Gecə yarısı...
Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını bəhanə edir və deyirdi: Elə indicə atam yanımda idi, məni dizinin üstə oturtmuşdu, başıma əl çəkib, nəvaziş edirdi. Bibican, o mənim üzümdən öpdü və mənə təskinlik verirdi. Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...
O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məlun gecə yarısı imam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Neçə nəfər məmur əllərində bir neçə şam tutaraq, başı teştə qoyub, üstünü örtərək xarabaya gətirdilər.
Nazdanə üzünü həzrət Zeynəbə (ə) tutub dedi: Bibi mən xörək istəmirdim, mən atamı istəyirəm...
Bibi Zeynəb, dedi: Sənin istədiyin o örtüyün altındadır. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Təkcə o qız yox, bəlkə hamısı bunu görəndə ağlayıb, şivən etdilər. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata sən meydana gedərkən, alnın salamat idi, kim sənin nurani alnını sındırıb? O, atasının yaralanmış alnından öpdü. Ata saqqalın niyə qana və külə boyanıb?
Sonra atasına giley etməyə başladı: Ata üzümə bax, bu göyərən yerlər düşmən silisinin yeridir. Ata, bədənimə bax, o qədar taziyanə vurublar ki, qaralıb. Ata ayaqlarıma bax, tikanla dolub. Ata təsəlli və nəvaziş əvəzinə, məni sili ilə sakitləşdirirdilər. O qədər ata, ata etdi ki, daha səsi kəsildi. Tarixə əsasən onun anası da xarabada idi. Anası gəlir, onu nə qədər çağırır ki, qızım, ürəyimin meyvəsi, qalx, amma daha Rüqəyyədən (ə) səs gəlmir. Nə qədər tərpədirlər, tərpənmir. Atasının başını sinəsinə almış halda, dünyanı vida etmişdi.
Sənsiz baba hər ləhzə işim ahi-fəğandı
Hər ləhzə vüsalın mənə min ləzzti-candı
Səndən olalı ağlamışam hər gecə-gündüz
Şahid bu sözə gözdən axan əşki-rəvandi1
Çox ağlamışam and ola öz canına baba
Əşgim qutarıb, gözdən axan dildəki2 qandı
Mən salmamışam damən vüsalın3 ələ asan
Bu vəslətə4 bais, o həmən ah, fəğandı
Çarə qəmi-hicranə tapam, nalədi gördüm
Bildim ki, məni nalə bu qəmdən qutarandı.
Etdim o qədər nalə inandım bu vüsalı
Bu vəsləti qəlbimdəki eşqim də inandı
Nalə gücünə qatil əlindən başın aldım
Yoxsa belə müşgül5, çətin asan olunandı
Gəlməzdi gümanım gecə yarı, gələ yarım
Yüz şükr ola Allaha, yatan bəxtim oyandı
Viranəyə xoş gəlmisən ey qibleyi-eşqim
Bu gəlməyin ilə başım, ərşə dayandı
Abad elədin külbəmi, olsun evin abad
Viranə evim indi mənim rişki-cinandı1
Eşqində sənin hər qəm, hər möhnətə dözdüm
Aləmdə vəli ayrılığın dərdi yamandı
Haşa, sənə şükuh2 edərəm kəsrəti-qəmdən3
Aşiq bilirəm atəşi-eşq ilə yanandı
Hərgiz, demirəm qalmışam ac, sevgilim, amma
Heç isti ğəza4 görməmişəm mən nə zamandı
Başın yuxuda çox gecə gördüm, dedim ey vay
Məndən qabaq ey vay səsimə əmməm oyandı
İndi ucadan ağlamaram, düşmən oyansın
Şam əhli gəlib görsə deyərlər: bu babandı?
Sinən güli bax gör haranı məskən edibdi
Axır nə deyim mən sənə ki, dərdim əyandı
Naçar olu viranəni məskən edər axər
Bir quş ki, onun lanə-o-kaşanəsi5 yandı.
Sani6 anamı, Zəcr məni vurdu yol üstə
Zəhra nənəmin dərdi mənə indi əyandı
Zəhrayə dəyən sili mənə dəydi yıxıldım
Od tutdu üzüm Şamə kimi yandı ki, yandı.
Su verdilər içdin, de görüm, ya susuz öldün?
Qurbanə verəllər su, bu mərsumi-cahandı7.
Bu parçalanan başın öpüm mən harasından?
Yox saf yeri başın, başə-baş yarədi qandı
Çoxdur yara başındə, məni bir yaran amma
Çox yandırır, alnından axan ləxtəli qandı.
Bildim, niyə əmməm başını Kufədə yardı
Qan axdı başından üzünə qanə boyandı
Hətmən bu alnında olan yarəni gördi
Vurdu başını məhmilə başdan yaralandı.
Alnın yaralıdı bilirəm, kərb və bəladən1
Dillən görüm axər bu dodağında nə qandı
Bir kəlmə danış, heç mənə yox, əmməmə xatir
Məndən də çox əmməm, dodaqundan nigərandı
Ey vay mənə bir busə yeri yox dodağında
Dərdin mənə gəlsin, bu nə dəndandı2, dəhandı3?!
Qoy bir də dodağından öpüm canımı çıxsın
Hər bir öpüşün qiyməti minlər belə candı
Bir busə də ver əmməmə qanlı dodağından
Hicrində nə müddətdi bibim əşgi-fəşandı4
Dərdin qocaldıb əmməmi, başın qəm ağardab
Aç gözlərini, necə gör qəddi kəmandı 5
Bədənə bədənə qüsl verib, kəfənə bükmək üçün ğəssalə gətirdilər. Bədəni qüsl və kəfən üçün hazırladılar. Qadınlar və uşaqlar bu səhnəni müşahidə edərkən, nalə və şivən səsləri ucaldı. Ğəssalə, həzrət Rüqəyyənin (ə) bədənini görən kimi qüsl etməkdən əl çəkib dedi: Bu əsirlərin başçısı kimdir?
Həzrət Zeynəb (ə) buyurdu: Nə istəyirsən?
Ğəssalə dedi: Bu qız hansı xəstəliyə tutulmuşdu ki, bədəni belə qaralıbdır?
Həzrət Zeynəb (ə) buyurdu: Ey ğəssalə, o xəstə deyildi. Bu qaralan yerlər düşmənlərin taziyanələrinin və zərbələrinin yeridir.
Hamılıqla ağlamağa başladılar. Ğəssalə qadın da nazdanənin zəif və yaralı bədənini yuyarkən gözlərindən yaş axırdı.
Əhli-beyt (ə) Şamdan Mədinəyə qayıdarkən Şamın qadınları qara geyərək, onları yola salırdılar. Hər tərəfdən onların nalə və ağlamaq səsləri gəlirdi və əhli-beyt (ə) ilə vidalaşırdılar. Zeynəbi Kübra (ə) bu fürsətdən çoxlu istifadələr etdi: o cümlədən, vida vaxtı, birdən başını gəcavədən çölə çıxartdı və xitab etdi: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qalıb. Hər vaxt onun qəbrinin kənarına getsəniz (o bu diyarda qəribdir) məzarının üstə su səpin və qəbrinin kənarında çıraq yandırın.
Dostları ilə paylaş: |