Fakültə : Filologiya Kurs: II qrup



Yüklə 85,8 Kb.
səhifə11/11
tarix26.03.2022
ölçüsü85,8 Kb.
#114992
1   2   3   4   5   6   7   8   9   10   11
təsvir

Memarlıq üslubları

Yarandığı dövr

Yarandığı yer

Antik

e.əVIII -b.eV əsrlər

Yunanıstan və Roma

Bizans

VI əsr

Bizans

Roman

X-XII əsrlər

Qədim Roma

Qotik

XII-XVI əsrlər

Avropa ölkələri

İntibah

XV-XVII əsrlər

Avropa ölkələri

Barokko

XVI-XVII əsrlər

İtaliya

Rokoko

XVIII əsr

Fransa

Antik üslubun fərqli cəhətlərindən biri enli gövdəli sütunların bir-birinə yaxın yerləşdirilməsidir.Belə bir vəhdət memarlıqda ağırlıq və vəhdət hissi yaradır.

Bizans memarlıq üslubunun ən mühüm elementlərindən biri silindrik forma üzərində olan günbəzdir.Bizans memarlığında incə bədii gözəllik,həddən artıq təmtəraq və dini amillər hiss olunur.

Roman üslubunun ən səciyyəvi elementləri tağşəkilli formada qapı və pəncərə oyuqlarının olmasıdır.

Qotik üslub nisbətən uzadılmış tağ,sütün və pəncərələr ,nazik və hündür qüllələr ,fasadın zəngin oyma detallarla ,əlvan vitrajlarla bəzədilməsi onu fərqləndirən cəhətlərdəndir.

İntibah dövrü və ya Renessans dedikdə ,antik dəyərlərin yenidən dirçələrək inkişaf etməsi nəzərdə tutulur.Bu dövrdə simmetriya,nisbət ,həndəsə və digər əsas qaydalara xüsusi əhəmiyyət verilirdi.Bu dövrdə orta əsrlərə xas olan mürəkkəb və asimmetrik cizgilər dəyişdirilərək ,sütunlar nizamlı yerləşdirilmiş ,tağlar qövsvari,günbəz isə yarımkürə şəklində verilmişdir.

Müxtəlif bəzək elementləri,dəbdəbəli naxışlar,parlaq rənglər,təmtəraqlı formalar borokko üskubunu fərqləndirən cəhətlərdəndir.

Memarlıqda borokko üslubu sonralar rokoko üslubu ilə əvəz edildi.Rokoko üslubu üçün incəlik və zəriflik əsas sayılırdı

Boyakarlıq  təsviri sənətin növlərindən biridir. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsmrənglərdən ibarətdir. Onu müxtəlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərini əhatə edir. Qədim dövrlərdə dini tikililər – məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəlirdi.

Müasir dövrdə elmmədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsvirlərlə bəzənir.

Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (İtalyanca – “nəm”) texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir. Bununla yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı. O, qeyri-şəffaf xırda rəngli şüşə parçalarını divarın yaş suvağına düzməkdən ibarətdir. Freskadan fərqli olaraq mozaika yağışa, qara və başqa təbii maneələrə dözümlüdür. Qədim Roma villalarındakı hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divarlarına köçür və  yüksək sənət növləri arasında özünəməxsus yer tutur. Məsələn, Bakıdakı “Nizami”  metrosunu “Xəmsə”nin müxtəlif səhnələrinin (rəssam Mikayıl Abdullayev) təsvirləri bəzəyir.

Boyakarlığın növləri aşağıdakılardır:



  • Dəzgah boyakarlığı

  • Monumental boyakarlıq

  • Miniatür boyakarlığı

  • Teatr- dekorasiya boyakarlığı

Boyakarlığın ən geniş yayılmış forması dəzgah boyakarlığıdır.Kətan və ya ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər malbert adlanan xüsusi dəzgahlarda yaradılır. Monumental boyakarlığı əsərlərindən fərqli olaraq dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdən asıla bilər.



Teatr dekorasiya boyakarlığı dedikdə səhnə tərtibatı ilə bağlı məsələlər nəzərdə tutulur.

Monumental boyakarlıq iri həcmli Panoların yaxud tikililərin interyer və eksteriyerinin tərtibatında istifadə olunur.

Miniatür boyakarlığı çox kiçik həcmli işlərdə,adətən kitab tərtibatında istifadə olunur.

İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı- Bu janrda mövzu əsasən dini rəvayətlərdən, yaxud tarixi hadisələrdən və eləcə də məişət səhnələrindən götürülür.Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq kütlələri obrazı yaradır 
2. Batal janrı- Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s. Batal janrında yaradılmış əsərlər diqqətəlayiq sənət nümunələridir.
3.Mənzərə janrı- Ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər.Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər,bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildırım, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri. Bu bölgünü, bu siyahını, bəlkə, uzatmaq da olar. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssamlar Ayvazovski, Surikov, Repin. 
5.Məişət janrı- Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanır,xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında fəaliyyət göstərmişdir Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur.Onun “Kosa-kosa”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçı rəssamı olmuşdur. O, M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir. 
6.Portret janrı- Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə riayət olunmalıdır. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışmalıdır.  
7.Natürmort janrı- Natürmort fransızca “cansız təbiət” deməkdir. Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məişətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, səbzəvat, ovlanmış quşlar və s. təşkil edir.  Rəssam bu janra müraciət etməklə dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilər.

 
Yüklə 85,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin