Ev təsərrüfatlarının gəlirlərinin mövcud vəziyyəti: kənd təsərrüfatı fəaliyyəti sahələri üzrə gəlirlərin təhlili



Yüklə 388,33 Kb.
səhifə10/10
tarix01.01.2022
ölçüsü388,33 Kb.
#107205
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10
Məmmədov UNEC 2021 Ev təsərrüfatlarının gəlirləri.

Kənd təsərrüfatı fəaliyyətləri

Vahid

Qombori

Araşenda

Şaxvetila

Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi, %

Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi,%

Gəlir

Cəmi xərclər

Mənfəət

Rentabellik səviyyəsi,%

Südlük inək

AZN/bir baş südlük inək

787


277


510


184


828


302


526


174


866


355


511


144


Qoyunçuluq

AZN/bir baş qoyun

94


35


59


167


87


32


55


174


92


35


57


166


Keçiçilik

AZN/bir baş keçi

70


30


40


132


70


28


42


148


70


30


40


135


Donuzçuluq

AZN/bir baş donuz

927

469

458

98

927


469


458


98


856

477

378

79

Toyuq

AZN/bir baş toyuq

35

19

16

86

35

19


16


86


35


19


16


89


Arıçılıq

AZN/bir arı ailəsi

210

52


158


301


210


45


165


368


210


49


161


328


Kartofçuluq

AZN/hektar

526

152


374


245


1183


400


783


196


1150


352


798


227


Buğda

AZN/hektar

690

350

340

97

690

350

340

97

690


350


340


97


Üzümçülük

AZN/hektar

-

-

-

-

1794

1185

609

51

1794

1185

609

51

Biçənək

AZN/hektar

539

414

125

30

539

414

125

30

539

414

125

30

Cədvəl əldə edilmiş məlumatların təhlili əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Nəticə

Aparılan bu tədqiqat işi seçilmiş ərazilərdə ev təsərrüfatlarının iqtisadi vəziyyətini, maliyyə imkanlarını, gəlir mənbələri və sosial rifahını üzə çıxarmağa imkan verdi. Hesablamalara əsasən deyə bilərik ki, ümumi mənfəətin tərkibində daha çox pay bitkiçilik sahələri üzrə fəaliyyətdən formalaşır. Azərbaycanda ev təsərrüfatları kartofçuluğun, Gürcüstanda isə Qombori kəndi istisna olmaqla kartofçuluğun və üzümçülüyün hesabına gəlirlərinin böyük bir qismini bitkiçilikdən əldə edirlər. Azərbaycanın kəndlərində kənd təsərrüfatı sahəsi üzrə məşğuliyyət sahələrinin sayı daha çoxdur. Kənd təsərrüfatı məşğuliyyəti növləri üzrə Gürcüstandakı ev təsərrüfatlarının rentabellik göstəriciləri bizim kəndlərdəki ev təsərrüfatlarının rentabellik göstəricilərindən daha çoxdur. Bu isə qonşu ölkədə qiymətlərin aşağı olması və nəticə etibarı ilə xərclərin az olmasına gətirib çıxarır ki, bu da rentabelliyin yüksək olmasına səbəb olur. Azərbaycanda bitkiçilik üzrə məşğuliyyət sahələri, Gürcüstandan daha çoxdur, bu isə əsas etibarı ilə əkin üçün torpaq sahələrinin Gürcüstana nisbətən ölkəmizdə geniş olması ilə əlaqədardır. Kərəmli kəndində ev təsərrüfatları üçün moruq bitkisinin böyük əhəmiyyəti olduğu kimi Gürcüstanın Araşenda kəndi üçün də üzümçülüyün böyük əhəmiyyəti var. Yığılan məhsulun 70%-nin satıldığı Araşenda kəndində bu sahə üzrə rentabellik yüksəkdir və təsərrüfat üçün aqrar sahədən əsas gəlir mənbəyidir.

Azərbaycanda ev təsərrüfatalrının aqrar sektor üzrə gəliri əkinçiliyin hesabına formalaşır. Beləki, ümumi kənd təsərrfüatı gəlirinin 70%-dən çoxunun aqrar sahənin bu bölməsi təşkil edir. Gürcüstanda isə əksinə heyvandarlıq sahəsi üzrə gəlir daha çoxdur. Bu isə həmin ölkədə ev təsərrüfatlarının donuzçuluq fəaliyyyəti ilə əlaqədardır.Yalnız Araşenda kəndi üzümçülüyün hesabına gəlirinin çox hissəsini bitkiçilikdən əldə edir.

Hər iki ölkənin altı kəndi üçün kartofçuluğun əhəmiyyəti olduqca böyükdür. Plankənd və Atabəy kəndlərində kartofçuluqdan əldə edilən gəlir ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyətindən əldə edilən gəlirin müvafiq olaraq 73 və 72 faizinə bərabərdir. Kərəmli kəndində də kartofçuluq gəlirliyinə görə fərqlənən fəaliyyət sahəsidir. Lakin, bu kənd üçün hesablanmış göstəricilərə əsasən kartofçuluqdan əldə edilən gəlirin xüsusi çəkisi digər iki Azərbaycan kəndlərinə nisbətən azdır. Bunun səbəbi isə bu fəaliyyət sahəsinin Kərəmli kəndi üçün az gəlirli olmasında deyil, bölgə üçün xarakterik olan moruq giləmeyvəsi üçün maliyyə göstəricilərinin hesablanmasıdır. Belə ki, bu fəaliyyət sahəsi üzrə göstəricilərin hesablanması həmin sahəsinin gəlirdə payı nisbətən çox olması, kartofçuluğun gəlirdəki xüsusi çəkisinə təsirsiz ötüşməmişdir. Moruq, ümumiyyətlə Göygöl rayonu üçün spesifik məhsul olmaqla həm bu rayonun, həm də Kərəmli kəndinin iqtisadiyyatına müsbət təsiri ilə fərqlənir. Hesablamalardan da göründüyü kimi bu kənddə moruq giləmeyvəsindən əldə edilən gəlir ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirin yarıdan çoxuna bərabərdir.

Bu gün otlaqların cari vəziyyəti o qədər də ürəkaçan deyil. Doğrudur fermerlər heyvanlarını aşağı keyfiyyətli otlaqlarda otarmaqla müəyyən gəlir əldə edir. Lakin tədqiqatımızın nəticələri göstərir ki bu cür sistemsiz otarma davam edərsə yaxın 5 ildən sonra bu gəlir aşağı düşə bilər.

Bir çox tədqiqat kəndində su problemi var. Bu problemin həll edilməsi ilə əkinçilikdə gəlir payının artırılması mümkündü. Beləki, ev təsərrüfatları əldə etdikləri bol və yüksək keyfiyyətli məhsulları daha yaxşı qiymətə sata bilər. Məsələn Kərəmli kəndi üçün vacib olan moruq bitkisinin becərilməsi üçün suyun olması vacib şərtləndəndir.


Tədqiqatımızın nəticələrinə uyğun olaraq ev təsərrüfatlarının gəlirlərinə müsbət təsir edəcək aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun olardı:

  • örüş və otlaq sahələrində növbəli otarma sisteminin tətbiq edilməsini;

  • bu sistemin effektivliyini təmin etmək üçün bələdiyyələrdə nəzarət rejiminin yaradılmasını;

  • kəndlərdə ev təsərrüfatlarının bitkiçilik sahəsində məşğulluğunun səmərəli olması üçün suvarmada yaranan problemlərin aradan qaldırılmasını;

  • bankların və kredit təşkilatlarının ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulmuş kredit şərtlərinin yumşaldılmasını;

  • kənd təsərrüfatı məhsullarının sığorta mexanizminin təkmilləşdirilməsini;

  • ev təsərrüfatları üçün yerlərdə kənd təsərrüfatı sığortası sahəsində marifləndirmə tədbirlərinin həyata keçirilməsini;

  • gənclərin kənd təsərrüfatı fəaliyyəti sahələrində məşğulluğunun stimullaşdırılmasını;

  • ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyəti sahəsində əldə ediləvək gəlirlərinin artırılması üçün yerlərdə xırda emal müəssisələrinin yaradılmasını;

  • satış kanallarını yaratmaqla istehsalçıların vasitəçilərdən asılılığının azaldılmasını.


Ədəbiyyat

  1. 2018-ci ildə ev təsərrüfatları tədqiqatının yekunları. / tər. ed. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, −Bakı: Rəsmi nəşr, −2019. −176

  2. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu, –Bakı, 7 fevral 2006

  3. Ataşov, B.X. Maliyyə nəzəriyyəsi. Dərslik. / B.X. Ataşov, N.A.Novruzov, E.Ə.İbrahimov –Bakı: Kooperasiya −2014. −648 s.

  4. Hacızadə, E.M. Sosiallaşan iqtisadiyyat / E.M.Hacızadə− Bakı: Elm, − 2006. 509 səh.

  5. Hüseynov, M.C. İqtisadiyyata giriş. Dərslik. / M.C. Hüseynov, E. A. Salahov− Bakı: Ecoprint, −2019. − 392 s.

  6. Hüseynov, M.C., Məmmədov, N.N. Ev təsərrüfatlarına nəzəri baxışlar və xarakterik xüsusiyyətləri// “Kooperasiya” elmi-praktiki jurnal. № 3(58) −2020. s. 5-11

  7. Məmmədov, N.N. Aqrar sahədə kooperasiyanın stimullaşdırılmasında subsidiyaların rolu// Kənd təsərrüfatında kooperasiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri. Respublika elmi-praktik konfransın materialları. Azərbaycan Dövlət Aqara Universiteti, 28 aprel 2020, Gəncə. s. 78-83

  8. Allahverdiyeva, N., Socio-economic analysis of farming households in the case study villages of Azerbaijan and Georgia (Final report), Collective Action and Conflict on Common Village Pastures – Comparative Case Studies in Azerbaijan and Georgia. Agricultural University of Georgia, State Agrarian University of Azerbaijan and Greifswald University, Greifswald. 2018.

  9. Ströbel, H., MAX VERSION 3.7 - Deckungsbeitragsrechnung, Betriebsplanung und mehr unter MS Excel. / H. Ströbel, C. Schuh, N. Bleisteiner, Fachhochschule Weihenstephan, Abteilung Triesdorf: −2013. −45 Seite.



Yüklə 388,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin