##num= 5// level= 1// sumtest=38 // name= Müasir dərsdə texniki yaradıcılığın əsas mərhələləri, xarakteri və istiqamətləri. Maşın, model və maket anlayışı //
səhifə 5/8 tarix 13.12.2018 ölçüsü 0,74 Mb. #85929
##num= 5// level= 1// sumtest=38 // name= Müasir dərsdə texniki yaradıcılığın əsas mərhələləri , xarakteri və istiqamətləri. Maşın, model və maket anlayışı //
1. Tədris maketi nə üçün istifadə edilir?
A) Əşyanın xarici görünüşü haqqında təsəvvür yaratmaq
B) Obyekt və onun hissələrinin ölçülü təsvirini vermək
C) Şagirdləri aerodinamik qanunlarla tanış etmək
D) Maşın və mexanizmlərin kinematikasını göstərmək
E) Şagirdləri texnoloji proseslərlə tanış etmək
2. Modellərin sadə formada yaradılması nəyi nəzərdə tutur?
A) məmulatın münasib formasının seçilməsini
B) çertyojların düzgün çəkilməsini
C) texniki obyektlərin surətinin həqiqi obyektlərə uyğun gəlməsini
D) materialın və pəstahın seçilməsini
E) məmulata bəzəkvurma üsulunun təyinini
3. Hansı maketlər model adlandırıla bilər?
A) eyni quruluşlu
B) teatrda dekorasiya
C) ölçüsünə görə orjinaldan fərqlənən
D) bütün detalları dəqiqliklə orjinalı əks etdirən
E) eyni materialdan hazırlanmış
4. Texniki yaradıcılığının inkişafı nə ilə bağlıdır?
A) riyazi savadla
B) qabiliyyət ilə
C) texniki savadla
D) yaddaşla
E) çox oxumaqla
5. Maşın nədir?
A) intellektual funksiyaları yerinə yetirən mexanizm
B) faydalı işi enerjiyə çevirən mexanizm
C) fiziki funksiyaları yerinə yetirən mexanizm
D) strukturu dəyişən mexanizm
E) enerjini faydalı işə çevirən mexanizm
6. İstənilən maşın hansı hissədən və aqreqatdan ibarətdir?
A) ötürücü mexanizmlər və idarə orqanlarından ibarətdir
B) İstənilən maşın mühərrik, ötürücü mexanizmlər, işçi mexanizm və idarə orqanlarından ibarətdir
C) işçi mexanizm və idarə orqanlarından ibarətdir
D) yalnız idarə orqanlarından ibarətdir
E) yalnız mühərrik, ötürücü mexanizmlərdən ibarətdir
7. Müasir maşınlar aşağıdakı funksiyaları yerinə yetirirlər
A) hal hazırda istehsalatda elektron - hesablama qurğularının tətbiqi ilə istənilən işi, intellektual funksiyalar da daxil olmaqla yerinə yetirir
B) yalnız mexaniki və fiziki funksiyalar yerinə yetirir
C) yük qaldırır,
D) yükün yerini dəyişir
E) işin strukturunu dəyişir
8. Maşının intellektual funksiyalarına aiddir:
A) yalnız texniki məsələləri həll etmək
B) yalnız konstruktor məsələlərini həll etmək
C) yalnız riyazi məsələləri həll etmək
D) yalnız fiziki funksiyaları yerinə yetirmək
E) hesabat aparmaq, nəzarət, idarəetmə, konstruktor məsələlərini həll etmək və s.
9. Maşının hansı hissələri aqreqat sayıla bilər?
A) yalnız idarə orqanları
B) yalnız ötürücü mexanizmlər
C) yalnız işçi orqanlar
D) mühərrik, ötürücü mexanizmlər, işçi orqanlar, idarə orqanları
E) yalnız mühərrik və ötürücü mexanizmlər
10. Texniki yaradıcılığın əsas mərhələləri hansılardır?
1 - daxil olmuş ideyaların sistemləşdirilməsi,
2 - aşkar edilmiş ideyaların seçilməsi və yeni məhsul ideyalının işlənib hazırlanması,
3 - yeni məhsulun iqtisadi effektivliyinin təhlili - marketinq proqramının işlənib hazırlanması,
4 - yeni məhsul yaradılması,
5 - köhnə məhsulun təkrar istehsalı,
6 - yeni praktiki vasitələrin yaradılması
A) 1, 2, 3, 4
B) 2, 3, 4, 5
C) 3, 4, 5, 1
D) 1, 2, 3, 5
E) 1, 2, 3, 6
11. İstənilən maşın hansı əsas hissələrdən ibarətdir?
1 - mühərrik
2 - qovşaq
3 - idarə orqanları
4 - işıqlandırma sistemi
5 - ötürücü mexanizmlər
6 - işçi mexanizmlər
A) 3, 4, 5, 6
B) 2, 3, 4, 5
C) 1, 4, 5, 6
D) 1, 2, 3, 4
E) 1, 3, 5, 6
12. Qovşaq nədir?
A) hissələri bir - biri ilə qarşılıqlı əlaqəsi olmayan birlə
B) sökülə bilən birləşmədir
C) sökülə bilməyən birləşmədir
D) şmədir hissələri bir - biri ilə qarşılıqlı əlaqəli olan sökülə bilən və ya sökülə bilməyən birləşmədir
E) başqa qovşaqlardan asılı olmayan birləşmədir
13. Detal qovşağın hansı hissəsidir?
A) burada sökülə bilən və ya sökülə bilməyən birləşmə yoxdur
B) sökülə bilən birləşmədir
C) sökülə bilməyən birləşmədir
D) hissələri bir - biri ilə qarşılıqlı əlaqəsi olmayan birləşmədir
E) başqa qovşaqlardan asılı olmayan birləşmədir
14. Tədris məşğələləri prosesində tələbələr maşının nəyini hazırlayırlar?
A) modelini və özünü
B) maşının özünü
C) yalnız maketini
D) yalnız modelini
E) maketini və modelini
15. Tədris modeli və tədris maketi nədir?
A) dərnəklərdə hazırlanan modellər və maketlərdir
B) tədrisdən kənar prosesdə hazırlanan modellər və maketlərdir
C) evdə hazırlanan modellər və maketlərdir
D) tədris məşğələləri prosesində hazırlanan modellər və maketlərdir
E) sərgi üçün hazırlanan modellər və maketlərdir
16. Xırda obyektlərin maketləri hansı miqyasda hazırlanır?
A) kiçildilmiş (1:100) halda hazırlanır
B) kiçildilmiş (1:50, 1:60) halda hazırlanır
C) kiçildilmiş (1:10) halda hazırlanır
D) kiçildilmiş (1:2, 1:3) halda hazırlanır
E) böyüdülmüş (2:1, 3:1) halda hazırlanır
17. Dəzgahların maşın və mexanizmlərin maketləri hansı miqyasda hazırlanır?
A) böyüdülmüş (2:1) halda hazırlanır
B) kiçildilmiş (1:10, 1:20, 1:50, 1:100 və s. ) halda hazırlanır
C) böyüdülmüş (10:1, 5:1) halda hazırlanır
D) böyüdülmüş (100:1) halda hazırlanır
E) böyüdülmüş (3:1) halda hazırlanır
18. Modellər necə olurlar?
A) statik və dinamik
B) statik
C) dinamik
D) kinematik
E) statik və kinematik
19. Tədris məşğələləri prosesində şagirdlər nəyi hazırlayırlar?
1 - maşının özünü
2 - maşının maketini
3 - maşının modelini
4 - maşının hissələrini
A) 1, 3
B) 3, 4
C) 1, 2
D) 2, 3
E) 2, 4
20. Modelləşdirmə üsullarını şərti olaraq hansı qrupda birləşdirmək olar?
1 - maddi
2 - ideal
3 - real
4 - təbii
5 - süni
A) 1, 2
B) 2, 4
C) 2, 3
D) 1, 4
E) 2, 5
21. Maddi modelləşdirmə hansı qruplara ayrılır?
1 - fiziki modelləşdirmə
2 - analoq modelleşdirmə
3 - texniki modelləşdirmə
4 - iqtisadi modelləşdirmə
A) 1, 2
B) 2, 4
C) 2, 3
D) 1, 4
E) 1, 3
22. Elmi idrakda ideal modelləşdirmənin hansı iki tipini fərqləndirirlər?
1 - intuitiv modelləşdirmə
2 - fiziki modelləşdirmə
3 - işarə modelləşdirməsi
4 - analoq modelleşdirmə
A) 1, 4
B) 2, 4
C) 2, 3
D) 1, 3
E) 1, 2
23. Modellərin yaradılması ardıcıllığını izah edin.
1 - obyektin təyini
2 - modelin növünün təyini
3 - işçi çertyojun hazırlanması
4 - ölçülər material üzərinə köçürülür
5 - miqyas təyin edilir
6 - hissələr nişanlanıb ölçülür, eskiz hazırlanır
A) 2, 4, 5, 6, 1, 3
B) 1, 2, 5, 6, 3, 4
C) 3, 5, 6, 4, 1, 2
D) 4, 3, 1, 2, 6, 5
E) 5, 4, 6, 3, 2, 1
24. Əvvəlcə xırda obyektlərin, sonra isə maşın və mexanizmlərin hansı miqyasda hazırlandıqları miqyasları ardıcıl düzün
1 - (2:1, 3:1)
2 - (100:1)
3 - (10:1, 5:1)
4 - (1:10, 1:20)
5 - (1:100)
A) 1, 2, 3, 4, 5
B) 2, 3, 4, 5, 1
C) 3, 4, 5, 2, 1
D) 4, 5, 1, 2, 3
E) 5, 4, 3, 2, 1
25. Yerinə yetirdikləri funksiyalarına və təyinatlarına görə modellərin qruplarını göstərin
1 - texnoloji
2 - məişət
3 - tikinti
4 - maşınlarla xarici görünüşcə oxşar olan maketlər
5 - hərəkər prinsipləri ilə tanış edən modellər
A) 3, 4, 5
B) 2, 3, 4
C) 1, 2, 3
D) 1, 4, 5
E) 2, 4, 5
26. Yerinə yetirdikləri funksiyalarına və təyinatlarına görə modellərin qruplarını göstərin
1 - nəqliyyat
2 - maşınlarla xarici görünüşcə oxşar olan modellər
3 - k/t
4 - energetik
5 - hərəkər prinsipləri ilə tanış edən modellər
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 2, 4, 5
E) 1, 3, 4
27. Didaktik xarakteristikalarına görə texniki obyektləri hansı modellərə bölmək olar?
1 - maşın və mexanizmlərin hərəkər prinsipləri ilə tanış edən modellər
2 - maşın və mexanizmlərin kinematikasını göstərən modellər
3 - texnoloji modellər
4 - energetik modellər
A) 2, 4
B) 2, 3
C) 3, 4
D) 1, 4
E) 1, 2
28. Göstərilən ifadələrə uyğun gələnləri seçin.
I - Maşın
II - Maket
1 - enerjini faydalı işə çevirir
2 - ona model növü kimi də baxmaq olar
3 - obyektin xarici görünüşünün həcmi təsviridir
4 - dörd əsas hissədən ibarətdir
A) I - 2, 4; II - 1, 3
B) I - 1, 4; II - 2, 3
C) I - 3, 4; II - 1, 2
D) I - 1, 2; II - 3, 4
E) I - 1, 3; II - 2, 4
29. Düzgün uyğunluğu seçin.
I - Tədris modeli
II - Tədris maketi
1 - öyrənilən obyekt və onun hissələri haqqında ümumi təsəvvür yaradır
2 - xırda obyektlər üçün böyüdülmüş hazırlanır
3 - obyekt və onun hissələrinin üç ölçülü təsviridir
4 - obyektin fiziki mahiyyətini aydınlaşdırır
A) I - 1, 3; II - 2, 4
B) I - 2, 4; II - 1, 3
C) I - 3, 4; II - 1, 2
D) I - 1, 4; II - 2, 3
E) I - 2, 3; II - 1, 4
30. Maşının hissələrinə uyğun ifadələri seçin.
I - Aqreqat
II - Qovşaq
1 - maşında müəyyən işçi funksiyanı yerinə yetirir
2 - ayrılıqda yığılan sınaqdan keçirilən hissədir
3 - onun xarakterik cəhəti var
4 - ayrı - ayrı detallardan ibarətdir
A) I - 1, 2; II - 3, 4
B) I - 2, 3; II - 1, 4
C) I - 1, 4; II - 2, 3
D) I - 1, 3; II - 2, 4
E) I - 2, 4; II - 1, 3
31. Göstərilənlərə uyğun ifadələri seçin.
I - Maket
II - Model
1 - memarlıqda istifadə edilir
2 - kütləvi və seriyalı istehsalda etalon kimi işlədilir
3 - şəkli çəkilən yaxud heykəli yaradılan şəxs
4 - hər hansı konstruksiyanın tipi və ya markası
5 - teatrda dekorasiya
6 - poliqrafiyada istifadə olunur
A) I - 1, 5, 6; II - 2, 3, 4
B) I - 4, 5, 6; II - 1, 2, 3
C) I - 2, 3, 5; II - 1, 4, 6
D) I - 1, 4, 6; II - 2, 3, 4
E) I - 1, 2, 6; II - 3, 4, 5
32. Aşağıdakılara uyğun gələn tərcümələri seçin.
I - Detal
II - Model
III - Maket
1 - nümunə, ölçü, norma
2 - təfsilat
3 - skiz
A) I - 2; II - 3; III - 1
B) I - 3; II - 1; III - 2
C) I - 1; II - 3; III - 2
D) I - 2; II - 1; III - 3
E) I - 1; II - 2; III - 3
33. Düzgün uyğunluğu seçin: I - tədris maketi nə üçün istifadə edilir və II - modellərin sadə formada yaradılması nəyi nəzərdə tutur?
1 - obyekt və onun hissələrinin ölçülü təsvirini vermək ,
2 - əşyanın xarici görünüşü haqqında təsəvvür yaratmaq
3 - texniki obyektlərin surətinin həqiqi obyektlərə uyğun gəlməsini,
4 - çertyojların düzgün çəkilməsini
A) I - 1; II - 4
B) I - 3; II - 2
C) I - 1; II - 3
D) I - 2; II - 4
E) I - 2; II - 3
34. Düzgün uyğunluğu seçin: I - qovşaq nədir və II - detal qovşağın hansı hissəsidir?
1 - hissələri bir - biri ilə qarşılıqlı əlaqəsi olmayan birləşmədir,
2 - hissələri bir - biri ilə qarşılıqlı əlaqəli olan sökülə bilən və ya sökülə bilməyən birləşmədir,
3 - başqa qovşaqlardan asılı olmayan birləşmədir,
4 - burada sökülə bilən və ya sökülə bilməyən birləşmə yoxdur,
5 - sökülə bilən birləşmədir
A) I - 2; II - 4
B) I - 3; II - 2
C) I - 1; II - 3
D) I - 2; II - 5
E) I - 1; II - 4
35. Düzgün uyğunluğu seçin: I - modellər necə olurlar və II - maddi modelləşdirmə hansı qruplara ayrılır?
1 - statik,
2 - dinamik,
3 - kinematik,
4 - fiziki modelləşdirmə,
5 - analoq modelleşdirmə,
6 - texniki modelləşdirmə
A) I - 1, 3; II - 4, 5
B) I - 2, 3; II - 5, 6
C) I - 1, 3; II - 4, 6
D) I - 2, 3; II - 4, 5
E) I - 1, 2; II - 4, 5
36. Aşağıdakılara uyğun gələn tərcümələri seçin.
I - Detal
II - Model
1 - nümunə, ölçü, norma
2 - təfsilat
3 - eskiz
A) I - 1; II - 2
B) I - 3; II - 1
C) I - 1; II - 3
D) I - 2; II - 3
E) I - 2; II - 1
37. Aşağıdakılara uyğun gələn tərcümələri seçin.
I - Model
II - Maket
1 - nümunə, ölçü, norma
2 - təfsilat
3 - eskiz
A) I - 1; II - 3
B) I - 1; II - 2
C) I - 3; II - 2
D) I - 3; II - 1
E) I - 2; II - 3
38. Göstərilən ifadələrə uyğun gələnləri seçin.
I Maket
II - Tədris maketi
1 - enerjini faydalı işə çevirir
2 - ona model növü kimi də baxmaq olar
3 - obyektin xarici görünüşünün həcmi təsviridir
4 - dörd əsas hissədən ibarətdir
5 - öyrənilən obyekt və onun hissələri haqqında ümumi təsəvvür yaradır
6 - xırda obyektlər üçün böyüdülmüş hazırlanır
A) I - 3, 4; II - 1, 5
B) I - 2, 4; II - 1, 3
C) I - 2, 3; II - 5, 6
D) I - 1, 2; II - 3, 6
E) I - 1, 3; II - 4, 6
Dostları ilə paylaş: