Vitraj kiçik şüşə parçalarından düzəldilir ,polad,qurğuşun və ya plastik kütlədən hazırlanan lentlə birləşdirilir.
Bədii tikmə Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.
Milli tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmaqla yanaşı, qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşlardan da geniş istifadə edilirdi.
Azərbaycan tikmələri işlənmə üsuluna görə bir çox növə bölünür: təkəlduz, güləbətin, saya, piləkli, cülmə, muncuqlu, qurama,oturtma.
Tikmə elə bir sənət növüdür ki, onunla həm sadə camaat, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olurdu. XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə yanaşı, zərif tikmələrin də müəllifidir. Azərbaycan bədii tikmələrində ən çox qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, və digər motivlərə yer verilirdi. Eyni zamanda bədii tikmələrdə aşağıdakı quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər. Bədii tikmələrdə tez - tez rast gəlinən cüt quş təsvirləri dekorativ – tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır.
Dostları ilə paylaş: |