqramının ofisi – 77/20 Əlövsət Quliyev küç, mən.15

  • Tel: (012) 497 4273 və ya 497 3788;

  • E-mail: aaslanov@counterpart.org

Məsul şəxs: Anar Aslanov, Counterpartın Bacarıqların Artırılması və Qrant Menecer
Müraciət üçün son tarix 20 Dekabr 2011-ci il 17:00
Suallar üçün əlaqə saxlayın:

Anar Aslanov - Counterpartın Bacarıqların Artırılması və Qrant Menecer

Tel: (012) 4974273 497 3788

Email: aaslanov@counterpart.org



Bundan əlavə, Sual-Cavab Sessiyası Counterpartın ofisində 7 dekabr, 2011-ci il saat 14:00 da keçiriləcək. Sual-Cavab Sessiyasını daha da asanlaşdırmaq və sizi daha ətraflı məlumatla təmin etmək üçün yazılı suallarınızı aaslanov@counterpart.org a təqdim etməyinizi təklif edirik.
Xüsusi Qeyd

Bu müsabiqə Kaunterpart və ya ABŞ Beynəlxalq İnkişaf Agentliyinin mütləq qaydada hər hansı bir mükafatın verilməsi öhdəliyi hesab edilə bilməz. Kaunterpart və ABŞ Beynəlxalq İnkişaf Agentliyi hər hansı bir layihənin və ya qəbul edilmiş bütün layihələri rədd etmək hüququnu özündə saxlayır. Yekun qiymətləndirmədən sonra bütün seçilmiş qrant alan təşkilatlar Kaunterpart təşkilatına Data Universal Numbering System (DUNS) nömrəsi təqdim etməlidirlər. Heç bir təşkilata DUNS nömrəsi əldə etmədən qrant verilməyəcək. Bundan əlavə ərizəçilər bilməlidirlər ki, təşkilatın adı, ünvanı və ayrılmış qrantın məbləği qrant verildikdən sonra ictimaiyyətə açıqlanacaq.


  1. TİTUL SƏHİFƏSİ




Təşkilatın adı




Qeydiyyat tarixi və nömrəsi




Layihənin adı




Layihənin başlama tarixi (gün / ay / il)



Layihənin bitmə tarixi

(gün / ay / il)





Layihənin icra olunacağı yer




Təşkilatın rəhbəri (ad, telefon, e-mail)




Layihə Rəhbəri/Təyin edilmiş Şəxs (ad, telefon, e-mai)





Ərizəçinin əlaqə məlumatı (ünvan, telefon, faks və e-mail)




Koalisiyanın tərkibi






Donordan tələb olunan məbləğ (manatla)





Xərclərin bölüşdürülməsi (manatla) və mənbə (müraciət edənlərin hamısını yoxlamaq)


AZN ________________

 Təşkilatın xərclərinin bölüşdürülməsi

 Digər xərclərin bölüşdürülməsi (fərdi, biznes, qeyri ABŞ donoru, başqa)


Layihənin ümumi büdcəsi (AZN ilə)







  1. QISA MƏZMUN (maksimum 1 səhifə)

Bu hissədə qısa problem hesabatı, təklif olunan üsul/həll, məqsəd və vəzifələr, nəzərdə tutulan benefisiarlar, layihənin həyata keçirilmə yeri, həyata keçiriləcək əsas fəaliyyətlər və gözlənilən nəticələr daxil olmaqla, layihənin qısa məzmununu təqdim etməyinizi xahiş edirik. Qeyd edilən bütün bəndlərin daxil edildiyindən əmin olmaq üçün qısa məzmunu sonda hazırlamanız məsləhət görülür.




  1. TEXNİKİ TƏKLİF (maksimum 6 səhifə, qoşmasız)




  1. Problem Təsviri. Siz hansı məsələləri hədəf götürürsünüz? Təklif olunan təbliğat layihəsində göstərilən xüsusi məsələ/problemi (ləri) göstərin və problemin əhəmiyyəti üçün sübut təqdim edin (məsələn, müvafiq sayda/keyfiyyətli sübut, ehtiyacın qiymətləndirilməsi, və s.).




  1. Təşkilat/ Koalisiya tarixi və texniki bacarıqlar. Siz bu proqramın həyata keçirilməsi üçün niyə ən yaxşı vətəndaş cəmiyyəti təşkilatı/koalisiyası hesab edilməlisiniz?

  1. Təşkilatların missiyasının müvafiqliyi;

  2. Müvafiq təcrübə (həyata keçirilmiş layihənin adı və müddəti, layihənin qısa təsviri, donor təşkilat (adı, telefon nömrəsi, emaili, təmsilcisi), partnyor/tərəfdaş təşkilatlar (əgər varsa) (adı, telefon nömrəsi, emaili, təmsilcisi).




  1. Layihənin məqsədi, hədəfləri və gözlənilən nəticələri. Təklif olunan layihənin məqsədləri, hədəfləri və xüsusi ölçülə bilən məqsədləri/nəticələri, xüsusilə layihənin məqsədə çatma yollarının təsvirini göstərin. Proqram hədəfləri, məqsədləri və nəticələri əldə edilə və ölçülə bilən olmalıdır.




  1. Məqsədə nail olmaq üçün həyata keçiriləcək fəaliyyətlər/strategiyalar. Hər bir məqsədin əldə edilməsinə xidmət edəcək həyata keçiriləcək bir sıra fəaliyyətləri təsvir edin və bu fəaliyyətlərin ardıcıllıq və vaxtını göstərin və əsaslandırın. Zəhmət olmasa, Əlavə A-da verilmiş hər bir şablon üçün tamamlanmış İş Planını təqdim edin.




  1. Nəzərdə tutulan benefisiarlar. Təklif olunan layihənin nəzərdə tutulan və gələcəkdə bundan faydalanan benefisiarlarını təqdim edin və onların necə faydalanacağını izah edin.




  1. Təbliğat hədəfi(ləri). Təklif olunan layihənin layihə müddətində ona təsir edəcək şəxslərin qərarlarının təbliğat hədəfini (lərini) göstərin.




  1. Proqramın monitorinq strategiyası. Layihənin necə monitorinq ediləcəyini təsvir edin. Layihə məqsədinə (lərinə) çatmaq üçün monitorinq, məlumat mənbəyi və məlumat toplama mexanizmləri, eləcə də məlumatın təhlili metodlarına ümumi yanaşmanı təsvir edin və müvəffəqiyyəti qiymətləndirmək üçün keyfiyyət və kəmiyyət nəticələrini təqdim edin. Planlaşdırılımış nəticələrə qarşı faktiki nəticələrin monitorinqi üçün məsul şəxsi göstərin.




  1. İşçi heyətinin təmin edilməsi və idarəetmə. Təklif olunan layihənin tam və yarım-ştat işçiləri haqqında məlumat verin və hansı tapşırıqlar üçün kimlərin məsul olacağını göstərin, xüsusilə də, ştat heyətinin təklif olunan işlər üçün vəzifələrini və rollarını qeyd edin (işçi heyətinin qısa müddətli xülasələrini və onların müvafiq iş təcrübəsi və ixtisasını göstərməklə iş məlumatlarını daxil edin).




  1. Treninq və bacarıqların artırılmasına tələbatları. İşçi heyətinizin bacarıqlarının artırılması ehtiyacı haqqında məlumat verin. Zəhmət olmasa, işçilərin artırılmış bacarığının layihənin həyata keçirilməsi ilə necə əlaqəli olduğunu izah edərək bacarıqların artırılmasına olan ehtiyacınızı sübut edin.



  1. BÜDCƏ VƏ TƏSVİRİ BÜDCƏ

Büdcə (Əlavə B-də verilmiş şablon) layihə həyata keçirilməsi üçün lazım olan bütün resursları özündə əks etdirməlidir. Təsviri büdcə özündə (Əlavə C-də verilmiş şablon) alınacaq resursların növləri, hər birinin dəyəri və qiymətinin əsaslandırılmasını əks etdirməlidir. Bu qranta əsasən mümkün xərclərə aşağıdakılar daxil ola bilər, lakin bununla məhdudlaşmır: proqram xərcləri, ofis avadanlığı, işçi heyəti, texniki yardım və inzibati xərclər. Namizəd bütün xərcləri, xüsusilə layihə təsirinin məzmununda verilmiş resusrların alınma, eləcə də ofis icarəsinin vacibliyini sübuta yetirməlidir.


Proqram xərclərinə planlaşdırılmış layihə fəaliyyətlərinin əsas mərhələlərinin həyata keçirilməsində iştirak edən xərclər daxildir. Bu xərclər layihənin həyata keçirilməsi, tədbirlərin təşkil edilməsi, nəşrlər, ədəbiyyatın alışı, treninq və seminarların təşkil edilməsi, treninq ləvazimatları və təchizatçılar, təbliğat materiallarının hazırlanması və yayılması və s. üçün nəzərdə tutulub (zəhmət olmasa, nəzərə alın ki, təşkilatın/hərəkatın ödənişli xəbər çatdırılması üçün heç bir maliyyə ayrılmır).
Avadanlıq/Mebel – bu kateqoriyaya kompüter, printer və digər ofis avadanlığının və ya mebelin alışı və ya icarəsi daxildir.
Şəxsi heyət – buraya yarım və tam ştat işçilərin, həmçinin layihəyə cəlb olunan mütəxəssislərin maaşları daxildir. Onlar YALNIZ təklif olunan layihə çərçivəsində həyata keçən fəaliyyətlər üçün ödəniş ala bilərlər, və bütün heyət xərcləri çox yaxşı doğrulmalıdır.
Texniki dəstək təşkilatın təbliğat sahəsində bacarıq inkişafını yaxşılaşdırmaq məqsədi ilə işçi heyətinin treninqi ilə bağlı xərclərdən və digər xidmətlərdən ibarətdir: məsələn, seminar, treninqlərdə iştirak haqqı, həmçinin şəbəkələr üçün üzvlük haqqı. Texniki yardım təklif olunan büdcənin 10%-nı keçməməlidir və işçi heyətinin təşkil etmə tələbatlarına uyğun olmalıdır.
İnzibati xərclərə layihənin icrası üçün lazım olan xərclər daxildir, məsələn, ofis icarəsi və rabitə (telefon, faks, İnternet), kommunal xidmətlər (elektrik, su təchizatı və s.), və nəşr/təkrarlanma (kağız, toner, zərflər və s.).



  1. Tələb olunan əlavələrİn sİyahısı:

A) İş planı (şablon əlavə edilib)

B) Büdcə (şablon əlavə edilib)

C) Təsviri Büdcə (şablon əlavə edilib)

D) Şəxsi heyətin qısa tərcümeyi-halı və iş təsviri

E) Təşkilat qeydiyyatının nüsxəsi

E) Missiya bəyanatı ilə yanaşı təşkilatın nizamnaməsinin nüsxəsi

G) Təşkilatın 60,000 ABŞ dolları yaxud daha yüksək məbləğli fərdi qrant idarə etməsinə dair keçmiş təcrübəsini göstərən sənədlər (qrant sazişlərinin nüsxələri, donordan gələn məktub, müstəqil auditorlar tərəfinddən audit hesabatları, və s.)


Ərizənizə yardım məqsədilə əlavə qoşmalar təqdim edə bilərsiniz.
Yüklə 41,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin