ŞEİR
Hicab, xanım Zəhradan bizə yadigar,
Onu Zeynəb bizə edib etibar.
Hicabsız bu dünya bizə olub dar,
Canımdan keçərəm, Ondan keçmərəm.
Hicab, Allah əmri – bihudə sayma!
Allahın əmrinə qadağa qoyma!
Hicab dərimizdi, dərimi soyma!
Canımdan keçərəm, Ondan keçmərəm.
Hicab ismətimiz, hicab arımız,
Həm varlığımız, həm də varımız.
Qiyamət günündə bizim karımız,
Canımdan keçərəm, Ondan keçmərəm.
Ey hicaba qarşı duran kimsələr!
Məkrli hiylələr quran kimsələr!
Zəhranın qəlbini qıran kimsələr!
Canımdan keçərəm, Ondan keçmərəm.
Dostları ilə paylaş: |