İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI



Yüklə 40,38 Kb.
səhifə1/4
tarix11.06.2023
ölçüsü40,38 Kb.
#128017
növüMühazirə
  1   2   3   4
ETRAF MUH


Fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası(Dünya təsərrüfatının coğrafiyası);
İxtisas: Tarix və coğrafiya müəllimliyi;
Kurs: II kurs (Yaz-4);
Tədris ili: 2022-2023-cü il;
Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı;
Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı: Ş.Əliyeva.
Mövzu 15.
Dünya təsərrüfatı və ətraf mühüt.
Təsərrüfatın ayrı-ayrı sahələrinin ətraf mühitə göstərdikləri təsirin səciyyəsi Cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri olan təbii şərait ictimai istehsalın təbii əsasını təşkil edir. Cəmiyyətin inkişafı öz növbəsində təbiətə təsir edir, onu dəyişdirir. Lakin bu təsir son 60 ildə daha da güclənmişdir. Elmi-texniki tərəqinin inkişafı ilə əlaqədar olaraq, cəmiyyətlə təbiətin qarşılıqlı təsiri problemi daha da mürəkkəbləşir. Keçən əsrin 80-ci illərində cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni dəyişikliklər meydana çıxmışdır. İlk növbədə məlum olmuşdur ki, mövcud təbiətdən istifadə prinsipləri və təbiətin mühafizəsi təcrübəsi özünü bir o qədər də doğrultmur. Daha doğrusu uzun illərdən bəri cəmiyyətin təbiətə təsiri nəticəsində ətraf mühitdə kəskin dəyişikliklər baş verir. Bu da bəşəriyyətin qarşısına yeni ekoloji problemləri qoyur. Ətraf mühitin çirklənməsi, dünyanın bəzi regionlarında xammal, energetika ehtiyatlarının, şirin suyun və ərzağın çatışmazlığı, müxtəlif elmi dairələrdə bir çox dövlətlərin hökumət orqanlarında, milli və beynəlxalq ictimai-siyasi təşkilatlarda müxtəlif müzakirələrə, mübahisələrə səbəb olmuşdur. Ekologiyanın nəzəri-mənəvi məsələləri müasir dövrün ideoloji mübarizə axınına qarışmış və beynəlxalq münasibətlərin aktual probleminə çevrilmişdir. Bütün bunların səbəbi insanların əsas fəaliyyət sahəsi olan maddi nemətlər istehsalındakı mühüm dəyişikliklərdir. Müasir dövrdə bütün dünyada istehsalın inkişafı və onun sahələri üzrə nisbət dəyişməsi müşahidə olunur. Ümumiyyətlə, müasir dövrdə istehsalın ən başlıca cəhəti sənayenin durmadan inkişafı, hətta digər məşğuliyyət sahələrinin, o cümlədən, kənd təsərrüfatının sənayeləşdirilməsidir.
XX əsrin 60-cı illərindən etibarən dünya təsərrüfatı aqrar-sənaye mərhələsindən sənayeləşdirilmə mərhələsinə keçmişdir. Eyni zamanda, elmi-texniki tərəqqi nəticəsində, sənaye məhsullarının çeşidi də zənginləşmişdir. Təkcə onu qeyd etmək zəruridir ki, son illər dünya kimyaçıları 1,2 mln. yeni adda kimyəvi birləşmələr kəşf etmişlər ki, bunların da bir hissəsinə heç təbiətdə belə rast gəlinmir. Sözsüz ki, sənaye miqyasında istehsal olunan kimyəvi birləşmələrin tətbiqi ətraf mühitə çox kəskin təsir göstərir.
Keçmiş sovet coğrafiyaşünas alimi Ryabçikovun hesablaşmalarına görə insanlar Yer kürəsinin quru sahəsinin 55 %-ni istismar edirlər. İnşaat və mədən işləri nəticəsində hər il 4000 km² süxur və qrunt, yerin təkindən ildə 100 mrd. ton faydalı qazıntı çıxarılır və 7 mlrd. ton şərti yanacaq vahidi yandırılır. İnsanın təsərrüfat fəaliyyəti sayəsində su hövzələrinə 600 mlrd. ton sənaye-məişət çirkab suları axıdılır. İldə 800 mln. ton müxtəlif metallar əridilir, tarlalara 300 mln. ton gübrə və 4 mln. ton zəhərli maddələr səpilir. Hər il atmosferǝ 23 mlrd. ton karbon qazı, 1 mlrd. tona qədər digər kimyəvi maddələr buraxılır.
Ətraf mühitin çirklənməsi və bununla əlaqədar təbiətdə baş verən dəyişikliklər atmosferi, hidrosferi və litosferi əhatə edir. Çirklənməni törədən səbəblər şəraitdən asılı olaraq regional xarakter daşıyır və bu proses qlobal miqyası keçərək biosferi və bütün planeti əhatə edir. Beləliklə, təsərrüfatın müxtəlif sahələrinin fəaliyyəti nəticəsində ətraf mühiti çirkləndirən mənbələr bunlardır: sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri.
Sənaye atmosferi, torpağı, su hövzələrini öz tullantılanı ilə, nəqliyyat isə əsasən avtomobil mühərriklərindən atılan qazlar vasitəsilə ətraf mühiti çirkləndirir. Kənd təsərrüfatında pestisidlərdən həddindən artıq istifadə edilməsi, intensiv şumlanmanın aparılması ilə torpaqların becərilməsi, meşələrin qırılması ilə torpağın eroziyaya uğraması, heyvandarlıqda otlaqlardan düzgün istifadə edilməməsi ətraf mühiti korlayır. Bundan başqa, insan fəaliyyətinin digər sahələri də ətraf mühitə mənfi təsir göstərir. Qeyd olunan çirklənmə mənbələri özünəməxsus xüsusiyyətlərə malikdir. Bu cəhət onları aşağıdakı qruplara bölməyə imkan verir: - 1) mexaniki; 2) texnoloji; 3) termik; 4) radioaktiv; 5) bakterial. Ümumiyyətlə, çirklənmənin səbəbi müxtəlif ola bilir. Məsələn, neftli, fenollu, duzlu, nitratlı, pestitsidli, bərk tullantılı və s.

Yüklə 40,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin