İtki səviyyəsi, %
|
Verilmiş itki səviyyəsində hadisələrin sayı
|
Hadisələrin əmələgəlmə sıxlığı
|
20 qədər
20-dən 40-a
40-dan 60-a
60-dan 80-a
80-dan 100-ə
100-dən yuxarı
|
7
10
5
4
3
1
|
0,23
0,33
0,17
0,13
0,10
0,03
|
Verilmiş itki səviyyəsində mövcud olan itkilərin sayını baxılmış hadisələrin ümumi sayına (30) bölməklə verilmiş itki səviyyəsinin əmələgəlmə sıxlığını (7:30=0,23) tapırıq.
Cəmiyyətdə və müəssisədə idarəetmə qərarlarının qəbulu bütün növ risklərin nəzərə alınması ilə sıx bağlıdır. Belə ki, proqnozlar gözlənilməz və müəyyən olunmamış səbəb üzündən baş tuta bilməz. İqtisadi tərəddüd, müştərilərin zövqlərindəki dəyişiklik, rəqiblərin fəaliyyəti, tətillər, gözlənilməz hökumət qərarları ən qiymətli idarəetmə qərarını puç edə bilər. Biznesmen risk ehtimalının dərəcəsini ən aşağı mümkün səviyyəyə qədər azaltmağı bacarmalıdır. Bundan başqa biznesmen ən xoşagəlməz hadisələr halında riskin mənfi nəticələrini azaltmaq imkanına malik olmalıdır.
Riski idarəetmə sahəsindəki təcrübəli, kvalifikasiyalı iş hesabına əhəmiyyətli dərəcədə azaltmaq olar. Bunu özünüsığorta etmədən istifadə etməklə, həmçinin riskin bir hissəsini digər şəxslərə və ya təşkilatlara xedjirləşmə, opsionların buraxılması yolu ilə verməklə etmək olar. Riskin azaldılmasına səmərəli proqnozlaşdırma və planlaşdırma vasitəsilə nail olmaq olar.Müəssisə öz itkilərini xüsusi ehtiyat fondlarının təşkil edilməsi ilə bağlı olan özünüsığortadan istifadə etməklə və zərərlərini öz dövriyyə maliyyə vəsaitlərinin bir hissəsi hesabına örtməklə azalda bilər. Özünüsığortadan o zaman istifadə etmək lazımdır ki, bütün biznesin əmlak və maliyyə parametrləri ilə müqayisədə sığortalanan əmlakın dəyəri nisbətən aşağıdır. Məsələn, iri müəssisəyə onun tərəfindən icarəyə götürülmüş kiçik binada qurduğu avadanlıqları yanğından qorumaq üçün sığorta kompaniyasının xidmətindən istifadə etməsi məqsədəuyğun deyildir. Özünüsığortalama, həmçinin itki ehtimalının olduqca az olduğu, müəssisənin böyük miqdarda birtipli əmlaka malik olduğu və s. kimi hallarda mühüm əhəmiyyətə malikdir.
Bütün dünyada biznesmenlər “xedjirləşmə”dən istifadə edirlər. Xedjirləşmə nədir? Geniş mənada xedjirləşmə riskləri müxtəlif metodlarla sığorta etmək anlayışı ilə eyniləşdirilir. Bu metodlara daxildir:
a) xarici ticarət və kredit əməliyyatları;
b) müddətli valyuta sazişləri;
c) valyuta risklərinin dövlət sığortası;
ç) mümkün itkiləri örtmək üçün ehtiyatların yaradılması.
Dar mənada xedjirləşmə xarici valyutaya qarşılıqlı təhhədüd və tələblərin yaradılması yolu ilə valyuta riskinin sığortalanmasıdır. Respublikamızda praktik olaraq xedjirləşmədən istifadə olunmur.Müəssisələrin özünüsığortalama formalarından biri opsionların buraxılmasıdır. Opsion – sahibinə müəyyən edilmiş müddət ərzində təsbit edilmiş qiymətə müəyyən miqdarda qiymətli kağız və əmtəə almaq və ya satmaq hüququ verən kağızdır. Müəssisə opsionları buraxaraq verilmiş müəssisənin qiymətli kağızlarının kursunun və ya onun məhsulunun qiymətinin düşməsi hesabına gəlirlərin azalmasından əlavə mədaxil (hasilat, pul) əldə edir.Maliyyə fyuçersləri opsionlardan onunla fərqlənir ki, fyuçerslər alış və ya satışın aparılması hüququnu deyil, öhdəliyini nəzərdə tutur. Müəssisə maliyyə fyuçerslərindən öz balanslarını tənzimləmək üçün istifadə edə bilər.Özünüsığortanın digər növlərinə də rast gəlinir. Biznesmenlər qiymətlərin tərəddüdündən alıcı və təchizatçılar arasında uzunmüddətli razılaşmaların “şərti tələblərlə” müqavilələrin bağlanması yolu ilə sığortalana bilər. Bu müqavilələrdə satılan əmtəə və ya xidmətlərin sayı və qiyməti göstərilir. Satıcı və alıcı bu cür müqavilələrdən qarşılıqlı fayda əldə edir. Məsələn, firma və kömür təchizatçısı arasında “şərti tələblərlə” 20 illiyə bağlanmış müqavilə bu firmanın kömürlə təchizini və eyni zamanda kömür təchizatçısını təminatlı bazarla təmin edir.Dünya təcrübəsində bahalı istehsal zamanı maliyyə riskinin azaldılması məqsədilə riskin bir hissəsinin digər kompaniyalara köçürülməsi üsulundan geniş istifadə edilir. Belə ki, layihənin uğursuzluğu halında bu kompaniyalar maliyyə itkisinin bir hissəsini öz üzərlərinə götürürlər.
Risk – həyatın bir hissəsidir. Ancaq onun nəticələrini yumşaltmaq, aradan qaldırmaq üsulları mövcuddur. Bunun ən səmərəli üsullarından biri bir neçə insan arasında riskin bölünməsidir. Bu üsulun üstün cəhəti arzuolunmaz sonun nəticələrinin hər biri üçün o qədər də əhəmiyyətli olmamasıdır. Bu metod riskin birləşdirilməsi adlandırılır. O kiçik əmanətçilərin problemlərini həll edir. Fərz edək ki, siz hər hansı bir işə 5000 ABŞ dolları qoymusunuz. Bu cür məbləğ ilə min nəfər əmanətçi də, həmçinin öz pullarını bu işə qoymaq istəyirlər. Bütün bu məbləği – 5 mln dolları birləşdirərək müxtəlif kompaniyaların aksiyasının alınmasına qoymaq mümkündür. Siz və sizin yoldaşlarınız bu cür birləşmə zamanı aksiyadan əldə edilmiş gəliri də, itkini də bərabər bölüşdürürlər. Sizin ittifaq qarşılıqlı fond adlandırılır.
Əgər səhmi qarşılıqlı fondda olan firmalardan biri uğursuzluq zolağına düşmüşdürsə, onda bu tezliklə digər firmanın müvəffəqiyyəti ilə kompensasiya olunur. Bu halda sizin əmanət bü və ya digər firmanın həyatında baş verə bilən iqtisadi tərəddüdlərdən daha yaxşı qorunacaqdır. Əlbəttə iqtisadi böhran və ya bütövlükdə iqtisadiyyatdakı sərt inflyasiya bütün firmalara təsir edə və qarşılıqlı fonda zərər vura bilər. Qeyd edək ki, birləşmə riski tamamilə məhv edə bilməz, ancaq bir çox halda kömək edə bilər.Biznesmen üçün riskin azaldılmasının digər üsullarından biri işə başlamaqda maraqlı olan insanlarla birləşmək yolu ilə riski bölməkdir. Vençur kapitalisitləri kimi tanınan bir sıra şəxslər yaxşı ideyaları olan, lakin kifayət qədər vəsaitləri olmayan biznesmenləri axtarmaq üzrə ixtisaslaşaraq bu biznesmenlərlə riski və potensial mənfəəti paylaşırlar. Buna riskin bölüşdürülməsi üsulu kimi baxmaq olar.Kompanyonlarla riskin bölüşdürülməsinin açıq-aşkar üstünlüyünə baxmayaraq müstəqil müəssisənin rəhbəri kimi klassik biznes siması özünü hələ yox etməmişdir. Bu cür firmalar biznes fəaliyyətində yeni ideya və texnologiyaların həyata keçirilməsi üçün ciddi üstünlüyə malikdir. Bu tək yol almaq və ya təklikdə yola çıxmaq adlandırılır.Biznesmeni təklikdə perspektiv işləmələrlə məşğul olmağa vadar edən arzu, əsas səbəblərdən biri informasiyanın uyğunsuzluğudur. Biznesmen-sahibkarlar yeni ideyaların həyata keçirilməsi ilə məşğuldurlar. Onlar aldıqları və ya birinci açdıqları informasiya əsasında işləyirlər. Potensial kompanyonu sizinlə riski paylaşmaqda inandırmaq üçün informasiyanın – yeniliyin həyata keçirilməsi ilə bağlı məlumatların bölüşdürülməsi vacibdir. Bunu bir sıra səbəblərdən etmək asan deyildir.
1) ideyanın hələ tamamilə formalaşdırılmaması, dürüst ifadə edilməməsi;
2) fərziyələrin gümana əsaslanması;
3) ideyaların sadəcə olaraq oğurlanması və istifadə olunması.
Yuxarıda qeyd etdiyimiz səbəblərdən asılı olaraq biznesmen riskdən qaçaraq informasiyanın bir hissəsini gizlədə və şəxsi işləmələrini özü həyata keçirə bilər.Müstəqillik bir mühüm üstünlüyə malikdir: biznesmen öz məqsədlərinə nail olmaq üçün güclü stimullar formalaşdırmağa qadirdir. Belə ki, müəssisənin müvəffəqiyyəti halında biznesmen yüksək mənfəət əldə edəcəkdir.Biznes fəaliyyətinin istənilən təşkilati forması riskin onun fəaliyyətinin qaçınılmaz tərkib hissəsi olduğu ilə razılaşmalıdır. Biznesmenlər normal insanların əksəriyyəti kimi riskə meylli deyildirlər. Bu o deməkdir ki, biznesmenlər yüksək gəlirə (mənfəətə) bel bağlamayaraq risk etmirlər. Ancaq risk nə qədər böyükdürsə, mükafatda bir o qədər yüksəkdir. Bəzən riski digər biznesmenlərlə bölüşdürmək olar. Ancaq bu uğurun bölüşdürülməsi deməkdir. Beləliklə, riskə görə mükafat – biznesmenlər tərəfindən qazanılmış mənfəətin əsas hissəsidir.
Dostları ilə paylaş: |