##Fakültə : kimya və biologiya ##Bölmə : azərbaycan əyani, qiyabi



Yüklə 107,85 Kb.
səhifə67/138
tarix01.01.2022
ölçüsü107,85 Kb.
#104193
1   ...   63   64   65   66   67   68   69   70   ...   138
A) 1, 4

B) 1, 3

C) 2, 3

D) 2, 4

E) 1, 5

13. Blastulanın tiplərə ayrılmasının əsasında hansı xüsusiyyətlər durur?

1 - yumurtanın bölünmə tipi

2 - sarının yerləşməsi

3 - bölünmə müstəvilərindən

4 - bölünmə iylərindən

5 - sarının miqdarı

A) 2, 3, 5

B) 1, 3, 5

C) 1, 3

D) 1, 5

E) 1, 2, 5

14. Blastulaların tiplərinin düzgün mahiyyəti hansı variantda verilmişdir?

1 - Seloblastula

2 - Sterroblastula

3 - Amfiblastula

4 - Diskoblastula

5 - Periblastula

a - sarı kütləsi içərisində yerləşən, bir neçə hüceyrə qatından ibarət olan qat şəklindədir və bu qatla sarı arasında blastosel yerləşir,

b - eyniqalınlıqlı divarı və mərkəzində çox kiçik blastoseli olur

c - nazik birqatlı divara və iri blastoselə malik olur

d - vegetativ blastomerləri iri olur, vegetativ qütbün divarları qalın olur, blastosel animal qütbə doğru yerini dəyişir

e - sarını əhatə edən hüceyrə divarına malik olur, nüvəsi səthə müqrasiya edir

A) 1 - c 2 - b 3 - d 4 - a 5 - e

B) 1 - b 2 - c 3 - a 4 - d 5 - e

C) 1 - e 2 - c 3 - a 4 - d 5 - b

D) 1 - a 2 - d 3 - e 4 - c 5 - b

E) 1 - c 2 - d 3 - e 4 - b 5 - a

15. Hansı tip yumurtalar üçün bölünmənin hansı tipi uyğundur?

a - telolesital yumurtalarda

b - polilesital yumurtalarda

c - sentrolesital yumurtalarda

d - mezo - və oliqolesital yumurtalarda

A) 1 - a 2 - c 3 - d 4 – b

B) 1 - b 2 - c 3 - a 4 - d

C) 1 - b 2 - a 3 - c 4 - b

D) 1 - c 2 - a 3 - b 4 - d

E) 1 - d 2 - b 3 - d 4 - a

16. Aşağıda deyilənlərdən hansı doğrudur?

A) oositin böyümə prosesində hər bölünmədə nüvə materialı artdığı üçün nüvə - sitoplazma münasibətləri pozulur

B) ziqotun bölünməsi zamanı əmələ gəlmiş blastomerlərin sitoplazması nüvə materialına nəzərən artır , nüvə - sitoplazma münasibətləri pozulur.

C) oogenezdə pozulmuş nüvə - sitoplazma münasibətlərinin ziqotun bölünməsi zamanı somatik hüceyrələr üçün tipik olan səviyyəsi bərpa olunur.

D) oositin böyümə prosesində hər bölünmədə nüvə materialı artdığı üçün sitoplazma kütləsinin artmasına baxmayaraq nüvə - sitoplazma münasibətləri sabit qalır

E) ziqotun bölünməsi zamanı əmələ gəlmiş blastomerlər ölçücə böyüyür , DNT isə ikiləşmədiyi üçün nüvə - sitoplazma münasibətləri pozulur

17. Sinxron bölünmə haqqında aşağıda deyilənlərdən hansı doğrudur?

1 - sintetik proseslər sıfra yaxınlaşır

2 - DNT tam sintez olunur, lakin S - fazası güclü qısalmışdır

3 - G1 və G2 fazalarının müddəti uzanmışdır

4 - sinxron bölünmə əsl mitozun uzanması hesabına daha ləng və uzunmüddətli olur

5 - bölünmələr arasında sintetik proseslər güclənir

6 - genomun bütün replikonlarında replikasiya eyni zamanda başlayır

A) 2, 5, 6

B) 1, 2, 4

C) 1, 3, 5

D) 1, 2, 6

E) 3, 5, 6

18. Saks - Qertviq qaydası aşağıda variantlardan hansında düzgün ifadə edilmişdir?

1 - hüceyrənin nüvəsi sitoplazmanın sarı olmayan hissəsinin mərkəzində yerləşməyə çalışır

2 - hüceyrənin bölünmə iyləri sitoplazmanın sarıdan azad hissəsi istiqamətində əmələ gəlir

3 - sarının miqdarı və yerləşməsi ilə nüvənin yerləşməsi arasında asılılıq yoxdur

4 - hüceyrələrin bölünmə iyləri sitoplazmanın sarı olan hissəsi istiqamətində əmələ gəlir

A) 3, 4

B) 1, 3

C) 1, 4

D) 2, 3

E) 1, 2

19. Bölünmə tiplərinin ifadəsi hansı varianda düzgün verilmişdir?

1 - radial tip bölünmə

2 - spiral tip bölünmə

3 - bilateral tip bölünmə

4 - anarxik tip bölünmə

a - bu tip bölünmə üçün bir simmetriya səthi xarakterdir, iki bölünmədən sonra T - şəkilli dörd blastomerli fiqur əmələ gəlir

b - bi tip bölünmədə blastomerlər bir - biri ilə zəif əlaqədar olur, əvvəlcə onlar q - düzgün zəncirlərlə yerləşir, sonuralar birləşərək morulanı əmələ gətirirlər

c - müxtəlif en dairələrinin blastomerləri dəqiqliklə bir - birinin üzərində yerləşir, yumurtanın polyar oxu radial simmetriya oxu ilə üst - üstə - düşür

d - artıq dörd blastomer mərhələsində sağ - sol dissimmetriya ilə fərqlənir, hər növbəti bölünmənin anafazasında ayrılmış blastomerlər bölünmə oxu ətrafında əks istiqamətə çevrilirlər

A) 1 - d 2 - c 3 - b 4 – a

B) 1 - c 2 - d 3 - a 4 - b

C) 1 - a 2 - b 3 - c 4 - d

D) 1 - b 2 - a 3 - d 4 - c

E) 1 - c 2 - a 3 - d 4 - b

Yüklə 107,85 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin