İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


Dünya təsərrüfatının başlıca sahəsi olan sənaye -ətraf mühiti ən çox çirkləndirən sahədir



Yüklə 40,38 Kb.
səhifə2/4
tarix11.06.2023
ölçüsü40,38 Kb.
#128017
növüMühazirə
1   2   3   4
ETRAF MUH

Dünya təsərrüfatının başlıca sahəsi olan sənaye -ətraf mühiti ən çox çirkləndirən sahədir. Coğrafi təbəqənin bütün sahələrinə təsir göstərir. Bu da sənayenin resurs tsiklinin-təbii xammalın hasilatı, onun emalı, son məhsulun alınması və istehsal tullantılarının ətraf mühitə atılmasına qədər bütün mərhələlərini əhatə etməsi ilə izah edilir. Sənaye sahələri ətraf mühitə göstərdiyi təsirin xarakterinə və dərəcəsinə görə kifayət qədər fərqlənirlər. Belə ki, atmosferin çirklənməsinə ən çox yanacaq-energetika, metallurgiya, koks-kimya, neft emalı, sement istehsalı şərait yaradır. Su mühitinin çirklənməsinə isə kimya və neft-kimya, ağac emalı, metallurgiya, kömür, ət-süd sənayesi böyük təsir göstərir. Torpaqların korlanmasında və çirklənməsində dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı böyük rol oynayır. Bundan başqa, bu sənaye sahələrinin tullantıları, coğrafi təbəqənin müxtəlif sahələri üçün hətta bütün təbii kompleks və adamların sağlamlığı üçün təhlükəlidir.
Energetika sənayesi ətraf mühitin müxtəlif komponentlərinin çirklənməsinə şərait yaradan sahələr sırasına aiddir. Qeyd edildiyi kimi o ən çox atmosferə, hidrosferə və yararlı torpaq sahələrinə təsir göstərir. Ətraf mühitə ən böyük təsir göstərən energetika sahələrindən, istilik-elektrik stansiyalarını (İES) göstərmək olar. Demək olar ki, bu sahə dünyanın bir çox ölkələrinin və regionlarının elektroenergetikasının əsasını təşkil edir. O hər şeydən əvvəl, ən çox atmosferə mənfi təsir göstərir. Üzvi yanacağın tam yanmaması nəticəsində yanacağın tərkibində olan zərərli qarışıqlar - karbon qazı (CO), karbon-2-oksid (CO₂) atmosferə düşür və parnik (istixana) effekti yaradır. Kükürd-2-oksid və azot oksidi turşulu yağışların yağmasına şərait yaradır. Bundan başqa, İES-lər işləyən zaman, çoxlu miqdarda aerozollar, xırda toz hissəcikləri yaranır ki, bunlar da atmosferə daxil olur, havanı çirkləndirir. Onu da əlavə etmək olar ki, İES-lər və İEM-lər güclü termik çirklənməyə şərait yaradır. Bu, əsasən, qurğuları soyutmaq üçün isti suları su hövzələrinə və axar sulara atılır ki, nəticədə termik çirklənmə baş verir. Ümumiyyətlə, kömürlə işləyən İES-lər atmosferə ən çoxlu miqdarda kül, toz, SO, SO₂ və s. atırlar. Hesablamalar göstərir ki, kömürlə işləyən 1 mln.kvt gücündə İES, il ərzində atmosferə 1 mln.ton CO₂, 100 min ton SO2, 30 mln. ton azot-oksidi, onun çirkab suları isə su hövzələrinə on tonlarla üzvi birləşmələr, kükürd turşusu, xloridlər, fosforitlər və yüz tonlarla asılı hissəciklər daxil olur. Bütün bu tullantılar insanların sağlamlığı üçün çox təhlükəlidir. Onlar ürək-damar, xroniki bronxit və xərçəng xəstəliklərinin yaranmasına şərait yaradır.
Atom enerjisi bir vaxtlar ekoloji cəhətdən təmiz sayılırdı. Həqiqətən də AES-lər normal işləyən zaman ətraf mühiti təhlükəli çirkləndirmə ehtimalı çox azdır. Bu barədə Amerika mütəxəssisləri 1970-ci illərdə hesablamalar apararaq təsdiq etmişlər ki, AES-də təhlükələr milyon ildən bir baş verə bilər. Lakin həqiqət belə hesablamaları rədd edir. Çünki Böyük Britaniyada, ABŞ-da və keçmiş SSRİ-də AES-də baş verən qəzalar, həmçinin, 2011-ci il martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami fəlakətindən sonra qəzalı vəziyyətə düşən «Dünyanın atom energetikasının təcrübəsi göstərir ki, xammalın, yəni uran filizinin emalı zamanı istilik törədən elementlərin hazırlanması prosesində çoxlu miqdarda bərk, maye və qaza oxşar radioaktiv tullantılar ətraf mühiti daha çox çirkləndirir, nəinki AES-lər işlədiyi vaxtda. Mütəxəssislərin hesablamalarına görə 2000-ci illərin başlanğıcında artıq dünyada 200 min tondan artıq işlədilmiş atom yanacağı toplanmışdır ki, bu da ən təhlükəli radiasiya materialı hesab edilir. Onların saflaşdırılması, çoxlu problemlər yaradır. Təsadüfi deyildir ki, radiokimyəvi zavodları ekoloji cəhətdən çox təhlükəli hesab edilirlər. Nəhayət, onu qeyd etmək lazımdır ki, AES-lərin işləməsi təqribən 30 il müddətinə hesablanmışdır. Bundan sonra, bu qurğuların baha başa gələn sökülməsi vacibdir.
O ki qaldı SES-lərə bu yaxınlara qədər onların ekoloji xarakteristikası göstərirdi ki, SES-lər demək olar ki, ətraf mühit üçün təhlükəsizdir. Həqiqətən də İES-lərdən və AES-dən fərqli olaraq SES-lər nə havanı, nə də su hövzələrini çirkləndirir. Lakin iri su anbarlarının tikintisi bəzi neqativ nəticələrə gətirir. Onlardan yararlı torpaqların su altında qalması və sıradan çıxmasını, ətraf ərazinin hidroloji rejiminin dəyişməsi, birinci növbədə qrunt sularının səviyyəsinin qalxmasını, mikroiqlimin dəyişməsini, sahillərin dağılmasını və subasmasını, dağlıq rayonlarda seysmik hadisələrin fəallaşmasını göstərmək olar. Bundan başqa SES-lərin ətraf mühitə təsirinə, su anbarlarının bəndlərində baş verən qəzaların törətdiyi güclü su basmalarını və bəndlərin balıqçılıq təsərrüfatına göstərdiyi mənfi təsir aiddir.
SES-lərin ətraf mühitə göstərdiyi mənfi təsirə aydın misalı, keçmiş SSRİ timsalında göstərmək olar. O zaman çox qürurla deyirdilər ki, ölkədə 4000-dən çox su anbarlanı yaradılmışdır, onlardan 234-nün hər birində su tutumunun həcmi 100 mln m³-dən çoxdur. Məsələn, Krasnoyarsk, Ribinsk, Samara, Mingəçevir və s. su anbarları. Bütün bunların təsiri nəticəsində 8 mln hektar ərazi, o cümlədən, 3 mln hektar kənd təsərrüfatı torpaqları, 3 mln hektar meşə və kolluqlar, 2 mln hektar digər torpaqlar su altında qalmışdır. 160 şəhər və şəhər tipli qəsəbələr, 5 minə yaxın kəndi su basması, su altında qalması təhlükəsi ilə əlaqədar köçürülmüşdür. Ümumilikdə su altında qalmış yaşayış məskənlərindən 1,1 min nəfərə qədər əhali öz daimi yaşayış yerlərini tərk etmişlər.
Ətraf mühitə daha çox mənfi təsir göstərən sənaye sahələrindən biri də dağ-mədən sənayesidir. O ən çox yararlı torpaq ehtiyatlarına, daha geniş mənada litosferə mənfi təsir göstərir. Dağ-mədən sənayesi, həmçinin, su təbəqəsini, atmosferi və bütövlükdə təbii kompleksi korlayır. Belə mənfi təsirlər müxtəlif formalarda təzahür edir. Məsələn, yer səthinin çökməsi nəticəsində torpaqların korlanması, yerüstü və yeraltı suların rejiminin, onların kimyəvi tərkibinin dəyişməsi, atmosferin tozla çirklənməsi və s. Şaxta üsulu ilə hasilat yer səthinin böyük sahədə çökməsinə, karxana üsulu ilə hasilat zamanı isə yararlı torpaqların sıradan çıxması, su rejiminin, həmçinin onun kimyəvi tərkibinin dəyişməsinə, bataqlaşmaya, sürüşmənin yaranmasına və atmosferin çirklənməsinə gətirir. Hesablamalar göstərir ki, açıq üsulla ekoloji zərərin məbləği, şaxta üsulundan 10 dəfə çoxdur. Bura onu da əlavə etmək olar ki, şelf zonasında neft və qaz hasilatı dəniz suyunu çirkləndirir. Bir neft quyusunun istismar müddətində su mühitinə on və hətta yüz tonlarla neft, qazma məhlulları, qazma qumları,gilləri, digər süxurlar düşür. Neftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır. Beləliklə, dağ-mədən sənayesi bilavasitə yer səthinə ən böyük təsir göstərir. Özü də iki istiqamətdə: birincisi, faydalı qazıntıların böyük həcmdə yer qabığından çıxarılması ilə korlanma, ikincisi, litosferə böyük miqdarda, özü də ildə onlarla, hətta yüzlərlə milyon ton bərk tullantıların atılması nəticəsində korlanma. Bu cür korlanmaya konkret misal olaraq Sakit okeandakı Nauru adasını göstərmək olar. Burada neçə-neçə onilliklərdir ki, fosforitlərin hasilatı aparılır. Nəticədə bütün ərazi demək olar ki, karxanalar və tullantı qalıqları ilə örtülmüşdür. Əhalinin məskunlaşması üçün isə, yalnız adanın ensiz zolağı qalmışdır. Ətraf mühitin çirklənməsində emaledici sənayenin də rolu böyükdür. Onlar, əsasən atmosferə və hidrosferə təsir göstərirlər. Bu, əsasən, qara və əlvan metallurgiya, neft emalı, meşə, tikinti materiallan sənaye sahələrinə, həmçinin, maşınqayırma, kimya və neft-kimya, yeyinti sənayesi sahələrinə aiddir. Özü də hər bir sahənin özünəməxsus xüsusiyyətləri vardır. Qara metallurgiya ətraf mühiti bərk, maye və qaza oxşar tullantılarla çirkləndirən ən iri sahədir. Koks-kimya istehsalı hava hövzəsini kükürd, karbon, ammonyak qazları vasitəsilə, qara metallurgiyanın aqlomerasiya prosesində - karbon-oksidi, kükürd qazı, domna prosesində - azot oksidi ən çox çirkləndirir. Buna görə də tam silsiləli metallurgiya kombinatları yerləşən rayonlar bir qayda olaraq, atmosferi çirkləndirən ən başlıca mənbə hesab edilir. Buna misal olaraq ABŞ-1, ÇXR-1, Hindistanı, Yaponiyanı, Qərbi Avropa ölkələrini, Rusiyanı, Ukraynanı göstərmək olar. Bu ölkələrin metallurgiya kombinatları yerləşən rayonlarının hava hövzəsində zərərli konsentratlar, metallurgiya kombinatları olmayan rayonlarla müqayisədə daha çox olur. Ətraf mühitə oxşar təsiri, əlvan metallurgiya da göstərir. Lakin bir fərq ondadır ki, tərkibində filiz çox az olan xammalların email zamanı o daha çox bərk, maye və qazaoxşar tullantılar verir. Buna görə də bu sahənin yerləşdiyi rayonlar çox vaxt ekoloji cəhətdən təhlükəli zonalar hesab edilir.
Kimya sənayesi üçün ən çox kükürd oksidinin istehsalı, azotlu, fosforlu və kaliumlu gübrələrin istehsalı, ftorlu birləşmələrin, duz və kükürd turşusunun istehsalı, xlorlu birləşmələrin, karbon oksidinin müxtəlif tullantıları xarakterikdir. Neft emalı zavodlarının işi ilə atmosferə karbon qazının, kükürdlü və azotlu birləşmələrin, fenolun tullantıları əlaqədardır.Sellüloz-kağız istehsalı, hər şeydən əvvəl, özünün tərkibində turşular, xlor, sulfat turşusu olan, çirkab suları ilə su hövzələrini, həmçinin, kükürd anhidridi havanı çirkləndirir. Hesablamalar göstərir ki, orta gücə malik olan sellüloz-kağız kombinati, su hövzələrinə və axar sulara, 2,5 milyon nəfər əhalisi olan şəhər qədər zərərli tullantılar atır.
Maşınqayırma sənayesində müxtəlif bərk tullantılar, yəni, metal qırıntıları, plastic kütlə, oduncaq, karton, şlak və s. üstünlük təşkil edir. Onlar, əsasən, su mühitini, axar suları çirkləndirirlər. Tikinti materialları sənayesi, xüsusilə, sement sənayesi atmosferə külli miqdarda toz və asılı materiallar tullayır. Yeyinti sənayesi isə axar sulara tərkibində müxtəlif üzvi maddələr olan tullantıları atır.
Sənaye çirklənməsindən ətraf mühiti mühafizə tədbirlərini bir neçə qrupa bölmək olar.
Birincisi, monitorinq üzrə tədbirlər, normadan artıq tullantılara nəzarətdir.
İkincisi, bu tullantıların emalı, torpaqların rekultivasiyası və s. müxtəlif növ təmizləyici qurğuların təkmilləşdirilməsi tədbirləridir.
Üçüncüsü, bu tədbirlər sənaye istehsalında texnoloji proseslərin təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərə, yəni, yanacağa, xammala və suya qənaət, həmçinin, zərərli tullantıların azaldılmasına istiqamətləndirilir. Məsələn, domna prosesi olmayan metallurgiya, dövriyyəli su təchizatı və s. göstərmək olar.
Dördüncüsü, struktur-təşkilati tədbirlərdir. Məsələn, AFR-də, Fransada, Böyük Britaniyada ən «çirkli>> kömür sənayesini tədricən başqa istiqamətə döndərmək, həmçinin gələcəkdə isə qeyri- ənənəvi bərpa olunan enerji mənbələrinə keçmək qəbul edilmişdir.
Beşincisi, ətraf mühiti çirkləndirən müəssisələrin daha səmərəli yerləşdirilməsidir. Məsələn, bu müəssisələrin iri şəhərlərdən və əhalisi sıx olan rayonlardan çıxarılması. Coğrafi ədəbiyyatlarda bu cür tədbirlərin həyata keçirilməsini çox vaxtlar sənaye istehsalımın ekolojiləşdirilməsi adlandırmaq olmuşdur. Sənaye müəssisələrinin yerləşdirilməsi zamanı əmək ehtiyatları, xammal, enerji, istehlakçı, nəqliyyat və digər amillərlə yanaşı ekoloji amillərin, yəni sənaye obyektləri və onun ətraf mühit arasında qarşılıqlı təsirin proqnozunun tez-tez nəzərə alınması ilə əlaqədardır.
Azərbaycan respublikası üçün «sənaye-ətraf mühit» problemi çox böyük əhəmiyyətə malikdir. Bu onun sənaye strukturunda hələ çar Rusiyası və sonra SSRİ-dən qalmış «çirkli» sənaye sahələrinin üstünlüyü ilə izah edilir. Bakı və Sumqayıt keçmiş SSRİ-nin ekoloji cəhətdən ən gərgin şəhərləri adlandırılırdı. Hazırda ətraf mühiti çirkləndirən müəssisələr öz fəaliyyətini dayandırmışdır. Bəzi sənaye obyektlərinin şəhər daxilindən çıxarılması planlaşdırılmışdır. Sənayenin təsiri nəticəsində təkcə Abşeron yarımadasında Bakı şəhəri daxilində 30 min hektardan çox torpaq korlanmışdır ki, bu da ətraf mühitə mənfi təsir göstərir. Hazırda dövlət tərəfindən korlanmış torpaqların rekultivasiyasına çoxlu vəsaitlər aynılır və bu tədbirlər uğurla həyata keçirilir.

Yüklə 40,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin