Ümumdünya cazibə qanunu Ümumdünya cazibə qanunu — məşhur ingilis fiziki İsaak Nyutonun təklif etdiyi qanuna görə aralarındakı məsafə R, kütlələri m1 və m2 olan iki maddi nöqtə bir- birini kütlələrinin hasili ilə düz,aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir:
burada G – qravitasiya sabitidir, r - maddi nöqtələr arasındakı məsafələrdir.
Qravitasiya sabiti – kütlələri 1 kq, aralarındakı məsafə 1 metr olan iki bircins kürə arasındakı cazibə qüvvəsinə bərabər olan sabitdir, G= 6,673 м³/(кq·san²). Qravitasiya sahəsinin əsas xassəsi budur:
-Qravitasiya sahəsini mənbəyi kütlədir: böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsinden daha böyükdür.
ölçü vahidi:
Məlumdur ki, cisimlər bir birini qravitasiya sahəsi vasitəsi ilə cəzb edirlər. Birinci cismin yaratdığı qravitasiya sahəsi ikinci cismə, ikinci cismin yaratdığı qravitasiya sahəsi birinci cismə təsir edir. Bu qüvvələr isə qravitasiya qüvvələri adlanır. Əgər qravitasiya sahəsinə hər hansı bir cismi yerləşdirsək, bu cismə qravitasiya qüvvəsi təsir edəcək.
Cismə təsir edən qravitasiya qüvvəsinin bu cismin kütləsinə olan nisbəti qravitasiya sahəsinin intensivliyi adlanır ;
Qravitasiya sahəsinin intensivliyinin
ölçü vahidi:
cismin kütləsindən asılı deyil:
g(m)= const.
yerin mərkəzinə doğru yönəlib.
Qravitasiya qüvvəsinin düsturu:
Tangensial təcil.Normal təcil. Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir.Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır {\displaystyle m \over san^{2}}.
Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir.
Bircins dairəvi hərəkətdə təcil və əvəzləyici qüvvə çevrənin mərkəzinə doğru yönəlir ; Bu mərkəzidir. Halbuki, mərkəzdən qaçma qüvvəsi adlanan bu qüvvə cismdən xaricə doğru yönələn həqiqi psevdo qüvvədir cismin hərəkət trayektoriyası düz xətt deyilsə belə hərəkət əyrixətli hərəkət adlanır. Əyrixətli hərəkətdə cismin hərəkət istiqaməti daima dəyişdiyindən hərəkət təcilli hərəkətdir. Əyrixətli trayektoriyaya çəkilmiş toxunan istiqamətində yönəlir. Trayektoriyaya toxunan istiqamətdə yönəlmiş və sürətin modulca dəyişməsini xarakterizə edən təcil toxunan və ya tangensial təcil adlanır.Toxunana perpendikulyar olan və sürətin istiqametcə dəyişməsini xarakterizə edən təcil normal və ya mərkəzəqaçma təcili adlanır.
a=r
Tangensial təcil radius vektora perpendikulyar yönəlir və bucaq təcili adlanır( {\displaystyle \alpha } ).
Əyrixətli hərəkətdə təcilin komponentləri. Tangensial komponent at tangensial təcil əyriyə toxunan istiqamətində yönəlir , və əyri boyunca yönəlib sürət vektorunu göstərir (və ya əks istiqamətdə).
Normal təcilin komponenti (və ya çevrə boyunca hərəkətdə mərkəzə qaçma təcili) ac sürət vektorunun dəyişməsinə görə trayektoriyanın normalıdır və əyrinin mərkəzinə doğru yönəlir.
Bircins dairəvi hərəkət, bu çevrə üzrə bərabərsürətli hərəkətdir. Belə hərəkət edən cismin sürətinin ədədi qiyməti sabit istiqaməti isə zaman keçdikcə dəyişir.Sürətin istiqaməti dəyişdiyindən çevrə üzrə hərəkət təcilli hərəkətdir.Çevrənin istənilən nöqtəsindəki təcil vektoru sürət vektoruna perpendikulyar olur və çevrə mərkəzinə doğru yönəlir.Radius boyunca çevrənin mərkəzinə doğru yönəlmiş təcilə mərkəzəqaçma təcili deyilir. Mərkəzəqaçma təcilinin modulu aşağıdakı kimi ifadə olunur :
v Çevrə boyunca hərəkət edən cismin xətti sürətidir. Buna ekvivalent olaraq çevrə boyunca hərəkət edən cismin təcilini bucaq sürəti adlanan kəmiyyətlədə təyin edirlər
a=
r {\displaystyle \mathbf {r} }r r Çevrənin merkəzindən yönələn radius vektordur və qiyməti radiusun uzunluğuna bərabərdir.