Эяляжяк артыг бурададыр: www.e-gov.az
Mirzə Cəlilin Novruzəlisindən bizi ayıran vaxt bir elə çox deyil.Nəzərə alsaq ki, həmin Novruzun öz kəndində nəinki poçt, heç poçt qutusu da olmayıb, onda Mirzə Cəlil vur-tut 50-60 il öncənin reallığını təsvir edib. Bir də uzağa niyə gedirik ki? Ötən əsrin lap sonlarında mənzilə telefon çəkdirmək üçün növbəyə durub, dəridən-qabıqdan çıxmırdıqmı? Telefon istəkli ərizəmizə «imkan olan kimi birinci növbədə sizin mənzilə telefon çəkərik» cavabını azmı almışıq. Sonra dağılan imperiyanın aradan götürülmüş qadağalarından xali açılmış sərhədlərdən bizə fərdi kompüter, peycer, mobil telefon, daha nələr gəlib çıxdı. Hardan bilirmiş Sabir «Əgnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz». Harasa gecikməmək üçün «Alabaş»dan, «LAZ»dan, «PAZ»dan sallanıb getmişik. Dim gəl ki, bir şalvarı, yüz kitabı olanlarımız da az olmayıb. Indi yüz şalvarımız var, bir kitab almağa can çəkənimiz az deyil, deyəsən...
… Olan olub, keçən keçib. Niyə qayıdırıq axı həmin 90-cı illərə ki, onda bizdən çox-çox uzaqda, okeanın o tayında «elektron hökumət»dən danışırmışlır. Bəlkə ona görə ki, yenə də başımız nəyəsə qarışar, balon uçar, bizsə ilişib qalarıq tıxaclarda. Əlqərəz. Ilk dəfə «elektron hökumət» anlayışını 1991-ci ildə ABŞ-da dilə gətiriblər. Deyirlər ki, Bill Klinton internetin və informasiya texnologiyalarının inkişafına çox önəm verirmiş. Ona görə də Amerikada belə bir fikir da ortaya atılıb. Ancaq həqiqət ondadır ki, ötən əsrin 80-ci illərinin ortalarından «dövlət idarəetməsinin yenidən qurulması» proqramından doğub «elektron hökumət» ideyası. Bundan da əvvəl «teledemokratiya» termini işlədilib.Yenidənqurma dövrünün «telekörpü»lərini də xatırlayanlarımız, yəqin ki, olar.
«Elektron hökumət» termini ilk olaraq ABŞ-da elmi tədqiqatlarda, dövlət sənədlərində yer alıb, sonra Kütləvi informasiya vasitələrinin dilinə düşüb, oradan da qanunvericilik və normativ-hüquqi sənədlərə keçib.1999-cu ildə «elektron hökumət» ifadəsi ABŞ-ın aparıcı qəzetlərində müntəzəm səslənib.Yeni əsrin birinci üç ilində «elektron hökumət» termininə qəzetdən çox elmi məqalələrdə təsadüf olunub.2005-ci ildən sonra isə bu anlayış daim gündəmdədir.
XXI əsrin əvvələrində rus mətbuatı «elektron hökumət» məsələsinə münasibətdə ABŞ mətbuatından iki ilə yaxın bir müddət geri qalıb.Bu cəhəti Azərbaycan mətbuatına şamil etmək olmaz.Buna baxmayaraq, Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi «elektron hökumət» ideyasını ölkədə reallaşdırmıqdadır.Bu sahədə öncüllərdən olmasa da, indi sürətlə irəli gedənldərdən biri də Azərbaycandır.
Hər şeydən əvvəl, belə bir suala cavab verməliyik: «Elektron hökumət nədir və onun faydalrı nə olacaq?»
2000-ci ilin martında Avropa Ittifaqı iqtisadi, sosial və ekoloci məsələlərlə bağlı «Avropa tədqiqat sferası” (ERA - «European Research Area) adlanan 10 illik işçi strategiya qəbul etmişdi.Bu strategiyanın əsas məqsədi elm tutumlu iqtisadiyyata keçid idi.Həmin strategiyanın başlıca layihələrindən biri «Elektron Avropa» - (eEurope) adlanırdı.eEurope proqramı Avropa Ittifaqı vətəndaşlarının informasiya inqilabından maksimum bəhrələnməsini nəzərdə tuturdu. Elə 2000-ci ildə Böyük səkkizlik» qlobal informasiya cəmiyyətinin Okinava xartiyasını qəbul etmişdir. Xartiya əhalinin rifahını yaxşılaşdırmaq, ölkələrin iqtisadi tərəqqisini reallaşdırmaq üçün informasiya cəmiyyətinin inkişafının zəruriliyini ön plana çəkmişdir. Avropa Ittifaqına görə elektron hökumət dövlət idarəetmə orqanlarında informasiya və kommunikasiya texnologiyalarının tətbiqidir.Bu, təşkilati dəyişikliklərlə yeni vərdişlərin tətbiqini əlaqələndirmək yolu ilə dövlət xidmətlərinin, eləcə də demokratik proseslərin təkmilləşdirilməsinə, həmçinin dövlət institutlarına yardım edəcəkdir.
BMT Elektron Hökumət anlayışını belə təyin etmişdir: «Elektron hökumət IKT özünün daxili və xarici qarşılıqlı münasibətlərini yenidən qurmaq üçün IKT-ni qəbul edən hökumətdir».
Elmdə elektron hökumətə elmi maraq informasiya və kommunikasiya texnologiyalarının mümkün potensialından dövlət idarəetməsində istifadə etməkdən qaynaqlanıb.Onun bu günə qədər olan tərifləri müxtəlif meyarlara söykənib.Bu anlayışa texniki, tətbiqi, iqtisadi və idarəetmə aspektlərindən tərif vermişlər.Elektron hökumət şəbəkədə dövlət kimi izah edilmişdir.Bu, dövlət orqanlarının portallarının şəbəkədə yer alması kimi başa düşülməlidir.Belə olanda elektron hökumətin yerinə yetirdiyi əsas funksiya informasiya xidməti göstərməklə məhdudlaşırdı. IKT sahəsində müxtəlif öləkələrin həyata keçirdikləri ilk proqramların təhlili göstərir ki, ABŞ-da ABŞ-da elektron hökumət proqramı həm daxili (hökumət), həm də xarici təşkilat və vətəndaşlarla qarşılıqlı təsirdə olan şəbəkə informasiy-kommunikasiya infrastrukturudur və federal icra orqanlarının cəmiyyətdəki funksiyalarını yerinə yetirməyə yardım göstərir.
Elektron hökumət dövlət və vətəndaşların internet vasitəsilə interaktiv qarşılıqlı təsir prosesidir. Azərbaycanda elektron hökümət belə təyin olunmuşdur: «Elektron hökumət» - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikası ərazisində yaşayan bütün vətəndaşlara. Hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan vasitədir (www.e-gov.az).
Elektron hökumət məsələyə inzibati baxış, iddiaçının şəxsi iştirakı zəruri olmadıqda, sənəd dövriyyəsi tələb edilmədikdə, həmçinin məlumatın toplanması, hazırlanması və qərar qəbul edilməsinin formal proseduru lazım gəldikdə dövlət icra, eləcə də yerli özünüidarə orqanlarının elektron qarşılıqlı əlaqəyə əsaslanan fəaliyyətini nəzərdə tutur.
Elektron hökumət ingilis «e-Government» ifadəsinin kalkasıdır.Müasir dövrdə əksər ölkələrdə elektron hökumət yaradılması prosesi gedir. Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli Fərmanı, «Azərbaycan Respublikasında rabitə və informasiya texnoldogiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında Sərəncamı ölkəmizdə elektron hökumətin yaradılmasına hüquqi əsas vermişdir.
Fəaliyyətdə olan «Elektron hökumət» portalı Azərbaycanda dövlət qurumları ilə vətəndaşlar arasında əlaqənin məsafədən həyata keçirilməsi üçün əvəzsiz vasitədir.Azərbaycan «Elektron hökumət» portalı bir çox xidmətlərin elektron qaydada həyata keçirilməsinə yardımçı olur.
Azərbaycan «Elektron Hökumət» portalında təsdiq olunmuş xidmətlərin sayı hazırda 446-ya çatmışdır.Bu xidmətlərdən 296-sı portala inteqrasiya olunmuşdur. Bununla yanaşı, dövlət saytlarında olan xidmətlərin sayı 475, portalında olan xidmətləri sayı isə 382-dir. Təbii ki, bu az deyildir. Bizə qalan hələlik ən azı bu imkanlardan yararlanmaq vərdişlərinə yiyələnməkdir.«Elektron hökumət» ən azı dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni maksimum azaltmağa kömək edir.«Elektron hökumət» portalındakı xidmətlərdən hər hansı birindən istifadə etmək müvafiq dövlət qurumuna getmək, orada növbə gözləyib dövlət məmurunun qəbuluna düşmək, gəlişin məqsəd və məramını bildirmək və başqa bir xeyli işdən insanı azad edir.Belə xidmət hansı coğrafi məkandda olmaqdan asılı deyildir.
Yeni informasiya texnologiyaları insan əməyinin effektiv sərfinə bir çox cəhətdən yardımçıdır.«Elektron hökumət» xidmətlərin həyata keçirilməsində son dərəcə əhəmiyyətlidirsə, internet resursları informasiyanın alınması və emalında yaxın köməkçimizdir.Sadəcə olaraq bu vasitədən düzgün və optimal istifadə etməyi öyrənmək və gərəkli olan informasiyaların şəbəkədə yerləşdirilməsinə imkan daxilində kömək göstərmək tələb olunur.Internet şəbəkəsində bu gün müxtəlif mövzularla bağlı apardığımız axtarışlar bir çox sahələrdə ölkəmizə aid məlumatların şəbəkəyə hələ də kifayət qədər daxil edilmədiyinin də şahidi oluruq.Kitab, məlumat və sənədlərin internetdə yerləşdirilməsində müəyyən kasadlıq hiss olunur.Eyni anlayış haqqında axtarışın rus və Azərbaycan dilində verilməsi zamanı Azərbaycan dilində elmi anlayışlara dair məlumat qıtlığı ilə üzləşmək olur.Əlbəttə, bu cəhət «Elektron hökumət»lə bağlı deyil, başqa mövzudur.
«Elektron hökumət» proqramına bütün sahələrdə, o cümlədən Olimpiya Hərəkatı və idmanla bağlı da bir sıra xidmətlərin elektron portal vasitəsi ilə reallaşdırılması mümkündür.Müxtəlif dövlətlərin «Elektorn hökumət» portalları əsasında apardığımız araşdırma göstərir ki, bəzi portallarda belə xidmətlər vardır.Məsələn, Qazaxıstan Respublikasının elektron portalında idman qurğularına kateqoriyaların verilməsi, idman növləri üzrə respublika ictimai birliklərinə şəhadətnamələrin verilməsi, idman dərəcələri və kateqoriyalarının verilməsi kimi xidmətlər də yer almışdır.Bəzi xidmətlər informasiya səciyyəsi daşıyır.Təbii ki, bu cür xidmətlər də çox zaman lazım gəlir.
«Elektorn hökumət» hər birimizə lazımdır.Zaman keçəcək dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi lazım gələn səviyyədə artacaqdır.Bu, insanlara bir çox işlərini evlərində kompüter araxasında görməyə imkan verəcəkdir.Elektron xidmətdən yetərincə və düzgün bəhrələnmək üçün öyrənmək vacib şərtdir.
…Yazını Mirzə Cəlillə başlamışdım. Onu bitirəndə dostum Səlim yanıma gəldi.Mirzə Cəlilin Novruzəlisindən nəsə yazdığımı görüb mənə bir olmuşu danışdı. Dedi ki, yanaşı çarpayıda iki kişi uzanıb sistem qəbul edirdik. Tibb bacısı da oturub gözləyirdi. Kişi qayıdıb tibb bacısına dedi ki, belə çıxır ki, biz poçt qutusuyuq, sizsə onu gözləyən. Sonra üzünü mənə tutub dedi:
- Qardaş de görüm, «Poçt qutusu» hekayəsindəki məktubun keşiyini çəkənin adı nə olub?
-Növruzəli - dedim.
- Hə, bax o Novruzəli mənim ana babam olub.
-Belə çıxır ki, Siz Nehrəmdənsiniz.
--Yox, Laçındanam. Onda Bostanlı deyilən bir mahal olub.Ana Babam da o Mahalın mərkəzinə, bir bəyə qonaq gedib.Əhvalat da orada baş verib.
Deməli, gümanım düzmüş, olubmuş Novruzəli. İndi düşünürəm ki, Mirzə Cəlilin Növruzəlisi poçt qutusunun yanında oturub məktubun keşiyini çəkməkdənsə, kimdənsə poçt qutusunun nə olduğunu öyrənsəydi özünü də, bəyi də işə salmazdı. Daha poçt qutsu haqqında bilgi almağımıza ehtiyac yoxdur. Bir zamanlar küçələrdə hər beş yüz metrdən bir gördüyümüz göy qutuları indi axtarsaq, çətinliklə tapacağıq. Yenə də məktublar göndərilir, yenə də markalar yapışdırılır. Lakin bu iş getdikcə arxaikləşir, aktuallığını itirir. Indi insanlar bir-biri ilə elektron poçtla məktublaşır, kompüterlə birbaşa əlaqə saxlayır.Deməli, poçt qutusunu yox, başqa vacib şeyləri öyrənməyimiz vacibdir.Elə isə gəlin «Elektron hökumət»i öyrənək, Azərbaycan «elektron hökumət» portalı ilə bəzi işlərimizi görməyi bacaraq.Bu yol bizi irəli aparacaq. «Kiberməkan» terminini ilk dəfə işlətmiş Amerika yazıçısı Uilyam Hibson demişdir: «Gələcək artıq buradadır, Sadəcə bu gələcək bir qədər qeyri-müntəzəm paylanmışdır». Gələcək elektron xidmətlərdən, yeni informasiya və kommunikasiya texnologiyalarından düzgün istifadə etmək, bu sahəni inkişaf etdirməkdədir.Qeyri-müntəzəm paylanma isə isə biliklərimizdə, kompüter sahibi olmağımızda və bu kompüterlərdən düzgün istifadə etməyimizdədir.Gəlin düz yolu tapaq.
Cəmaləddin RƏHMANOV
Dostları ilə paylaş: |