«f a t I h ə» s u r ə s I (1)


«Müfəssəl» surəsi (41) 39 –46 -cı ayətlər



Yüklə 2,11 Mb.
səhifə67/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

«Müfəssəl» surəsi (41) 39 –46 -cı ayətlər

(39).Onun ayətindəndir ki, görürsən ərzi çəkinən halda. Onda ki, nazil edirik onun üzərinə suyu, o həyacanlanır və şişir. Həqiqətən, Odur ki, həyat verdi ona, dirildəndir ölüləri. Həqiqətən, O külli şey üzərində Qadirdir! (40).Həqiqətən, o kəslər ki, Bizim ayətlərimizdə əyilirlər, Bizdən məxfi deyil. Ə, o kəs ki, yanar oda atacaqlar, xeyirlidir, yoxsa o kəs ki, gəlir əminliklə qiyamət günündə? Əməl edin nə istəyirsiniz. Həqiqətən, O nə ilə ki, əməldəsiniz, Bəsirdir! (41).Həqiqətən, o kəslər ki, kafir olurlar zikr ilə, ondan sonra ki, gəldi onlara və həqiqətən, o – kitabdır əziz. (42).Gəlmir ona batil nə qarşıdan, nə arxadan – nazil olub Həkimdən, Həmiddən. (43).Deyirlər sənə ancaq nə ki, dedilər səndən qabaqkı rəsullara. Həqiqətən, Rəbbin sənin məğfirət sahibidir və ələmli iqab sahibidir! (44).Əgər Biz etsəydik onu əcəmi dilində Qur’an, onda deyərdilər: «Əgər onun ayətləri aydın fəsillərlə olsaydı». Ə, məgər ki, əcəmi və ərəbi! De: «O, o kəslər üçün ki, inanırlar, hidayət və şəfadır. Və o kəslər ki, inanmırlar, qulaqlarında onların karlıq var və o, onlar üzərində korluqdur. Həmin onlardır ki, çağırırlar onları uzaq məkandan». (45).Əlbəttə, əta etdik Musaya kitabı və ixtilaf etdilər onda. Əgər qabaqcadan Rəbbindən sənin kəlmə olmasaydı, qəzavat olardı arasında onların. Həqiqətən, onlar şəkdədir ondan, şübhədədirlər. (46).Kim əməli islahatdır və öz nəfsi üçündür. Və kim pis iş etdi, öz əleyhinədir və sənin Rəbbin bəndələrinə zülm edən deyil!




«Müfəssəl» surəsi (41) 47 –54 -cü ayətlər


25 –ci cüz

(47).Onun tərəfinədir elmi saatın. Heç meyvə öz qönçəsindən çıxmaz və heç qadın hamilə olmaz və doğmaz, ancaq Onun elmi ilə. O gün nida edər onlara: «Haradadır Mənim şəriklərim?» Deyərlər: «Biz Sənə xəbər verdik, bizim heç bir şahiddən yoxumuzdur!» (48).Qabaqcadan çağırmış olduqları zəlil olaraq onlardan yox oldular və zənn etdilər ki, onlar üçün qurtuluş yoxdur. (49).Yorulmaz insan çağırışından xeyirin. Əgər toxunsa ona şər, məyus olaraq ümidsiz olar. (50).Əgər Biz daddırsaq ona Öz yanımızdan rəhmət ondan sonra ki, zərər toxunub ona, deyir: «Bu mənim üçündür və zənn etmirəm saat yetişə. Əgər mən müraciət etsəm tərəfinə Rəbbimin, həqiqətən, mənim üçün Onun yanında yaxşılıq var!» Biz xəbər verərik o kəslərə ki, kafirdirlər, nə ilə ki, əməl etdilər və daddırarıq onlara qəliz əzabdan. (51).Onda ki, nemətimizdən verdik insana, üz çevirib və uzaqlaşır. Onda ki, toxunur ona şər, o, geniş çağırış sahibi olur. (52).De: «Ə, görürsünüzmü, əgər oldu o, Allah yanından, sonra siz kafir oldunuz onun ilə, kim zəlalətdədir o kəsdən ki, o, uzaq şəqavətdədir?» (53).Biz göstərərik onlara ayətlərimizi üfüqdə və onların öz nəfslərində, ta bəyan ola onlar üçün, həqiqətən, o haqdır. Ə, kafi deyilmi Rəbbin üçün, həqiqətən, O üzərində külli şeyin Şahiddir? (54).Ə, məgər yoxmu? Həqiqətən, onlar şübhədədirlər görüşündən Rəblərinin! Ə, məgər yoxmu? Həqiqətən, O küllisi ilə şeyin Mühitdir!


«Şura» surəsi (42)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).Ayn. Sin. Qaf! (3).Belə vəhy edir sənə və tərəfinə o kəslərin ki, səndən qabaq var idilər. Allah Əzizdir, Həkimdir! (4).Onun üçündür nə ki, səmalarda və nə ki, ərzdədir. O Alidir, Əzimdir! (5).Az qaldı səmalar yarılsın fövqlərindən və mələklər saya salırlar həmd ilə Rəblərini və ərzdə olan kəslər üçün bağışlanmaq istəyirlər. Ə, məgər yoxmu? Həqiqətən, Allah – O Ğəfurdur, Rəhimdir! (6).O kəslər ki, götürdülər Ondan başqa dost, Allah Hafizdir üzərində onların və sən üzərində onların vəkil deyilsən! (7).Belə vəhy edirik sənə Qur’anı – ərəbi olanı, nəzərinə çatdırmağın üçün şəhərlər anasını və kim ki, ətrafında onun. Nəzərə çatdırasan cəm olma günü ilə ki, onda şübhə yoxdur. Bir dəstə cənnətdə və bir dəstə odda olacaq. (8).Əgər istəsəydi Allah edərdi onları vahid ümmət. Lakin daxil edir kimi istəyir rəhmətində O və zalimlər üçün dost və yardım edəndən yoxdur! (9).Yoxsa götürdülər Ondan başqa dost? Allah – O Vəlidir. O dirildir ölüləri. O üzərində külli şeyin Qadirdir! (10).Nədə ki, ixtilaf etdiniz şeydən, hökmü onun tərəfinədir Allahın. Bu sizin üçün Allahdır – mənim Rəbbimdir! Ona təvəkkül edirəm və Ona tərəf qayıdıram!

«Şura» surəsi (42) 11 –15 -ci ayətlər
(11).Yaradandır səmaları və ərzi. Etdi sizin üçün öz nəfsinizdən zövclər və davarlardan zövclər və səpdi sizi orada. Yoxdur misli Onun bir şey və O Səmidir, Bəsirdir! (12).Onun üçündür açarı səmaların və ərzin. Genişləndirir ruzisini kimə istəsə və qədərində edir. Həqiqətən, O küllisi ilə şeyin Alimdir! (13).Şəriət etdi sizin üçün dində nə ki, vəsiyyət etmişdi onunla Nuha və odur ki, vəhy edirik sənə və nə ki, vəsiyyət etmişdik onunla Ibrahimə və Musaya və Isaya ki: «Ayağa qalxın din üçün və firqələrə bölünməyin onda!» Böyükdür üzərində müşriklərin nə ki, çağırırsan onları Ona tərəf! Allah seçir kimi istəyir və hidayət edir Ona tərəf kim qayıdır. (14).Ancaq onlara elm gələndən sonra, aralarındakı qəzəbdən firqələrə bölündülər. Əgər olmasaydı kəlmə əvvəlcə Rəbbindən tərəfinə əcəlin toxunanın, qəzavat olunardı onların arasında. Həqiqətən, o kəslər ki, varis oldular onlardan sonra kitaba, ondan şəkk və şübhədə oldular. (15).Buna görə dəvət edərək çağır və ayağa qalx nə qədər sənə əmr olunub və tabe olma onların havayı istəklərinə və de: «Mən inandım nə ilə nazil edib Allah kitabdan və mənə əmr olunub ədalətli olum sizin aranızda! Allah bizim Rəbbimizdir və sizin Rəbbinizdir. Bizim üçün bizim əməlimiz və sizin üçün sizin əməliniz. Yoxdur hüccət bizim aramızda və sizin aranızda. Allah cəm edəcək bizim aramızda və Onun tərəfinədir qayıdış.

«Şura» surəsi (42) 16 -22 -ci ayətlər
(16).O kəslər ki, hüccət edirlər Allah barəsində ondan sonra ki, cavab verildi onun üçün, hüccəti onların dahazdır yanında Rəblərinin və üzərində onların qəzəb var və onlar üçündür şiddətli əzab! (17).Allah – Odur ki, nazil etdi kitabı haqq ilə və mizan. Nə idrak sahibisən, ola ki, saat yaxındır! (18).Tələsirlər ona o kəslər ki, inanmırlar ona. O kəslər ki, inanırlar, titrəyirlər ondan və bilirlər ki, o haqdır. Ə, məgər yoxmu? Həqiqətən, o kəslər ki, şübhədədirlər saatda, uzaq zəlalətdədirlər! (19).Allah Lətifdir Öz bəndələri ilə. Ruzi verir kimə istəsə. O Qəvidir, Əzizdir! (20).Kim istəyən oldu axirət əkinini, onun üçün artırarıq o əkinində. Və kim istəyən oldu dünya əkinin, əta edərik ondan ona və yoxdur onun üçün axirətdə nəsib. (21).Yoxsa onların şərikləri var, şəriət etdilər onlar üçün dindən nə ki, izn verməyibdi ona Allah? Əgər hökm haqqında kəlmə olmasaydı, həll olardı onlar arasında. Həqiqətən, zalimlər üçün ələmli əzab var! (22).Görürsən zalimlər titrəyirlər nə ki, kəsb etdiklərindən və o vaqiə olanda onlara. O kəslər ki, inanırlar və əməlləri islahatdır, gülüstanındadırlar cənnətin – onlar üçün nə istəsələr vardır Rəbləri yanında. Budur o böyük fəzl!

«Şura» surəsi (42) 23 -31 -ci ayətlər
(23).Bu, odur ki, bəşarət verir Allah Öz bəndələrinə – o kəslərə ki, inanırlar və əməlləri islahatdır. De: «Mən istəmirəm sizdən ona görə əcr, ancaq məhəbbət yaxınlarda. Kim edərsə yaxşılıq, artırarıq onun üçün onda yaxşılıq». Həqiqətən, Allah Ğəfurdur, Şakirdir! (24).Yoxsa deyirlər: «Iftira edir üzərinə Allahın yalanı!» Əgər istəsə Allah xətm vurar üzərinə sənin qəlbinin və silər Allah batili və möhkəmlədər haqqı Öz kəlməsi ilə. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (25).O – Odur ki, qəbul edir qayıtmaları Öz bəndələrindən və bağışlayır pislikləri və bilir nə ki, fəaliyyət etdiyinizi. (26).Cavab verir o kəslərə ki, inanırlar və əməlləri islahatdır və artırır onlar üçün Öz fəzlindən. Kafirlər üçün şiddətli əzab var! (27).Əgər genişləndirə Allah ruzisini Öz bəndələri üçün, tüğyan edərlər ərzdə. Lakin nazil edir qədəri ilə nə ki, istəyir. Həqiqətən, O bəndələri ilə Xəbirdir, Bəsirdir! (28).O – Odur ki, nazil edir yağışı ondan sonra ki, onlar məyus oldular və nəşr edərək yayır rəhmətini. O Vəlidir, Həmiddir! (29).Onun ayətindəndir xəlq olunması səmaların və ərzin və qaldırılması onlarda canlıların. O üzərində cəm etməyə onları, onda ki, istəyə, Qadirdir! (30).Nə isbat edirsə sizə müsibətdən, əllərinizin kəsb etdiyinə görədir və əfv edir O əksəriyyətini. (31).Siz aciz edə bilməzsiniz ərzdə və yoxdur sizin üçün Allahdan başqa dost və yardım edən!

«Şura» surəsi (42) 32 –44 -cü ayətlər
(32).Onun ayətindəndir ki, üzürlər dəryada dağlar kimi. (33).Əgər istəsə sakin edər küləyi və dayanarlar sakitcə zahiri üzərində onun. Həqiqətən, bunda ayətlər var külli səbr edənlər, şükr edənlər üçün. (34).Ya məhv edir onları nə ilə ki, kəsb ediblər və əfv edir əksəriyyətini. (35).Bilsin o kəslər ki, mücadilə edirlər ayətlərimizdə, yoxdur onlar üçün qurtuluş. (36).Nə ki, sizə verilir şeydən, mətahıdır dünya həyatının. Və nə ki, yanındadır Allahın, xeyirlidir və baqidir o kəslər üçün ki, inandılar və üzərinə Rəblərinin təvəkkül etdilər – (37) o kəslər ki, uzaqlaşırlar böyük günahlardan və fahişəlikdən. Onda ki, qəzəbli oldular, onlar bağışlayırlar. (38).O kəslər ki, cavab verirlər Rəblərinə və ayağa qalxırlar islahata və əmrləri onların şura ilədir öz aralarında və nədən ki, onları ruziləndirmişik infaq edirlər. (39).O kəslər ki, onda ki, isbat edir onlara zülm, onlar axtarırlar yardım. (40).Mükafatı pisliyin pislikdir misli onun. Kim əfv edə və islah edə, əcri onun Allahın öhdəsinədir. Həqiqətən, O sevməz zalimləri! (41).Kim yardım axtarır özünə zülm ediləndən sonra, həmin onlardır ki, yoxdur üzərində onların yoldan. (42).Həqiqətən, yol, üzərində o kəslərindir ki, zülm edirlər insanlara və pislik edirlər ərzdə qeyri haqq. Həmin onlar üçün ələmli əzab var! (43).Kim səbr edir və bağışlayır, həqiqətən, bu, əzimdəndir əmrdə! (44).Kimi zəlalətdə Allah tərk edir və yoxdur onun üçün Ondan sonra dost və görürsən zalimləri amma elə ki, gördülər əzabı, deyirlər: «Varmı tərəfinə qayıtmaq yolundan?»

«Şura» surəsi (42) 45 –51 -ci ayətlər
(45).Görərsən onları gətirirlər onun üzərinə çəkinən halda zəlalətdən, gözaltından gizlin-gizlin nəzər salaraq. O kəslər ki, inandılar, deyəcəklər: «Həqiqətən, xəsarətdə o kəslərdir ki, xəsarət yetirdilər öz nəfslərinə və ailələrinə qiyamət günü!» Ə, məgər yoxmu? Həqiqətən, zalimlər daimi əzabda olacaqlar! (46).Olmadı onlar üçün dostdan yardım edə onlara Allahdan başqa. Kimi zəlalətdə tərk edir Allah, onun üçün yol yoxdur! (47).Cavab verin Rəbbinizə, ondan qabaq ki, gələr gün Allahdan onu rədd edən olmaz! Sizin üçün sığınacaqdan yoxdur o gün və sizin üçün inkardan olmaz! (48).Əgər üz döndərsələr, Biz səni üzərinə onların mühafiz göndərməmişik. Sənin üzərində olan ancaq təbliğdir. Biz onda ki, daddıraq insana rəhmətimizdən, fərəhlənir onunla. Əgər yetişə onlara pislik nə ilə ki, əlləri hazırlamış idi… Həqiqətən, insan kafirdir. (49).Allah üçündür mülkü səmaların və ərzin. Xəlq edir nəyi istəyir. Verir kimə istəyir qadın cinsindən nəsil və verir kimə istəyir kişi cinsindən nəsil. (50).Ya cütlərlə edir onları kişi və qadın. Edir kimi istəsə sonsuz. Həqiqətən, O Alimdir, Qadirdir! (51).Olmadı bəşər üçün ki, kəlmə kəsə onunla Allah, ancaq vəhy edərək, ya hicab dalından, ya göndərir rəsul və vəhy edir izni ilə Onun nə istəsə. Həqiqətən, O Alidir, Həkimdir!

«Şura» surəsi (42) 52 –53 -cü ayətlər
(52).Belə vəhy edirik sənə ruhən əmrimizdən. Sən bilmirdin nədir kitab və nədir iman. Lakin etdik Biz onu nur olaraq. Hidayət edirik onunla kimi istəsək bəndələrimizdən və həqiqətən, sən hidayət edirsən tərəfinə yolun düzünün – (53) yoluna Allahın – Odur ki, Onun üçündür nə ki, səmalardadır və nə ki, ərzdədir. Ə, məgər yoxmu? Tərəfinə Allahın qayıdacaq əmrlər!
«Bəzəklər» surəsi (43)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).And olsun aşkar kitaba! (3).Həqiqətən, etdik Biz onu Qur’an – ərəbi olan, ola ki, əql edəsiniz. (4).Həqiqətən, o ümmil-kitabda yanımızdadır – alidir, həkimdir! (5).Ə, çevirək sizdən zikri ondan ötrü ki, siz israfkar qoumsuz? (6).Nə qədər göndərdik nəbilərdən əvvəllərdə! (7).Nə ki, gəldi onlara nəbilərdən, ancaq oldular onu istehza edənlər. (8).Həlak etdik onlardan daha şiddətlisini və keçdi məsəli əvvəldə. (9).Əgər onlardan sual etsən: «Kim xəlq edib səmaları və ərzi?». Deyərlər: «Xəlq edib onları Əziz, Alim!» (10).Odur ki, etdi sizin üçün ərzi beşik və etdi sizin üçün orada yollar, ola ki, hidayət olunasınız!

«Bəzəklər» surəsi (43) 11 –22 -ci ayətlər
(11).Odur ki, nazil etdi səmadan suyu qədəri ilə və nəşr edərək qaldırdıq onunla ölmüş ölkəni. Beləcə xaric olacaqsınız! (12).Odur ki, xəlq etdi külli zövcləri və etdi sizin üçün gəmilərdən və davarlardan nədə ki, gedirsiniz, (13) ondan ötrü ki, möhkəmlənəsiniz kürəklərində onların, sonra zikr edəsiniz nemətini Rəbbinizin. Onda ki, möhkəmləndiniz üzərində onun və dediniz: «Sübhandır – Odur ki, ram etdi bizim üçün bunu və ona yetişməyə bizdə qüvvə olmadıqda! (14).Həqiqətən, biz tərəfinə Rəbbimizin dönəcəyik!» (15).Etdilər Onun üçün Onun bəndələrindən cüz. Həqiqətən, insan kafirdir aşkar! (16).Yoxsa götürdü nədən ki, xəlq edib qızları və seçdi sizin üçün oğlanları? (17).Onda ki, bəşarət verirlər birinə onların nə ilə ki, zərbə vururlar Rəhman üçün məsəli, zəlil olaraq üzləri qaralır və o, acığını gizlədir. (18).Ə, kim ki, böyüdülüb bərbəzək içərisində və o xosunlaşmaqdadır, qeyri aşkar? (19).Etdilər mələkləri – o kəsləri ki, bəndələridir Rəhmanın, qadınlar. Ə, şahidmi idilər xəlq olunmasına onların? Yazılacaq şəhadəti onların və sual olunacaqlar! (20).Dedilər: «Əgər istəsəydi Rəhman, ibadət etməzdik onlara!» Onların bu haqda elmi yoxdu. Onlar ancaq yalan uydururlar! (21).Yoxsa əta etdik onlara kitabı ondan qabaq və onlar ona istinad edirlər? (22).Bəli! Dedilər: «Biz tapdıq atalarımızı üzərində ümmətin və biz üzərində onların asarlarının hidayət olunuruq!»

«Bəzəklər» surəsi (43) 23 -33 -cü ayətlər
(23).Belə göndərdik səndən qabaq diyarlarda nəzərə çatdırandan, ancaq orada olan sərvətlilərdən dedi: «Biz tapdıq atalarımızı üzərində ümmətin və biz üzərində onların asarlarının addımlayırıq!» (24).De: «Ə, əgər mən gəlsəm sizə daha doğru hidayətlə, nədən ki, tapdınız onun üzərində atalarınızı?» Dedilər: «Həqiqətən, biz, nə ilə göndərilmisiniz, onunla kafirik». (25).Biz intiqam aldıq onlardan və nəzər sal necə oldu aqibəti yalançıların! (26).Onda Ibrahim atasına və öz qoumuna dedi: «Həqiqətən, mən uzağam nədən ki, ibadət edirsiniz, (27) ancaq Odur ki, yaratdı məni və həqiqətən, O hidayət edəcək məni!» (28).Etdi bunu qalan kəlmə gələn nəsillərində onun, ola ki, onlar müraciət etsinlər! (29).Bəli, Mən verdim mətah bunlara və atalarına, ta gəldi onlara haqq və aşkar rəsul! (30).Amma elə ki, gəldi onlara haqq, dedilər: «Bu sehrdir və biz ona kafirik!» (31).Dedilər: «Məgər nazil olmalı deyilmi bu Qur’an üzərinə iki kənddən olan əzəmətli kişinin?» (32).Ə, onlarmı təqsim edirlər rəhmətini sənin Rəbbinin? Biz təqsim etdik arasında onların məişətlərini dünya həyatında və rəfləndirdik bəzisini onların fövqündə bəzisinin dərəcələrlə, götürməsi üçün bəzisi onların bəzisini xidmət üçün. Rəhməti Rəbbinin xeyirlidir nədən ki, cəm edirlər! (33).Əgər olmasaydı ki, insanlar vahid ümmət olacaq, gümüşdən edərdik Biz o kəs üçün ki, kafirdir Rəhmana, evinin damını və pillələrini, hansı ki, onun üzəri ilə onlar qalxırlar,
«Bəzəklər» surəsi (43) 34 –47 -ci ayətlər
(34).Və evlərinin qapılarını və söykəndiklərini, hansı ki, ona söykənərlər (35) və bəzəklərini. Külli bunlar, ancaq mətahıdır dünya həyatının və axirət isə yanındadır Rəbbinin, müttəqilər üçün. (36).Kim əyilərsə zikrindən Rəhmanın, ona təqdim edərik şeytanı və o, onun üçün yoldaşdır. (37).Həqiqətən, onlar sədd çəkərlər onlara yoldan və hesab edərlər ki, onlar hidayət olunublar. (38).Ta onda ki, gəldilər Bizim yanımıza, deyər: «Ay kaş, olaydı mənim və sənin aranda uzaqlıq iki məşriq. Pis yoldaşsan!» (39).Heç faydası yoxdur sizin üçün bu gün, ondan ötrü ki, siz zalim idiniz. Həqiqətən, siz əzabda şəriksiniz. (40).Ə, sən eşitdirə bilərsənmi karları, ya hidayət edə bilərsənmi korları və kim zəlalətdə oldu aşkar? (41).Nə vaxt ki, Biz səni aparaq və onda onlardan intiqam alarıq! (42).Ya göstərərik sənə onu ki, vəd vermişik onlara və həqiqətən, Biz üzərində onların qadirik! (43).Yapış onunla ki, vəhy olunur sənə. Həqiqətən, sən üzərindəsən yolun düzünün. (44).Həqiqətən, o zikrdir sənin üçün və sənin qoumun üçün və siz sual olunacaqsınız. (45).Sual et o kəsdən ki, göndərmişik səndən qabaq rəsullarımızdan: «Ə, etdikmi Biz Rəhmandan başqa ilahilər, ibadət edilələr?» (46).Əlbəttə, göndərdik Musanı ayətlərimizlə tərəfinə Firaunun və onun böyüklərinin. Dedi: «Mən rəsuluyam aləmlərin Rəbbinin!» (47).Amma elə ki, gəldi onlara ayətlərimizlə, onda onlar məzhəkə etdilər ondan.

«Bəzəklər» surəsi (43) 48 –60 -cı ayətlər
(48).Göstərmirik onlara ayətlərdən, ancaq böyük olur o birilərindən. Tutduq onları əzabla, ola ki, onlar müraciət etsinlər! (49).Dedilər: «Ay sehrbaz! Çağır bizə Rəbbini sənin yanında olan əhdi ilə. Həqiqətən, biz hidayət olunarıq!» (50).Amma elə ki, şəfa etdik onlardan əzabı, onda onlar üz döndərərək küsdülər. (51).Nida edərək Firaun öz qoumu arasında dedi: «Ay qoumum! Ə, mənim üçün deylmi mülkü Misirin və bu nəhrlər ki, caridir altımdan? Ə, görmürsünüzmü? (52).Yoxsa mən xeyirli deyiləm bundan – odur ki, o bir heçdir və yoxdur az qala bəyanı? (53).Əgər üzərinə onun qızıldan bilərziklər atılsaydı, ya gəlsəydi onunla birlikdə mələklər yoldaşlıq edərək!» (54).O, öz qoumunu yüngül saydı və onlar ona itaət etdilər. Həqiqətən, onlar fasiq qoum olmuşdular! (55).Amma təəssüfləndik, intiqam aldıq onlardan və qərq etdik onları cəmiyyən. (56).Etdik onları sələfilər, yəni keçib getmişlər və məsəl axırdakılar üçün. (57).Amma elə ki, məsəl vuruldu Məryəm oğlundan, onda ki, sənin qoumun ondan sədd çəkdilər (58) və dedilər: «Ə, ilahilərimiz xeyirlidir, yoxsa o?» Zərbə vururlar onu sənin üçün ancaq mücadilə etməkdən ötrü. Bəli, onlar xosunlaşan qoumdur! (59).O, ancaq bəndədir. Nemət vermişik üzərinə onun və etdik onu məsəl Israil oğulları üçün. (60).Əgər istəsəydik edərdik sizdən mələklər ərzdə, xəlifələr.

«Bəzəklər» surəsi (43) 61 -73 -cü ayətlər
(61).Həqiqətən, o, elmdir saat üçün – onunla şübhəli olmayın və tabe olun Mənə! Bu, düz yoldur! (62).Sədd çəkməsin sizin yolunuza şeytan, həqiqətən, o, sizin üçün ədavətlidir aşkar. (63).Amma elə ki, gəldi Isa bəyanatlarla, dedi: «Əlbəttə, mən gəldim sizə hikmətlə və bəyan etmək üçün sizə bəzisini – odur ki, ixtilafdasınız onda. Allahdan qorxun və itaət edin mənə. (64).Həqiqətən, Allah – O mənim Rəbbimdir və sizin Rəbbinizdir və ibadət edin Ona! Bu, düz yoldur!» (65).Ixtilaf etdilər dəstələr onlar arasından. Vay olsun o kəslərə ki, zalim oldular, əzabından ələmli günün! (66).Məgər görərlərmi ancaq saatdan başqa bir şey ki, gələr onlara birdən və onlar şüursuzdurlar? (67).Dostlar o gün bəzisi bəzisinə düşmən olar, ancaq müttəqilərdən başqa. (68).Ay bəndələrim! Yoxdur xof üzərinizdə sizin o gün və siz hüznlü olmayacaqsınız – (69) o kəslər ki, inandılar ayətlərimizlə Bizə və təslim olanlar oldular. (70).Daxil olun cənnətə siz və zövcləriniz, xoşhal olacaqsınız! (71).Dolanarlar üzərində onların buludlarla qızıldan və kuzələr və orada nə iştahaları onu nəfsləri üçün və ləzzət üçün gözlərə. Siz orada həmişəlik qalacaqsınız. (72).Bu cənnət, hansı ki, varis oldunuz ona, nə ilə ki, oldunuz əməllilər. (73).Sizin üçün orada çoxlu meyvələr, hansı ki, ondan yeyəcəksiniz.

«Bəzəklər» surəsi (43) 74 -89 -cu ayətlər
(74).Həqiqətən, cərimə olunmuşlar cəhənnəmdə həmişəlik əzabda qalacaqlar! (75).Onlara yüngüllük olmayacaq və onlar orada ümidsiz olarlar. (76).Biz onlara zülm etmədik və lakin onlar zalimlər oldular. (77).Nida edərək çağırdılar: «Ay Malik! Qoy həll etsin üzərimizə Rəbbin!» Dedi: «Həqiqətən, siz qalacaqsınız». (78).Əlbəttə, gəldik sizin üçün haqq ilə və lakin əksəriyyətinizin haqqa kərahətiniz var. (79).Yoxsa əmrlərində bir işmi icad etdilər? Həqiqətən, Biz də icad edirik. (80).Yoxsa hesab etdilər ki, Biz eşitmirik onların sirlərini və danışıqlarını? Bəli! Elçilərimiz yanlarında yazırlar. (81).De: «Əgər Rəhmanın övladı olsaydı və onda mən ibadət edənlərin əvvəlincisi olardım». (82).Sübhandır səmaların və ərzin Rəbbi – ərşin Rəbbi, nədən ki, vəsf edirlər! (83).Tərk et onları, oyun və əyləncə altında yüklənsinlər, ta öz günləri ilə görüşənə qədər – odur ki, onlara vəd verilib. (84).O – Odur ki, səmada Ilahidir və ərzdə Ilahidir. O Həkimdir, Alimdir! (85).Pak və ucadır – Odur ki, Onun üçündür mülkü səmaların və ərzin və nə ki, onlar arasındadır. Onun yanındadır elmi saatın və Ona tərəf müraciət edəcəksiniz. (86).O kəsləri ki, çağırırsınız Ondan başqa, şəfaətə malik deyillər, ancaq kim ki, şəhadət verir haqq ilə və onlar bilirlər. (87).Əgər sual etsən onlardan kim onları xəlq edib, deyərlər: «Allah!» Bəs niyə üz döndərirlər? (88).Dedi: «Rəbbim! Həqiqətən, bunlar inanmayan qoumdur!» (89).Və üz döndər onlardan və de: «Salam!» və onlar biləcəklər!
«Duman» surəsi (44)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).And olsun aşkar kitaba! (3).Həqiqətən, Biz onu mübarək gecədə nazil edirik. Həqiqətən, olduq Biz nəzərə çatdıranlar! (4).Onda firqələnir külli hikmətli əmr – (5) əmr Bizim yanımızdandır. Biz göndərənlər olduq, (6) rəhmətdir Rəbbindən sənin, həqiqətən, O – O Səmidir, Alimdir! (7).Rəbbidir səmaların və ərzin və onlar arasında olanların, əgər yəqinliyiniz varsa. (8).Yoxdur Ilahi, ancaq Odur – dirildir və öldürür. Sizin Rəbbinizdir və sizdən əvvəlki atalarınızın Rəbbidir. (9).Bəli, onlar şəkdə oynayaraq əylənirlər! (10).Gözlə günü, onda ki, gələr səmadan aşkar duman. (11).Örtər insanları. Bu, ələmli əzabdır! (12).«Rəbbimiz! Şəfa ver bizə əzabdan, biz inananlarıq!» (13).Haradadır onlar üçün zikr və əlbəttə, gəldi onlara aşkar rəsul? (14).Sonra üz çevirdilər ondan və dedilər: «Məlum məcnundur!» (15).Biz şəfa edərək əzabı döndərərik bir az, həqiqətən, siz yenə qayıdacaqsınız (16) o gündə ki, onda Biz məğlub edərik böyük məğlubiyyətlə. Həqiqətən, Biz intiqam alırıq! (17).Əlbəttə, sınadıq Biz onlardan qabaq Firaun qoumunu. Gəldi onlara kəramətli rəsul: (18).«Qaytarın mənim yanıma bəndələrini Allahın. Həqiqətən, mən sizin üçün əmin rəsulam!

«Duman» surəsi (44) 19 –39 –cu ayətlər
(19).Ucalmayın qarşısında əleyhinə Allahın. Həqiqətən, mən gəlirəm sizə aşkar sultanlıqla. (20).Pənah gətirirəm mənim Rəbbimə və sizin Rəbbinizə, ondan ötrü ki, məni vurmayasız. (21).Əgər inanmadınız mənə və onda uzaqlaşın məndən». (22).Çağırdı Rəbbini: «Həqiqətən, bunlar cərimə olunmuş qoumdur!» (23).«Çıx Mənim bəndələrimlə gecə vaxtı. Həqiqətən, sizin ardınızca gələcəklər. (24).Tərk et dəryanı sakit olan halda. Həqiqətən, onlar qərq olan qoşundur». (25).Nə qədər onlar tərk etdilər cənnətlərdən və bulaqlardan (26) və əkinlərdən və kəramətli məqamlardan (27) və nemətlərdən, hansı ki, orada əylənən olmuşdular! (28).Belə! Biz varis etdik ona axır qoumu. (29).Ağlamadı onların üzərində səma və ərz və nəzərə alınanlar olmadılar! (30).Əlbəttə, Biz nicat verdik Israil oğullarına alçaldıcı əzabdan – (31) Firaundan. Həqiqətən, o, israfkarlardan ucası oldu. (32).Əlbəttə, Biz seçdik onları elmlərinə görə üzərində aləmlərin. (33).Gətirdik onlara ayətlərdən, nə ki, onda aşkar sınaq var idi. (34).Həqiqətən bunlar deyirlər: (35).«O ancaq bizim əvvəlinci ölümümüzdür və biz bir daha dirilərək qalxmayacağıq! (36).Gətirin atalarımızı, əgər doğru deyirsiniz». (37).Ə, onlar xeyirlidirlər, yoxsa Tubba qoumu və o kəslər ki, onlardan qabaq var idilər? Həlak etdik onları, həqiqətən, onlar oldular cərimə olunmuşlar. (38).Xəlq etmədik səmaları və ərzi və onlar arasında olanları əylənərək. (39).Xəlq etdik onları ancaq haqq ilə və lakin əksəriyyəti onların bilmirlər.

«Duman» surəsi (44) 40 –59 -cu ayətlər
(40).Həqiqətən, o gün ayrılmadır – vaxtıdır onların cəmiyyən. (41).O gün onda dost dostunu şeynən qəni etməz və onlara yardım olmayacaqdır, (42) ancaq kimə ki, rəhm edib Allah. Həqiqətən, O Əzizdir, Rəhimdir! (43).Həqiqətən, zəqqum ağacı – (44) təamdır günahkarlar üçün. (45).Necə ki, mis kimi qaynayır bətnlərdə – (46) qaynayır hamamda qaynayan kimi! (47).«Tutun onu və atın tərəfinə ortasının cəhənnəmin, (48) sonra tökün onun başına əzabdan hamamdakı qaynar su kimi. (49).Dad, həqiqətən, sən əzizsən, kərimsən! (50).Həqiqətən, bu, nə ki, siz onda şübhəli idiniz». (51).Həqiqətən, müttəqilər əmin məqamdadırlar – (52) cənnətlərdə və bulaqlarda. (53).Bəzənərlər onlar atlas parçalarla, bir-birinin müqabilində. (54).Belə! Zövc etdik onları qara, iri gözlü hurilərlə. (55).Çağırıb istəyirlər onlar orada küllisi ilə meyvələrin əminliklə. (56).Dadmazlar onlar orada ölüm, ancaq əvvəlki ölümdən başqa və O qorudu onları cəhənnəm əzabından, (57) fəzl Rəbbindən. Budur əzəmətli mükafat! (58).Həqiqətən, Biz asan etdik onu sənin dilinlə, ola ki, onlar zikr edələr! (59).Təqib et onları, həqiqətən, onlar da təqib edirlər!

«Diz çökmüş» surəsi (45)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim! (2).Nazil edildi kitab Allahdan – Əzizdən, Həkimdən! (3).Həqiqətən, səmalarda və ərzdə ayətlər var inananlar üçün! (4).Sizin xəlq olunmağınızda və canlıların dirilərək qaldırılmasında ayətlər var yəqinliyi olan qoum üçün. (5).Ixtilafında gecənin və gündüzün və Allahın nazil etməsində səmadan ruzilərdən və həyat verməsində onunla ərzə ölümündən sonra və küləklərin istiqamətində ayətlər var əql edən qoum üçün. (6).Bu, ayətləridir Allahın, tilavat edirik onu üzərinə sənin haqq ilə. Bəs Allahın hədislərindən və Onun ayətlərindən sonra nəyə inanacaqlar? (7).Vay olsun külli yalançılara və günahkarlara! (8).Eşidir Allahın ayətini – tilavat olunanı üzərinə onun, sonra təkəbbürcəsinə üz çevirir, elə bil ki, eşitmir onu. Bəşarət ver ona ələmli əzabla! (9).Onda ki, bildi ayətlərimizdən bir şey, tutur onu əyləncəyə. Həmin onlar üçün alçaldıcı əzab var! (10).Onlardan arxada cəhənnəmdir. Qəni etməyəcək onlardan nə ki, kəsb ediblər, şeynən və nə ki, götürdülər dostlar Allahdan başqa. Onlar üçün əzəmətli əzab var. (11).Bu hidayətdir. O kəslər ki, kafirdirlər ayətlər ilə Rəblərinə, onlar üçün əzab var ələmli cəzadan. (12).Allah – Odur ki, ram etdi sizin üçün dənizi, cari olması üçün gəmilərin onda əmri ilə Onun və axtarmanız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz! (13).O ram etdi sizin üçün nə ki, səmalarda və nə ki, ərzdə var cəmiyyən ondan. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum üçün!

«Diz çökmüş» surəsi (45) 14 –22 -ci ayətlər
(14).De o kəslərə ki, inandılar, bağışlasınlar o kəsləri ki, Allaha tərəf qayıdacaqları günə ümidləri yoxdur, ondan ötrü ki, O mükafatlandıracaq qoumu, nə ilə ki, oldular kəsblilər. (15).Kim əməli islahatdır, öz nəfsi üçündür. Və kim pislik edir, onun öz əleyhinədir. Sonra tərəfinə Rəbbinizin müraciət edəcəksiniz. (16).Əlbəttə, Biz əta etdik Israil oğullarına kitabı və hikməti və nəbiliyi və ruzi verdik onlara pak ruzilərdən və fəzilətli etdik onları üzərində aləmlərin. (17).Əta etdik onlara bəyanatları əmrdən. Ixtilaf etdilər onlar aralarında olan paxıllıqdan, ancaq ondan sonra ki, gəldi onlara elm. Həqiqətən, Rəbbin qəzavat edər arasında onların qiyamət günü, nədə ki, oldular onda ixtilaflılar! (18).Sonra etdik Biz səni üzərində şəriətin əmrdən. Tabe ol ona və tabe olma havayı istəklərinə o kəslərin ki, bilmirlər. (19).Həqiqətən, onlar bir şeylə səni qəni edə bilməzlər Allahdan. Həqiqətən, zalimlərin bəzisi dostudur bəzisinin və Allah dostudur müttəqilərin! (20).Bu, bəsarətdir insanlar üçün və hidayətdir və rəhmətdir yəqinliyi olan qoum üçün. (21).Yoxsa hesab etdilər o kəslər ki, icra etdilər pisliyi, Biz edəcəyik onları oxşar o kəslər kimi ki, inanırlar və əməlləri islahatdır? Bərabərdirmi həyatları və ölümləri onların? Pis hökm edirlər! (22).Xəlq etdi Allah səmaları və ərzi haqq ilə və cəzalandırması üçün külli nəfsi nə ilə ki, kəsb edib və onlara zülm olunmayacaq.



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin