Dünya təsərrüfatının digər sahəsi olan kənd təsərrüfatı hələ sənayedən çox-çox əvvəl ətraf mühitə böyük təsir göstərmişdir. Buna görə də təbiətdən səmərəli istifadə problemlərinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. ən çox bitkiçilikdə, onun kimyalaşdırılması ilə, yəni, mineral gübrələrin və zəhərli kimyəvi maddələrin tətbiqi ilə izah edilir.
Mineral gübrələrin geniş tətbiqi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə <Lakin mineral gübrələrin tətbiqi ilə yaxşı nəticələrlə yanaşı, pis nəticələri də nəzərə almaq lazımdır. Tədqiqatlar göstərir ki, azotlu gübrələr mədəni bitkilərdə turşuların toplanmasına və bunların insan orqanizminə düşməsi çox təhlükəlidir. Fosforlu gübrələrlə torpağa, bitkilərə, sonra qidaya kadmiy, qurğuşun və digər metallar düşür. Kaliumlu gübrələrin tətbiqi torpaqda qidalı maddələrin balansının pozulmasına gətirir. Müəyyən edilmişdir ki, bitkiçilikdə kimyalaşdırma həm məhsuldarlığın artımını təmin edir, həm də o neqativ təsir göstərir. Bu da insanlarda müxtəlif xroniki xəstəliklərin - xərçəng, ürək-damar və s. yaranmasına şərait yaradır.
Vəziyyət bununla bitmir, hesablamalar göstərir ki, əkin sahələrinə düşən mineral gübrələrin 1/3 hissəsi qar və yağış suları ilə yuyularaq su hövzələrinə, axar sulara tökülür, onları qidalı maddələrlə zənginləşdirir və su bitkilərini assimilyasiya edərək su mühitinin keyfiyyətini pisləşdirir. Belə bitkilərin, xüsusilə yosunların çürüməsi zamanı suda oksigeni itirir və kükürd qazını çoxaldır. Nə qədər ki, mineral maddələr axar çaylarla dənizə gətirilir, bu zaman mikroskopik yosunların güclü artımına şərait yaranır. Adətən sıx toxunmuş xalçaya bənzəyən belə yosunlar çayların mənsəbində və estuarilərdə «qırmızı»), «sanı», «yaşıl» yığımlar yaradır. Belə yosun yığımları son vaxtlar Avropanın, Amerikanın, Asiyanın bir çox ölkələrinin sahillərinə yaxınlaşaraq, sahil sularının canlı aləminin məhvinə səbəb olur.
Qeyd etmək lazımdır ki, 1 hektar əkin sahəsinə gübrələrin verilməsi məhsuldarlığı əvvəllər çox sürətlə artırır. Lakin bu artım müəyyən həddə çatdıqdan sonra sürətlə azalır Buna səbəb bitkilərin çoxluq təşkil edən qida maddələrini mənimsəyə bilməməsidir Eyni zamanda mineral gübrələrin tətbiqinin artımı birbaşa ətraf mühitin çirklənməsinin miqyasını artırır. Buna görə də keçən əsrin son illərindən dünyada mineral gübrələrin istehsalı və istehlakı tədricən azalmağa başlamışdır. Ətraf mühitə daha çox mənfi təsir göstərən və göstərməkdə davam edən zəhərli kimyəvi maddələrin kütləvi tətbiqidir. Zəhərli kimyəvi maddələrdən təsərrüfata, digər canlı orqanizmlərə mənfi təsir göstərən ziyanvericilərə qarşı mübarizədə istifadə edilir. Onları həmçinin, pestitsidlər də adlandırırlar. Bu sözün latınca mənası «Pestitsidlərin tətbiqinin ətraf mühit üçün mənfi təsiri, onların çox yüksək zəhərliliyə və bioloji aktivliyə malik olması ilə izah edilir. Bundan başqa onların sayı qeyri-adi yüksəkdir, özünə min ad daxil edir. Onlardan çoxu üçün xarici mühitə təsirə qarşı yüksək davamlılığı xarakterikdir. Torpaqda bir çox illər və hətta on illərlə qalmaq xüsusiyyətinə malikdirlər. Təbiətdə suyun dövranı və atmosferin sirkulyasiyası ilə əlaqədar zəhərli kimyəvi maddələr hazırda hətta Antarktida da daxil olmaqla bütün Yer kürəsinə səpələnməkdədir.
Ətraf mühit üçün xlorlu birləşmələr əsasında alınan zəhərli kimyəvi maddələr çox təhlükəlidir. Onlardan ən geniş yayılanı DDT-dir. Bu maddə keçən əsrin 40-cı illərində ziyanverici həşəratlara qarşı mübarizə üçün alınmışdır. Tez bir zamanda çox populyar oldu və onun istehsalı üçün güclü sənaye yaradıldı. DDT zərərli həşəratlara qarşı yaxşı mübarizə üsulu sayılırdı. Lakin sonralar məlum oldu ki, bu yararlı maddə nəinki zərərli həşəratları öldürür, sən demə, çoxlu xeyir verən həşəratları da məhv edir. Hansı ki o xeyir verən həşəratlar ziyanverici həşəratların təbii düşmənləridir. Bundan başqa DDT, ABŞ-da ağbaş qartalların həddən çox azalmasına, ABŞ və Kanadanın bir çox çaylarında qızıl və forel balıqlarının, bir çox Avropa ölkələrində dovşanların məhvinə səbəb oldu. DDT hətta Qrenlandiya balinalarının, Arktika suitilərinin, Antarktida pinqvinlərinin toxumalarında aşkar edilmişdir. Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, mineral gübrələrin və zəhərli kimyəvi maddələrin nəzarətsiz və kütləvi tətbiqi ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.
Məhz buna görə də inkişaf etmiş ölkələrin çoxunda DDT və 500-ə yaxın digər zəhərli kimyəvi maddələrin tətbiqi artıq qadağan edilmişdir. Kimyalaşdırmanın əvəzinə, ziyanvericilərlə mexaniki və bioloji üsullarla mübarizənin tətbiqi və daha yararlı, təmiz qida məhsulları istehsal edən «bioloji» əkinçiliyə keçilir. müəyyən tədbirlər görülür. Heyvandarlıq sahəsində ətraf mühit üçün ən təhlükəli ini Avropa və Şimali Amerika ölkələrində ətraf mühiti çirkləndirən heyvandarlıq sahələrində heyvandarlıq kompleksləridir. 10 min baş heyvan kökəltmə kompleksi, 100 min nəfər əhalisi olan şəhər qədər çirkab su verir. Statistik mənbələrdə göstərilir ki, ABŞ-da bela komplekslərdən atılan maye peyin çayları məişət çirkab sularından çox çirkləndirmişdir.