Dövlət siyasəti amili.Ümumiyyətlə müəssisələrin beynəlxalq bazarlarda rəqabət gücü yaratmasında dövlətin üzərinə düşən vəzifələr vardır. Milli rəqabət qabiliyyətinin formalaşmasında dövlət siyasəti amilinin rolu onunla müəyyən olunur ki, bu amil digər dörd əsas amilin hər birinə əhəmiyyətli təsir göstərə bilir: [9,s.142]
istehsal amilləri ilə təminata - subsidiyalar verilməsi, kapital bazarlarının stimullaşdırılması yolu ilə;
Yaxın və xidmətedici sahələr amilinə - məhsulların reklamı vasitələri üzərində nəzarət və zəruri infrastrukturu inkişaf etdirməklə;
Şirkətlərin rəqabət strategiyası və strukturuamilinə - vergi siyasətini, antiinhisar qanunvericiliyini təkmilləşdirməklə, investisiyaları tənzimləmək və fond bazarını stimullaşdırmaq üzrə tədbirlərlə.
Porterin Rəqabət Üstünlükləri Nəzəriyyəsinə əsasən, bəzi ölkələrin rəqabət üstünlüklərini itirməyərək yeni məhsullar istehsal etdikləri və ixracatçı mövqelərini qorumasına aydınlıq gətirdiyi görünür. Çünki ölkələrin müasirliyə doğru iqtisadi siyasətləri, firmaların yeni texnologiyalara əsaslanan istehsal anlayışı, firmalara texnoloji və infrastruktur imkanları bəxş edən amillər, firmaların nəticə etibarilə də ölkələrin xarici ticarətinin formalaşmasında rol oynayırlar.
1.2. Sənayenin rəqabət qabiliyyətinə təsir edən amillər Sənayenin rəqabət qabiliyyətinə firma (müəssisə), sahə və ölkə səviyyəsində amillər təsir edir. Bunların da ayrı-ayrı sənaye sahələrinin rəqabət qabiliyyətinə təsiri fərgli olur. Buna görə də, sənayenin rəqabət qabiliyyətinə təsir edən amillərin müəyyən olunması, sənayenin inkişafı sahəsində mövcud vəziyyətin araşdırılması və bu sahədə tədbirlərinin hazırlanması mühüm məsələdir.
Ölkənin rəqabət qabiliyyəti ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsini təmin edir. Beləliklə, ölkənin azad bazar şəraitində dünya bazarlarının tələblərinə cavab verən məhsul və xidmətlər istehsal edib satmaq üçün yol açır. Bu imkanlar bir sira amillərin təsiri nəticəsində formalaşır. Yalnız bu amillərin mövcudluğu rəqabətlilik təmin etmək üçün kifayət deyil. Amillərə əsaslanan rəqabət üstünlüyünü əldə etmək, onları hansı sənaye sahəsində istifadə etdiyindən və necə istifadə olunduğundan asılıdır.