Ermənilər apostol deyillər Azərbaycan ərazilərindəki Alban dövrü abidələrinin ermənilərə heç bir aidiyyatı yoxdur



Yüklə 33,93 Kb.
tarix30.10.2017
ölçüsü33,93 Kb.
#22915

Ermənilər apostol deyillər...
Azərbaycan ərazilərindəki Alban dövrü abidələrinin

ermənilərə heç bir aidiyyatı yoxdur.

Ermənistan hökuməti, işğal etdiyi Azərbaycan ərazilərini erməniləşdirməklə, bu ərazilərdə özlərinin həyata keçirdikləri işğalçılıq hərəkətlərinə beynəlxalq səviyyədə bəraət qazandırmaga və bu torpaqları Ermənistana birləşdirməyə çox ciddi şəkildə çalışırlar. Onların düşüncəsinə görə, işğal altında saxladıqları bu ərazilər həm dini, həm mədəni və həm də tarixi baxımdan dünyada erməni millətinə məxsusluğu təsdiq olunmasa, onlar bu ərazilərdə rahat yaşaya bilməyəcəklər. Məhz bu səbəbdən də erməni ideoloqları suni dəlillər düşünüb tapır və bu dəlillər üzərində baş sındıraraq, Azərbaycanın tarixi ərazilərinin ermənilərə məxsusluğuna dünya ictimaiyyətini inandırmağa çalışırlar.




İşğal olunmuş Azərbaycan ərazilərində toponimlərin və yer adlarının eləcədə, tarixi memarlıq abidələrinin forma və məzmunun dəyişdirilməsi, bir çox bədii daş nümunələrinin, türbələrin, qəbristanlıqların, qəbirüstü abidələrin və at-qoç fiqurlarının məhv edilməsi, bu ərazilərdə qeyri-qanuni aparılan arxeoloji qazıntılar zamanı əldə edilən dəlillərin ermənilərə məxsus olduğunun iddia edilməsi, bu qəbildən olan tədbirlərdir ki, həyata keçirirlir.
Bundan başqa, ermənilər işğal etdikləri Azərbaycan ərazilərindəki inzibati yaşayış məntəqələrində kilsə, eləcədə xatirə ansambıllarının və erməni xaç daşları tikintikərək bu torpaqların erməni əraziləri olduğunu “sübut” etməyə çalışırlar. Bu tikintilər üçün əldə edilən maliyyə vəsaiti erməni kilsə xadimlərinin tapşırığı ilə dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarının iştirakı ilə toplanır və Qarabağa gətirilir.

Erməni kilsə xadimləri, ermənilər arasında böyük nüfuza malikdirlər. Uzun illər erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşmələrinə səbəb olmuşdur. Məhz bunun nəticəsində də erməni kilsəsi tək dini ayinlərin icrası ilə qənaətlənməmiş həm də siyasi-ideoloji məsələlərlə məşğul olmuşdur.
Erməni kilsə xadimləri sadə ermənilər arasında daim siyasi təbliğat aparır,digər xalqlara qarşı təxribat planları hazırlayır, əhalidən kilsəyə yaxın olan siyasi və hərbi güclərə dəstək vermələrini tələb edir və bu məqsədlə ianə toplayırlar. Çünki erməni kilsəsi dünyanın aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdirlər və fəaliyyətlərini onlarla razılaşdırırlar. Məhz bu iş birliyi nəticəsində xüsusi ilə XIX və XX əsrlərdə müxtəlif ölkələrdə bir çox terror hadisələri təşkil edilmiş və belə genişmiqyaslı terrorların biri nəticəsində Azərbaycanın 20% torpaqlarını işğal edilmişdir.

Bu idarəçilik sistemi yuxarıda deyildiyi kimi erməni qriqori kilsələri tərəfindən həyata keçirilir. Erməni kilsə sistemində vahid kilsə rəhbərliyi olmadığından bu kilsələr arasında həmişə daxili rəqabət və gərginlik hökm sürür. İndi bir çox erməni din xadimləri erməni kilsəsini, Erməni apostol kilsəsi – adlandırırlar bu kökündən yanlışdır. Erməni kilsəsi Rus mənbələrində doğru olaraq “Erməni qriqoryan kilsəsi” kimi adlandırılır. Hamıya məlimdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Çünki albanlar 313-cü ildə xristianlığı qəbul edəndən 270 il sonra bu dini ermənilər qəbul edib. Bu akademik Ziya Bünyadovun araşdırmalarında da öz əksini tapır. O, dəlillərlə sübut edir ki, ermənilər həqiqətən 583-cü ildə Qriqorinin başçılığı altında xristianlığı qəbul ediblər. Ermənilər apostol deyillər. Ermənilərin apostol olub-olmaması məsələsi uzun illər mübahisə mövzusu olmuşdur. Bu mübahisəyə Alban katalikosu Avraam aydınlıq gətirmişdir. Bu məqam Alban katalikosu Avraamın albanlata ünvanlanan məktubunda öz əksini tapır. O yazırdı: “ ... Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər”. Bax, məsələdə elə bundadır. Göründüyü kimi ermənilər burada da saxtakarlıq nümayiş etdirirlər.

Hal-hazırda dünya ermənilərinin idarə olunmasında ciddi rolu olan əsasən iki katolikosat mövcuddur, onlardan birincisi Livanda yerləşən Kilikiya katolikosluğu, digəri isə indiki Ermənistandakı Üçkilsə kilsəsi (Eçmiadzin) katolikosluğudur. Ermənistandakı katolikosla Kilikiyadakı patriarx arasında, ilk baxışda çox gözə çarpmayan ciddi rəqabət mövcud olsa da onlar ümumi erməni mənafeləri naminə bir-birləri ilə tez dil tapırlar. Hal-hazırda Dağlıq Qarabağın və yeddi ətraf rayonların ərazilərinin erməniləşdirilməsi məsələsində olduğu kimi.
İşğal Olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edir. Burada erməniləşmə əsasən klassik erməni şurunda dəbdə olan müxtəlif ölçülü daşlar üzərində yonulan bədii xaç daşı və erməni dilində bədii daş nümunələridir.
Xaç daşları adətən yer səthindən hündürlüyü 300 mm-dən 3000-4000 mm-dək hündürlükdə yonularaq quraşdırılır. Əvvəllər erməni xaçdaşları heç bir bədii həlli olmayan sadə üslubda yonulurdusa, hal-hazırda yonulan erməni xaçdaşları yüksək bədii həlli olan, alban dövrü bədii daş nümunələrinin müxtəlif ornamentlərindən istifadə edilməklə yonurlar.
Bu xaçdaşları ermənilər, əsasən keçmiş istirahət zonalarında, yol kənarlarındakı avtomobil dayanacaqlarında, gözəl mənzərələrlə əhatə olunmuş bulaqların yanında, tarix və memarlıq abidələrinin ərazilərində, tarixi əhəmiyyət daşıyan yerlərdə, turistlərin diqqətini çəkən dağ yamaclarında, yüksəkliklərdə, qəbristanlıqlarda, yaşayış massivlərində və digər yerlərdə quraşdırılır.
Müxtəlif yaylalarda və bəzən də dağ yamaclarında 100-200 xaçdaşı ardıcıllıqla yerə elə basdırılır ki, burada o qəbristanlığı xatırladır. Hal-hazırda işğal olunmuş ərazilərimizdə bir neçə belə xaç qəbristanlığının olduğu bizə məlum olmuşdur. Belə qəbristanlıqları yaratmaqda ermənilərin məqsədi, Qarabağa ayaq basan hansısa bir əcnəbiyə bu torpaqların bir xristian torpaqları olduğu təsuratını yaratmaqdır.
Erməni mətbuatının verdiyi məlumata görə İşğal olunmuş Azərbaycan ərazilərindəki təkcə erməni xaçdaşlarının sayı təqribən 2000 ədəddən çoxdur. Təqribən bunun yarısı miqdarında isə erməni dilində yazılar olan bədii daş nümunələri saxta yolla bu ərazilərdə yerləşdirilib. Erməni yazıçısı Arsen Melik-Şahnazarovun 2011-ci ildə Minsk şəhərində rus dilində çap etdirdiyi “Dağlıq Qarabağ: nifrətin xronikası” addlı kitabında yazır: “hal-hazırda Dağlıq Qarabağ ərazilərində 1000-dən çox qədim erməni dilində yazılmış bədii daş nümunələrinə və qəbir daşlarına rast gəlmək olur”-(adı çəkilən kitab, səhifə-14).
Hamıya məlumdur ki, 1992-ci il erməni işğalına qədər nəinki Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Dağlıq Qarabağın digər rayonlarının ərazilərində, heç indiki Ermənistanın Zəngəzur, Dərələyəz bölgələrində və Göyçə gölü hövzəsi rayonların ərazilərində belə, Istər yerli istərsədə xarici tədqiqatçılara bir dənə də olsun qədim erməni dilində olan bədii daş yazı nümunəsinə və ya erməni xaç daşına rast gəlinməyib. XVIII-XIX və XX əsrin əvvəllərinə qədər Cənubi Qafqaza səfər edən xarici ölkə tədqiqatçıları burada qədim erməni dilində olan bədii daş yazı nümunəsinə və ya erməni xaç daşına rast gəldiklərini təsdiq etmirlər.
Burada belə bir qənaətə gəlmək olar ki, bu ərazilərdə hal-hazırda nümayiş etdirilən yüzlərlə erməni bədii daş nümunələri ermənilər tərəfindən ərazilər işğal edildikdən sonra yerləşdirilib.
Ermənilər işğal etdikləri ərazilərimizdə xaç daşları, xatirə ansambılları və digər erməni daş bəbii nümunələri ilə bərabər kilsə tikintilərini də xüsusi bir inkişaf tempi ilə aparırlar. Bu ərazilərdə kilsələri ermənilər ibadət etmək məqsədi ilə deyil yalnız görüntü məqsədi ilə inşa edirlər. Belə ki yeni tikilən erməni kilsələrinin əksəriyyəti məskunlaşdırılan ermənilərin yaşayış massivlərindən xeyli uzaq ərazilərdə tikilir. Bu tikintilərin içərisində özünəməxsus üslubu və yüksək bədii həlli olan xatirə ansambılların tikintisinə xüsusi diqqət yetirilir. Maraqlıdır ki Azərbaycan torpaqlarında tikilən bu xatirə ansambılları Azərbaycanda və dünyanın digər yerlərində qanlı qırğınlar törətmiş məhşur terrorçuların xatirəsinə ucaldılır. Bunlar dünyada analoqu olmayan tikintilərdir. Çünki dünyanın heç bir ölkəsində əli dinc insanların qanına batmış terrorçuların xatirəsinə abidələr tikilmir.


Tarixi baxımdan nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rst gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti öz mənzil qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçılarıda öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( Zapiski karabaxskoqo soldata. Moskva 1995) kitabında qeyd edir.


1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1970-1980-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı.
Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmamışdır. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsinin inşa etmələri bizə məlumdur. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.





Sovetlər dönəmində Azərbaycanın digər ərazilərində olduğu kimi Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin bütün şəhər və qəsəbələrində, 1941/45-ci illərdə “Böyük Vətən Müharibəsi”-ndə həlak olan bu şəhər və qəsəbələrin müharibə iştirakçılarının xatirələrinə abidələr ucaldılmışdı. O dövrdə bu tipli abidələr həqiqətən öz mıhtəşəmliyi və əzəməti ilə diqqət çəkirdi. Işğal dövrü ermənilər bu abidələrə də əl gəzdirərək erməniləşdiriblər. Beləki bu abidələrin üzərindən ornamental lövhələri söküüb dəyişdirmiş, divarlarındakı yazıları silərək orada erməni döyüşçülərinin adlarını yazsalar da bu abidələrin formalarını dəyişdirə bilməyiblər.
Bu ərazilərdə ən acınacaqlı vəziyyət Ağdam rayonunun Şahbulaq ərazisində yaşanır. Burada ermənilər Pənahəli xanın qəsri ətrafında arxeoloji qazıntılar apararaq tapdıqları məişət əşyalarından ibarət qəsrin içərisində muzey yaradıblar. Dünyanın bir çox ölkələrindən elm adamlarını bu qazıntılara cəlb edən ermənilər Pənahəli xanın qəsrini erməni knyazı II Tiqranın iqamətgahı kimi təbliğ edirlər. Dünyanın bütün tarixi mənbələrində isə əsl həqiqət isə bundan ibarətdir: - “E.ə. I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tiqran (e.ə.96-55)ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürütdü və bu günkü Livanın cənubuna qədər olan ərazini işğal etdi. II Tiqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxılığında saldırdığı Tiqranakert şəhərinə köçürdü. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan hökmdarları arasında olan döyüşdə II Tiqran məğlub edildi və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur oldu”.
Bilinmir yüz illər sonra birdən-birə Qarabağda peyda olan II Tiqran bu ərazilərin erməniləşməsini təmin edə biləcəkmi?
Faiq İsmayılov
Yüklə 33,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin