Ev təsərrüfatlarının gəlirlərinin mövcud vəziyyəti: kənd təsərrüfatı fəaliyyəti sahələri üzrə gəlirlərin təhlili



Yüklə 388,33 Kb.
səhifə9/10
tarix01.01.2022
ölçüsü388,33 Kb.
#107205
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10
Məmmədov UNEC 2021 Ev təsərrüfatlarının gəlirləri.

Kəndlər

Plankənd

Atabəy

Kərəmli

Kənd təsərrüfatı fəaliyyətləri

Vahid

Mənfəət'>Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi, %

Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi,%

Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi,%

Südlük inək

AZN/bir baş südlük inək

741

341

400

117

828


348


480


138


884


436


448


103


Qoyunçuluq

AZN/bir baş qoyun

97

27

70

259

117

39

78

200

107

41

66

161

Keçiçilik

AZN/bir baş keçi

103

28

75

268

100

39

61

156

103

39

64

164

Toyuq

AZN/bir baş toyuq

53

30

23

77

31

19

12

63

24

14

10

71

Qaz

AZN/bir baş qaz

22

11

11

100

22

11

11

100

22

11

11

100

Arıçılıq

AZN/bir arı ailəsi

147

55

92

167

180

53

127

240

216

58

158

272

Kartofçuluq

AZN/hektar

4144

1331

2813

211

5857

1625

4232

260

3798

2240

1558

70

Buğda

AZN/hektar

-

-

-

-

697

357

340

95

697

342

355

104

Moruq

AZN/hektar

-

-

-

-

-

-

-

-

5000

1980

3020

153

Biçənək

AZN/hektar

338

235

103

44

360

223

137

61

389

309

80

26

Cədvəl sorğu məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Moruqda isə bu göstərici 39,6 faizdir. Kərəmli kəndi üzrə ən diqqət çəkən məqam isə kartofçuluqda rentabellik səviyyəsinin Plankənd və Atabəy kəndlərinə nisbətən aşağı olmasıdır.Kartofçuluq Kərəmli kəndində biçənəkdən sonra ən az rentebelli fəaliyyət sahəsidir. Bunun səbəbi isə bir hektar kartof əkinin çəkilən xərclərin daha çox olmasıdır. Rentabellik səəviyyəsinin

aşağı olmasına baxmayaraq, Kərəmli kəndində model ev təsərrüfatı moruqdan sonra ən çox gəliri bir hektar kartof sahəsindən əldə edir. Bütün tədqiqat kəndlərində olduğu kimi ev təsərrüfatının gəlirdə ən az payı quşçuluq sahələrindəndir. Ümumilikdə isə Kərəmli kəndində ev təsərrüfatlarının heyvandarlıq sahəsindən əldə etdiyi gəlir ümumi kənd təsərrüfatından əldə etdiyi gəlirin cəmi 12%-nə bərabərdir.

Gürcüstanın tədqiqat kəndlərindən əldə olunan nəticələrə əsasən deyə bilərik ki, bu kənddə olan rentabellik bizim tədqiqat kəndlərinə nəzərən daha yüksəkdir. Bunun isə əsas səbəbi bu ölkədə ümumilikdə qiymətlərin bizim ölkəyə nəzərən daha ucuz olmasıdır.Belə ki, yem bazasının geniş olması yemə çəkilən xərclərin azalmasına gətirib çıxarır. Gürcüstanın da tədqiqat sahələrinin göstəriciləri də hesablanma metodu Azərbaycanda olduğu kimidir. Bizdən fərqli olaraq göstəricilər Gürcüstanın milli valyutası olan lari (GEL) ilə hesablanmışdır. Bununla belə, ayrı-ayrı fəaliyyət sahələrinə bütün kəndlərdə rast gəlindiyi üçün dolğun məlumat götürülmüş bir kəndin məlumatlarına əsasən digər kəndlərdə də bu göstəricilər hesablanmışdır. Məsələn: Qombori kəndinin göstəriciləri əsasında Araşenda və Şaxvetila kəndləri üçün bir hektar biçənəkdən, Araşenda kəndinin göstəriciləri əsasında Şaxvetila kəndi üçün bir hektar üzüm sahəsindən, Araşenda kəndinin göstəriciləri əsasında Qombori və Şaxvetila kəndləri üçün bir hektar buğda sahəsindən və Qombori kəndinin göstəricləri əsasında Araşenda kəndi üçün bir baş donuzçuluqdan əldə edilən göstəricilər hesablanmış və təbii olaraq həmin göstəricilər eynilik təşkil edir. Bütün bunların fonunda Gürcüstanın tədqiqat kəndlərindən əldə olunan nəticələrə əsasən deyə bilərik ki, bu kəndlərdə olan rentabellik bizim tədqiqat kəndlərinə nəzərən daha yüksəkdir. Bunun isə əsas səbəbi bu ölkədə istehsala çəkilən xərclərin qiymətinin bizim ölkəyə nisbətən daha ucuz olmasıdır. Belə ki, örüş sahələrinin çox olması yemləmə xərclərinin azalmasına gətirib çıxarır. Gürcüstanın da tədqiqat sahələrinin göstəriciləri də hesablanma metodu Azərbaycanda olduğu kimidir. Bizdən fərqli olaraq göstəricilər Gürcüstanın milli valyutası olan lari (GEL) ilə hesablanmışdır.

Gürcüstanın Qombori kəndi üçün hesablanmış maliyyə göstəriciləri yalnız kənd təsərrüfatının doqquz əsas fəaliyyət sahəsini əhatə edir. Bu fəaliyyət sahələri içərisində ən çox rentabelliyə malik olan sahə kartofçuluqdur (245%). Buna baxmayaraq kartofçuluq əldə edilən gəlirə görə bir hektar buğda və biçənəkdən, heyvandarlıqda isə südlük inək və donuzçuluqdan geri qalır. Biçənək sahəsindən gəlir yeksək olsa da xərcləri çoxluğu onun rentabellik səviyyəsini aşağı salır. Ölkəmizin tədqiqat kəndlərində olduğu kimi Gürcüstanda da quşçuluq məhsul vahidi üzrə ən az gəlir gətirən fəaliyyət sahələridir. Ancaq əldə edilən məlumatların azlığı qonşu ölkə üzrə ev təsərrüfatlarında bir baş qaz üçün maliyyə göstəricilərini hesablamaq mümkün olmamışdır. Bu ölkədəki ev təsərrüfatlarının, Azərbaycanın ev təsərrüfatlarından daha bir fərqi isə bu ev təsərrüfatlarında ümumilikdə ölkə üçün spesifik olan donuzçuluqla məşğul olmalarıdır. Donuzçuluq, rentabellik səviyyəsi yüksək olmasa da Qombori kəndi üçün ən çox gəlir əldə edilən fəaliyyət növüdür. Xərclərin yüksək olmaması donuzçuluğu əldə edilən mənfəətə görə də ev təsərrüfatları üçün ən vacib kənd təsərrüfatı fəaliyyəti sahəsidir. Qombori kəndində ev təsərrüfatlarının məhsul vahidinə görə 1000 laridən (690 manat) çox gəlir əldə etdiyi fəaliyyət sahələri donuzçuluq, südlük inək və bir hektar ərazidən buğda əkinidir. Donuzçuluq və Südlük inək ev təsərrüfatlarının heyvandarlıqdan əldə etdiyi gəlirin 81 faizini təşkil edir. Bir hektar buğdadan əldə edilən gəlir isə bitkiçilikdən əldə edilən gəlirin 39 faizinə bərabərdir.

Gürcüstanın Araşenda kəndində Qombori kəndinə nisbətən daha çox fəaliyyət sahələri vardır. Nəticələr on fəaliyyət sahəsinə görə hesablanmışdır. Araşenda kəndinin isti iqlimi burada üzümçülüyün və taxılçılığın inkişafına münbit şərait yaradır. Xüsusi ilə üzümçülük bu kənddə əsas gəlir mənbələrindən biridir. Daha əvvəl üzümçülüyün Gürcüstan iqtisadiyyatı üçün hansı əhəmiyyətə malik olduğunu qeyd etmişdik. Buna baxmayaraq üzümçülükdə xərclərin çoxluğu rentabellik səviyyəsinə təsirsiz ötüşməmişdir (51%). Üzümçülük bu göstəriciyə görə yalnız biçənək sahəsinin rentabellik səviyyəsini (30%) üstələyir. Bununla belə, üzümçülük əldə edilən mənfəətə (609 manat) görə yalnız kartofçuluqdan geri qalır. Üzümçülüklə bərabər kartofçuluq, donuzçuluq, südlük inək, taxılçılıqda isə buğda əkini ev təsərrüfatlarının ən gəlirli fəaliyyət sahələridir. Bu kənddə arıçılığın rentabelliyi nəinki digər fəaliyyət sahələrinə, hətta bütün tədqiqat kəndlərinə nisbətən çoxdur. Belə ki, bu fəaliyyət sahəsinin rentabelliyi 368%-ə bərabərdir ki, bu altı kənddə bütün kənd təsərrüfatı fəaliyyətləri içərisində ən yüksək göstəricidir. Arıçılıqla yanaşı kartofçuluq, qoyunçuluq, südlük inək və keçiçilik yüksək rentabellik səviyyəsinə malik fəaliyyət sahələridir. Araşenda kəndində ev təsərrüfatları heyvandarlıq fəaliyyətindən əldə etdiyi gəlirin 43 faizini donuzçuluqdan, 38 faizini südlük inəkdən əldə edir. Ev təsərrüfatlarının bitkiçilikdən əldə etdikləri gəlirin isə 43 faizini üzümçülük, 28 faizini kartofçuluqdan əldə edir.

Şaxvetila kəndində göstəricilər digər iki Gürcüstan kəndinə olduqca yaxındır. Bunun əsas səbəblərindən biri Gürcüstanda sorğuları cavablandıran respondentlərin müvafiq suallara dolğun cavab verə bilməməsidir. Buna görə də daha əvvəl qeyd edildiyi kimi bəzi fəaliyyət sahələrindəki göstəricilər digər kəndlərə istinad edilərək hesablanmışdır. Ev təsərrüfatlarının əsas gəlirini müvafiq olaraq üzümçülük, kartofçuluq, donuzçuluq, südlük inək və buğda əkinindən əldə edilir. Arıçılıq Araşenda kəndinə nisbətən az rentabelli olsa da, bu kənd üçün ən rentabelli fəaliyyət növüdür. Arıçılıqla yanaşı, kartofçuluq, qoyunçuluq, südlük inək, keçiçilik, ən rentabelli fəaliyyət sahələridir. Ən az rentabelli fəaliyyət sahələri isə biçənək (30%) və üzümçülkdür (51%). Sorğunun nəticəsinə görə Şaxvetila kəndində ev təsərrüfatları əsas fəaliyyət sahələrindən olan kartofçuluq, donuzçuluq, südlük inək və qoyunçuluqdan əldə edilən gəlirdən daha azdır. Qombori kəndindin ev təsərrüfatlarına nisbətən isə bir baş südlük inəkdən əldə edilə gəlir 115 lari (79 manat), kartofçuluqdan əldə edilən gəlir isə 2.2 dəfədən çoxdur. Bu Şaxvetila kəndinin, Qombori kəndinə nəzərən daha yaxşı infrastruktura (bazar infrastrukturu) malik olması ilə əlaqədardır. Yəni Qombori kəndində ev təsərrüfatları satış kanallarının az olması, yetişdirilən məhsulların gec satılması, əsasən şəxsi istehlak istiqamətli istehsalın olunması məhsulların bazar qiymətini almamasına gətirib çıxarır. Ümumilikdə südlük inək və donuzçuluq heyvandarlıqdan əldə edilən gəlirin 81 faizini, təşkil edir. Bu göstərici Araşenda kəndi ilə eynidir. Ev təsərrüfatlarının bitkiçilikdən əldə etdikləri gəlirin isə 70 faizini üzümçülük və kartofçuluqdan əldə edir. Müvafiq göstərici üzrə Şaxvetila kəndi Araşenda kəndindən yalnız 1 faiz bəndi azdır.
Cədvəl 2.

Gürcüstanın tədqiqat kəndlərində ev təsərrüfatlarının maliyyə nəticələri





Yüklə 388,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin