Fakültə:İqtisad İxtisas: Mühasibat uçotu və audit Kurs



Yüklə 171,15 Kb.
səhifə1/5
tarix10.01.2022
ölçüsü171,15 Kb.
#108924
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Fakültə:İqtisad

İxtisas:Mühasibat uçotu və audit

Kurs:II

Qrup:A

Şöbə:əyani

Fənn:Biznesin əsasları

S Ə R B Ə S T İ Ş

Tələbə:Nurlan Məmmədov

Müəllim:Ceyhun Mahmudov

Naxçıvan 2013

Mövzu:Biznesdə risk

Plan:

  1. Risk anlayışının mahiyyəti və onun kateqoriyaları

  2. Riskin növləri və səbəbləri

  3. Riskin ölçülməsi, azaldılması və birləşdirilməsi yolları


1. Risk anlayışının mahiyyəti və onun kateqoriyaları

Bazar iqtisadiyyatı şəraitində biznes fəaliyyətinin hə­ya­ta ke­çirilməsi risksiz mümkün de­yildir. Əgər biz­­nesmen riskə get­mirsə, son nəticədə, o iflasa uğ­rayır. Risk amillə­ri­nin möv­­­cud­luğu biznesmenlərin vəsait və resurslara qə­naət etməsi üçün güclü sti­­­muldur. Risk amil­lə­ri biz­nes­men­ləri layihələrin ren­tabelliyini əsaslı su­rət­­də təhlil et­mə­yə, investisiya smeta­la­rı­nı işləyib hazırlamağa, müva­fiq kadr­­­ları işə götürməyə məc­bur edir. Biznesmenin hər bir fəa­liy­­yəti özündə mü­­vəf­fə­qiy­yət­sizlik və itki mümkün­lü­yü daşı­yır.

Risk – itki ehtimalıdır və ya proqnozda, planda, layi­hə və proq­ramda nə­­­zərdə tutulmuş variantla müqayisədə gə­lir­­lə­­rin əl­də edilə bilməməsidir. Ris­­ki müxtəlif əlamə­t­lə­rə görə təs­­ni­fat­­landırmaq olar:

1. Əmələgəlmə mənbəsinə görə. Riski əmələgəlmə mən­­bə­­si­nə görə ayı­rır­lar:

a) insanın şəxsiyyəti ilə bağlı olan təsərrüfat riskləri;

b) təbii amillərlə şərtləndirilmiş risklər.

2. Başvermə səbəbinə görə. Başvermə səbəbinə görə ris­ki:

a) gələcəyin qeyri-müəyyənliyinin;

b) informasiyanın çatışmazlığının;

c) partnyorların davranışının bilinməməsinin

nə­ticəsi kimi risklərə ayırmaq məqsədəuyğundur.

Biznes fəaliyyətinin inkişafının əks tərəfi riskin güc­lən­­mə­­sidir. Qeyd edək ki, ölkədə bazar münasibətlərinin inkişafı sə­viyyəsinə görə rəqabət güc­­lənir, kəskinləşir. Kəskin rəqabət şə­­raitində yaşamaq üçün yenilik axta­rı­şına getmək lazımdır ki, bu da riski qaçınılmaz olaraq güclən­di­rir.

Qeyd edək ki, risk­­dən qaçmaq yox, hadisələri proq­noz­­laş­dırmağı bacarmaq, onu qiy­mətləndirmək və yol ve­ri­lən həddi keçməmək la­zım­dır.Riskin təhlili onun mənbələri və səbəblərinin aşkara çı­­xa­­­­rılmasından baş­­layır. Bu zaman hansı mənbələrin üs­tün­lük təş­­kil etdiyini müəyyən­ləş­dir­­mək vacibdir. Həm­çi­nin müm­kün itkiləri və gəlirləri qarşılaşdırmaq, mü­­qayisə et­mək la­zım­­dır.

Hesablama ilə əsaslandırılmamış, birdən baş ve­rən risk hə­­mişə xərclərlə və məğlubiyyətlə nəti­cə­lə­nə bilər ki, işə ağıl­­lı, dü­şü­­nülmüş münasibət onlardan qaç­ma­ğa imkan verir. Bu­nun­la yanaşı ris­kin qiymətləndiril­mə­si zamanı intuisiyasız ke­çin­­mək olmaz. İntuisiya xü­su­­sən riskin hesablanması üçün in­for­masiyanın çatışmazlığı halında la­zım­­dır. İntuisiya in­sa­nın keç­­mişdəki təcrübəsinə və zəkasına əsaslanır. İn­­tui­si­ya və he­sab­­­lamalar bir-birini qarşılıqlı tamamlayır.

Risk – ehtimal kateqoriyasıdır və onu müəyyən sə­viy­­yə­də itki ehtimalı ki­­mi ölçürlər. Hər bir biznesmen özü üçün yol ve­rilən (mümkün olan) risk sə­­viyyəsi müəyyən edir.Küçəni avtomobil altına düşmək riski səbəbi ilə keç­mək­­dən imtina et­­mək olmaz. Bu riski azaltmaq üçün kü­çəni keç­­mə qayda-qanun­la­rı­nı bil­mək, ehtiyatlı olmaq, təh­lükəni gör­mək lazım­dır.

Risk bu və ya digər səviyyədə itkinin meydana gəlməsi eh­­timalı ilə qiy­mət­­ləndirilir. İş haqqında düşünər­kən, layihə və planları işləyib hazırla­yar­kən biznesmen bu və ya digər itki eh­­timalını qabaqcadan görməli, qiy­mət­lən­­dirməli və he­sab­la­ma­­­lıdır. Əgər itki ehtimalı göz­lə­ni­lən gəliri ötüb ke­çir­sə, ki­fa­yət qədər hiss edilirsə, ehtiyatlı biznesmen bu cür işdən imtina et­­­­mə­li­dir. Əks halda, o olduqca çox şey itirmək riski da­şı­yır. Ey­­­ni zamanda yol ve­rilən, cüzi risk mümkündür və qaçı­nıl­maz­­dır.

Qeyd edək ki, di­gər­lərində olduğu kimi risk stra­te­gi­ya­­­sın­da da “qı­zıl orta”nı tut­­maq lazımdır.Riski fəaliyyətin daha az təhlükəli və rasional va­rian­tı­nı seç­­məklə, əmə­­liyyatları hesablamaqla və diqqətli öy­rən­məklə azalt­­maq olar. Riskdən qaç­­maq lazım deyil, ək­si­nə onu qa­baq­­cadan görmək və mümkün, ən aşağı sə­­viy­yə­yə qədər azalt­­mağa can atmaq lazımdır.Risk dərəcəsi natural və yaxud dəyər ifadəsində öl­çü­lən müm­­kün resurs it­­kilərinin mütləq və nisbi böyük­lü­yü ilə qiy­mət­­ləndirilir.

Biznes riskinə itkilərin aşağıdakı növləri aiddir:

a) maddi resurslar və zaman itkisi;

b) əmək və pul itkisi.

İtkilərin xüsusi növləri də mövcuddur ki, onlar özü­nü in­san­ların həyat və sağlamlığına, ətraf mühitə, biznes­me­nin nü­fu­zuna zərər vurulması formasında biruzə verir və arzu olun­ma­­yan sosial və mənəvi-psixoloji nəticələrə apa­­­rıb çıxarır. Bu cür itkilər dəyər ifadəsində çətinliklə qiy­mətlən­di­ri­lir.

Daha dəhşətli zona fəlakətli risk zonasıdır. Əgər göz­lə­ni­lən, ehtimal edi­­lən itkilər əməliyyatdan daxil olan mə­da­xili ötüb keçərsə və biznes­me­nin bütün əmlakının də­yə­ri həcminə ça­tarsa, bu riski fəlakətli risk adlan­dı­ra­­cağıq. Real­lıqda bu o de­məkdir ki, biznesmen təkcə əməliyyata qo­­yul­muş vəsaitləri de­yil, həmçinin əmlakını da itirir.

Risk kateqoriyalarının keyfiyyət təyin edilmələrin­dən hər biri onun kəmiyyət parametrlərinin xarak­te­ris­tika­sı­na uy­ğun gəlir. Belə gös­təricilər ola bilər:

1. itkinin müəyyən səviyyədə ehtimalı;

2. itkinin müəyyən olunmuş səviyyədən yuxarı olması eh­ti­­ma­lı.

Biznes riskinin məqsədəuyğunluğu və mümkünlüyü haq­­qın­da qərar qə­­bul edən zaman təkcə müəyyən səviy­yə­də itki eh­ti­malını bilmək vacib de­­yil, həmçinin itkilərin bə­zi sə­viy­yə­lər­dən böyük olacağı ehtimalını da bil­mək gə­rək­lidir. Məntiqə gö­rə bu riskin əsas göstəricisidir. Ona gö­rə də sxem 15.3-də gös­­tərilmiş müəyyən səviyyədə it­kini üstələyən ehtimal əy­ri­si­­nin xa­rak­teristikasını bilmək va­cibdir.

Riskin qiymətləndirilməsi insanın individual dərket­mə­­sin­dən asılıdır. Riskin seçilməsi biznes­me­nin uğursuz-

Sxem 15.3. Müəyyən səviyyədə itkini üstələyən ehtimal əyrisi

luq­dan qorx­ma­sın­dan və ya müvəffəqiyyətə can atmasın­-dan asılıdır. Əgər biznesmen ic­ra­çıların peşəkarlığına əmin­dirsə, çətin və­ziy­yətdə riskli qərarların qə­bu­lu­na daha meyl­lidir. Mütəxəs­sis­lər hesab edirlər ki, riskin yol ve­rilən (müm­­kün) səviyyəsi bu fəaliyyətdə iştirak edən şəxs­lə­rin sa­yına tərs pro­por­­sio­nal­dır.

Biznesmenin müəyyən də­rə­cə­də riskə getmək hazırlığı ilk əv­­vəl­­lər qeyri-müəyyənlik şə­rai­tində qəbul edilmiş qərarların real­laşdırılması nə­ti­cə­lə­ri ilə müəy­yən olunur. Analoji və­ziy­yət­də buraxılmış it­ki­lər daha eh­­­tiyatlı strategiyaların seçil­mə­si­ni diktə edir. An­caq uğur qa­zan­maq meyli ris­­kə getməyə təh­rik edir.




Yüklə 171,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin