Bütün müsəlmanlara verilən əmanət
Bu dəyərləri Həzrət Peyğmbər (s) müsəlman üçün ən yüksək statusa qaldırır - əmanət adlandıır. Avtomatik olaraq, bunun qorunub-saxlanması ilə bağlı ümmətin üzərinə vəzifə gəlir. Qorumaq nə deməkdir? Buyuruşlarla tanış olub, onlara əməl etməkdir. Əhli-beyti (ə) tanıyıb, əməllərini anlayıb, həyat prinsiplərini dərk edib, bunlara uyğun yaşamaq, onların ardıcılı olmaqdır.
Tarix göstərir ki, Peyğəmbərimiz (s) axıradək fitnə düşməsinin qarşısını bütün qüvvəsi ilə almağa çalışırdı. Rehlətindən bir neçə gün öncə, Həzrət (s) Mədinə məscidində sübh namazından sonra müsəlmanlara müraciətlə demişdi: «Ey camaat! Fitnə atəşləri şölələnib və fitnələr qaranlıq gecənin dalğalarının hissələri kimi baş qaldırmışlar. Mən Qiyamət günü sizi qarşılayacağam. Və siz Kövsər hövuzunda mənə tərəf gələcəksiniz. Agah olunuz ki, Səqəleyn (2 qiymətli əmanət) haqqında sizdən soruşacağam. Bəs baxınız, məndən sonra o ikisi haqqında rəftarınız necə olacaq. Çünki Lətif və Xəbir Allah məni agah edib ki, bu ikisi bir-birindən ayrılmayacaq – o zamana qədər ki, mənimlə görüşəcəklər. Agah olunuz ki, mən bu ikisini sizin aranızda qoyub gedirəm. Onlardan irəli çıxmayınız ki, bir-birinizdən ayrılmış və dağınq olarsınız. Onlarla münasibətinizi əsirgəməyiniz ki, həlakətə çatarsınız».
Bir daha görürük ki, 2 fundamental, qiymətli əmanətin - Qurani-Kərimin və Əhli-beytin (ə) birgə qorunması barədə tövsiyə verir Peyğəmbərimiz (s) müsəlmanlara. Bunlardan yapışarsa, ayrılmazsa - nicata yetişər ümmət. Heç zaman müşkülü, çətinliyi olmaz onları əmələn qorusa. Amma onlardan irəli keçmək istəyərsə, onları adlayıb keçərsə - pərakəndə olacaq, ayrılacaq, bölünəcək. Yaxud, onlara münasibətdə soyuqluğa, biganəliyə yol verərsə - Peyğəmbərimizin (s) xəbərdarlığına görə, ümmət həlakətə düşər.
Dostları ilə paylaş: |