Əyani şöbə: yaz sesiyası 2014 2015


##num= 4// level= 1// sumtest=38 // name= Yeni dövrdə məktəb və pedaqoji nəzəriyyələr //



Yüklə 0,77 Mb.
səhifə4/14
tarix17.11.2018
ölçüsü0,77 Mb.
#82975
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 4// level= 1// sumtest=38 // name= Yeni dövrdə məktəb və pedaqoji nəzəriyyələr //


1. C. Lokkun “Ağ lövhə” nəzəriyyəsinin mahiyyəti:

A) Tərbiyənin rolunun inkar edilməsi

B) Fitri ideyaları tənqid etməsi və tərbiyənin roluna yüksək qiymət verməsi

C) Dərslərdə əyanilikdən istifadə edilməsi

D) Fitri ideyalara üstünlük verməsi

E) Tərbiyənin fövqəltəbii qüvvələrdən asılılığı

2. C. Lokkun “Fəhlə məktəbləri haqqında” layihəsinin xarakteri:

A) Xalq məktəblərinə mənfi münasibət və antidemokratiklik

B) Demokratiklik

C) Xalq məktəblərinin açılmasının zəruriliyi

D) Təhsildə bərabərliyin olması

E) Məktəbəqədər tərbiyənin zəruriliyi

3. “Tərbiyənin məqsəd və vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centelmen yetişdirməkdir” fikri kimə məxsusdur?

A) C. Lokk

B) Y. A. Komenski

C) K. D. Uşinski

D) İ. H. Pestalotsi

E) İ. F. Herbart

4. C. Lokk deyirdi: “Bütün insanların onda doqquzu . . . . . nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı yaxud faydasız olurlar”

A) Təhsilin

B) Təlimin

C) Tərbiyənin

D) İnkişafın

E) Var - dövlətin

5. C. Lokk uşağın tələbinə nə zaman əməl olunmamasını təkid edirdi?

A) Göz yaşları ilə müşayət olunanda

B) Kobudluqla bağlananda

C) Ayağını yerə döyəndə

D) Xahiş etmədən tələb edəndə

E) Səs - küylə tələb edəndə

6. C. Lokk . . . . . uşaqları həmişə cəmiyyət üzərində yük olmuşdur deyirdi.

A) Fəhlə

B) Kəndli

C) Dindar

D) Zadəgan

E) Burjua

7. Fiziki cəzanın əleyhinə çıxan C. Lokk bunu necə xarakterizə edir?

A) Uşaqlarda yalançılıq vərdişləri yaradır

B) Fiziki cəza uşaqlarda qorxu yaradır

C) Pis əməllərdən heç də çəkindirmir

D) Kölə intizamı kölə xarakteri yaradır

E) Uşaqları qəddarlaşdırır

8. C. Lokka görə . . . . insanı zərərli avaralıqdan qoruyur.

A) Əmək

B) Əxlaq

C) Din

D) İdman

E) Peşə

9. C. Lokk dini tərbiyə vasitəsilə nəyə nail olmağa çalışırdı?

A) Allaha məhəbbət və ehtiram aşılamaq

B) Dini ayinlərin mənasını bilmək

C) Dini mərasimləri təşkil etmək

D) Dini ayinlərin icrasını öyrətmək

E) Dini mərasimlərin icrasını öyrətmək

10. C. Lokkun böyük təsiri olduğu maarifpərvərlər:

A) K. A. Helvetsi , D. Didro

B) Y. A. Komenski, İ. Pestalotsi

C) K. D. Uşinski, A. S. Makarenko

D) R. Ouen, İ. F. Herbart

E) İ. H. Pestalotsi, A. Disterveq

11. J. J. Russo “Emil, yaxud tərbiyə haqqında” əsərində nədən bəhs etmişdir?

A) Adətlərin mühüm tərbiyə vasitəsi olduğundan

B) Sensualist baxışlardan

C) Tərbiyəçinin fəaliyyətini yüksək qiymətləndirməkdən

D) Burjua cəmiyyətinin adamını tərbiyə etməkdən

E) Tərbiyədə mühit və nümunənin rolundan

12. “Təbii tərbiyə”, “Təbii hüquq”, “Təbii din” nəzəriyyələri kimə məxsusdur?

A) J. J. Russo

B) C. Lokk

C) İ. H. Pestalotsi

D) A. Disterveq

E) V. Vander

13. J. J. Russo hansı amillərin vəhdətində tərbiyənin düzgün gedəcəyini iddia edirdi.

A) Təbiət, əşya və hadisə, insan

B) Əşya və hadisə, din, əxlaq

C) Təbiət, cəmiyyət, mühit

D) İrsiyyət, mühit, insan

E) Əmək, insan, əxlaq

14. J. J. Russo “Uşaqlar böyük olmaqdan əvvəl uşaq olmalıdırlar” - deyəndə hansı nəzəriyyəsinə əsaslanırdı?

A) Təbii tərbiyə

B) Əxlaq tərbiyəsi

C) Fiziki tərbiyə

D) Dini tərbiyə

E) Əqli tərbiyə

15. J. J. Russonun “Təbiət tələb edir ki, uşaqlar böyük olmaqdan əvvəl uşaq olmalıdırlar” fikri onun hansı mülahizəsindən irəli gəlirdi?

A) Uşağın təbiətə müvafiq təbii tərbiyəsi fikrindən

B) Azad tərbiyə nəzəriyyəsindən

C) Xalq məktəblərinin əleyhinə olmasından

D) Sensualist baxışlardan

E) Tərbiyəçinin fəaliyyətini yüksək qiymətləndirməsindən

16. J. J. Russo “Polmanın idarə olunması haqqında mühakimə” adlı əsərində hansı tərbiyədən bəhs etmişdir?

A) vətəndaşlıq

B) əmək

C) fiziki

D) əxlaq

E) siyasi

17. Qadın tərbiyəsində mühafizəkar mövqe tutaraq, qadının əqli tərbiyəsini, müstəqilliyini, kişilərlə bərabər hüquqa malik olmasını qəbul etməyən pedaqoq.

A) Y. A. Komenski

B) J. J. Russo

C) C. Lokk

D) R. Ouen

E) K. D. Uşinski

18. K. A. Helvetsi “Sağlam fikirli adamlar” hazırlamaq üçün nəyin dəyişməsini əsas götürürdü?

A) məktəbin

B) təlim üsullarının

C) müəllimlərin

D) tərbiyə üsullarının

E) məktəbə rəhbərliyi

19. K. A. Helvetsi ictimai tərbiyəni hansı tərbiyədən üstün tuturdu?

A) ailə

B) estetik

C) fiziki

D) əmək

E) əxlaq

20. XVI əsrdə şəxsiyyətin təşəkkülündə təhsil və tərbiyənin həlledici rolunu qeyd edən, II Yekaterinanın rəğbət bəslədiyi fransız filosofu kim idi?

A) D. Didro

B) Ş. Monteskyö

C) K. A. Helvetsi

D) F. Volter

E) E. Kvintilian

21. “Siz təsdiq edirsiniz ki, tərbiyə hər şeydir, yaxşı olar ki, deyəsiniz ki, tərbiyə çox şeydir” - fikrinin müəllifi:

A) D. Didro

B) K. A. Helvetsi

C) A. Disterveq

D) J. J. Russo

E) N. K. Krupskaya

22. Məşhur rus yazıçısı L. Tolstoy öz pedaqoji fəaliyyətini J. J. Rusonun hansı ideyası əsasında qurmağa çalışmışdır?

A) Azad tərbiyə

B) Avtoritar tərbiyə

C) Pedant tərbiyə

D) Xüsusi tərbiyə

E) Pedoseptik tərbiyə

23. XVIII əsr fransız maarifçilərini müəyyən edin

1 - C. Lokk

2 - F. Fenelon

3 - C. Pristli

4 - K. H. Helvetsi

5 - D. Didro

6 - T. Peyn

7 - J. J. Russo

A) 2, 4, 5, 7

B) 1, 3, 5, 7

C) 2, 4, 5, 6

D) 2, 3, 4, 5

E) 3, 4, 5, 7

24. XVIII əsr ingilis maarifçilərini müəyyən edin

1 - Con Lokk

2 - F. Fenelan

3 - C. Pristli

4 - Klod Adrian Helvetsi

5 - D. Didro

6 - T. Peyn

7 - J. J. Russo

A) 1, 3, 6

B) 2, 4, 6

C) 1, 3, 5

D) 3, 4, 5

E) 4, 5, 7

25. C. Lokkun irəli sürdüyü tərbiyə vasitələrini müəyyənləşdirin.

1 - əşya

2 - valideyn nüfuzu

3 - məşq

4 - təbiət

5 - nümunə

6 - uşaqla müsahibə

7 - insanlar

8 - mükafat(rəğbətləndirmə və cəza)

A) 2, 3, 5, 6, 8

B) 2, 3, 4, 5, 6

C) 1, 2, 3, 4, 8

D) 4, 5, 6, 7, 8

E) 2, 3, 4, 5, 7

26. C. Lokkun pedaqoji ideyalarının əks olunduğu əsərləri

1 - “Dillərin açıq qapısı”

2 - “Dünyanın dolaşıq yolları”

3 - “Insaq əqli haqqında təcrübələr”

4 - “Emil yaxud tərbiyə haqqında”

5 - “Tərbiyə haqqında fikirlər”

6 - “Davranış qaydaları”

7 - “Insan oğlunun idarə olunması haqqında”

A) 3, 5, 7

B) 1, 2, 3

C) 2, 3, 4

D) 4, 5, 6

E) 3, 1, 7

27. J. J. Russoya aid olan əsərləri müəyyənləşdirin.

1 - “Yeni Eloiza”

2 - “Real aləm şəkillərdə”

3 - “Tərbiyə haqqında fikirlər”

4 - “Dalambera məktub”

5 - “Ictimai müqavilə”

6 - “Fəlsəfi düşüncələr”

7 - “Tövbə”

A) 2, 3, 4, 5

B) 1, 4, 6, 7

C) 1, 4, 5, 7

D) 3, 4, 6, 7

E) 2, 3, 6, 7

28. J. J. Russo uşağın əqli inkişafını üç fənlə məhdudlaşdırır. Həmin fənləri seçin

1 - astronomiya

2 - coğrafiya

3 - təbiətşünaslıq

4 - kimya

5 - tarix

6 - həndəsə

7 - riyaziyyat

8 - ədəbiyyat

A) 1, 2, 3

B) 4, 5, 7

C) 5, 7, 8

D) 6, 7, 8

E) 4, 6, 8

29. C. Lokk cəmiyyətin “təbiət qanunları” əsasında inkişaf etdiyini iddia edirdi. Həmin qanunların ardıcıllığını müəyyən edin

1 - ilahi qanunlar

2 - təbii qanunlar

3 - əbədi qanunlar

4 - insani qanunlar

A) 3, 2, 4, 1

B) 3, 2, 1, 4

C) 2, 3, 1, 4

D) 1, 2, 3, 4

E) 4, 3, 2, 1

30. J. J. Russo uşaqların tərbiyəni üç mənbədən aldığını bildirir. Həmin mənbələri ardıcıllıqla göstərin

1 - əşya və hadisələrdən

2 - insanlardan

3 – təbiətdən

A) 3, 1, 2

B) 1, 2, 3

C) 2, 1, 3

D) 3, 2, 1

E) 1, 3, 2

31. J. J. Russonun irəli sürdüyü tərbiyə nəzəriyyələrini ardıcıllıqla göstərin

1 - təbii tərbiyə

2 - təbii din

3 - təbii hüquq

A) 3, 1, 2

B) 2, 1, 3

C) 1, 2, 3

D) 3, 2, 1

E) 2, 3, 1

32. Uşaqların yaş bölgüsünü vermiş pedaqoqları xronoloji ardıcıllıqla göstərin

1 - Platon

2 - Y. A. Komenski

3 - J. Russo

4 - Aristotel

5 - N. Gəncəvi

A) 1, 4, 5, 2, 3

B) 4, 5, 1, 3, 2

C) 5, 3, 2, 4, 1

D) 1, 5, 4, 3, 2

E) 4 , 3, 2, 1, 5

33. J. J. Russonun yaş dövrlərinə uyğun irəli sürdüyü tərbiyə növlərini uyğunlaşdırın

1 - anadan olandan 2 yaşa qədər

2 – 2 yaşdan 12 yaşa qədər

3 – 12 yaşdan 15 yaşa qədər

4 – 15 yaşdan 18 yaşadək

a - əqlin yuxu mərhələsi

b - fiziki inkişaf mərhələsi

c - “fırtına və qasırğa mərhələsi”

d - əqlin inkişafı, təlim mərhələsi

A) 1 - b, 2 - a, 3 - d, 4 - c

B) 1 - b, 2 - a, 3 - c, 4 - d

C) 1 - a, 2 - b, 3 - d, 4 - c

D) 1 - d, 2 - c, 3 - b, 4 - a

E) 1 - c, 2 - d, 3 - a, 4 - b

34. Yaş bölgülərinin hansı pedaqoqa aid olduğunu uyğunlaşdırın

1 - Platon

2 - Aristotel

3 - Y. A. Komenski

4 - J. J. Russo

5 - R. Ouen

a - 1 - 3, 4 - 6, 6 - 10, 10 - 17

b - 0 - 6, 6 - 12, 12 - 18, 18 - 24

c - 0 - 2, 2 - 12, 12 - 15, 15 - 18

d - 0 - 7, 7 - 14, 14 - 21

e - 0 - 6, 7 - 12, 12 - 18, 18 - 20

A) 1 - e, 2 - d, 3 - b, 4 - c, 5 - a

B) 1 - e, 2 - c, 3 - d, 4 - b; 5 - a

C) 1 - a, 2 - d, 3 - b, 4 - c, 5 - e

D) 1 - b, 2 - c, 3 - d, 4 - e, 5 - a

E) 1 - c, 2 - d, 3 - a, 4 - e, 5 - b

35. J. J. Russo uşaqların üç mənbədən tərbiyə aldığını qeyd edir. Həmin mənbələrin mahiyyətini uyğunlaşdırın.

1 - təbiət vasitəsilə tərbiyə

2 - əşya və hadisələrlə tərbiyə

3 - insanlarla tərbiyə

a - insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir

b - uşaq şəxsiyyətinə müəyyən məqsədlə edilən pedaqoji təsirdir

c - uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir

A) 1 - c, 2 - a, 3 - b

B) 1 - b, 2 - c, 3 - a

C) 1 - a, 2 - b, 3 - c

D) 1 - c, 2 - b, 3 - a

E) 1 - a, 2 - c, 3 - b

36. XVIII əsr maarifçilərinin əsərlərini müəyyən edin

1 - Con Lokk

2 - Jan Jak Russo

3 - Klod Adrian Helvetsi

4 - Deni Didro

a - “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə nəsihət”

b - “Ağıl haqqında”, “Insan, onun əqli qabiliyyətləri və tərbiyəsi haqqında”

c - “Tərbiyə haqqında fikirlər”, “Insan zəkası haqqında təcrübələr”

d - “Böyük didaktika”, “Yaxşı təşkil olunmuş məktəbin qanunları”

e - “Ictimai müqavilə”, “Emil və ya tərbiyə haqqında”

A) 1 - c, 2 - e, 3 - b, 4 - a

B) 1 - e, 2 - c, 3 - a, 4 - b

C) 1 - c, 2 - b, 3 - d, 4 - a

D) 1 - d, 2 - a, 3 - c, 4 - e

E) 1 - b, 2 - d, 3 - e, 4 - c

37. Aşağıdakı pedaqoji fikirlər hansı maarifçi pedaqoqa aiddir, uyğunlaşdırın

1 - Con Lokk

2 - Y. A. Komenski

3 - J. J. Russo

4 - K. A. Helvetsi

5 - D. Didro

a - tərbiyə hər şey deyil, çox şeydir

b - ev tərbiyəsi nə qədər pis olsa da yenə də məktəbdən yaxşıdır

c - əyanilik müəllimlər üçün qızıl qayda olmalıdır

d - qadınlara heç bir ciddi əqli tərbiyə lazım deyil

e - tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsiilə dahilər yetişdirmək olar

A) 1 - b, 2 - c, 3 - d, 4 - e, 5 - a

B) 1 - a, 2 - e, 3 - c, 4 - d, 5 - b

C) 1 - b, 2 - d, 3 - e, 4 - c, 5 - a

D) 1 - b, 2 - a, 3 - c, 4 - d, 5 - e

E) 1 - d, 2 - b, 3 - e, 4 - c, 5 - a

38. C. Lokkun irəli sürdüyü 4 qanuna uyğun olan məzmunu uyğunlaşdırın

1 - əbədi qanunlar;

2 - təbii qanunlar;

3 - insani qanunlar;

4 - ilahi qanunlar

a - insanın yaşayışının son məqsədini ifadə edir;

b - təbiət qanunlarının pozulmasına qarşı yönəldilmiş sanksiyalar məcmusudur;

c - təbiət və cəmiyyətdə eyni güclə fəaliyyət göstərir;

d - həm də insana xas olan fiziki emosional və intellektual sahələri əhatə edir.

A) 1 - c, 2 - b, 3 - d, 4 - a

B) 1 - c, 2 - a, 3 - d, 4 - b

C) 1 - a, 2 - b, 3 - d, 4 - c

D) 1 - c, 2 - d, 3 - b, 4 - a

E) 1 - a, 2 - b, 3 - c, 4 - d

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin