Fakültə:İqtisad İxtisas: Mühasibat uçotu və audit Kurs


Riskin növləri və səbəbləri



Yüklə 171,15 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü171,15 Kb.
#108924
1   2   3   4   5
2. Riskin növləri və səbəbləri

Biznesdə riskin aşağıda qeyd olunan daha mühüm növ­­lə­ri vardır:

1. İstehsal riski. İstehsal riski istehsal fəaliyyətinin is­tə­­ni­lən nö­­­vünün hə­­yata keçirilməsinə müvafiq olan əm­təə və xid­mət istehsalı ilə əla­­qədardır. İstehsal riskinin mey­da­na gəl­mə­sinin əsas səbəbləri aşağıda­kı­lar­­dır:

a) nəzərdə tutulan istehsal həcminin aşağı düşmə müm­kün­­lü­yü;

b) alış həcminin gözlənilmədən aşağı düşməsi;

c) material və ya digər xərclərin artması;

ç) artırılmış vergi və tutquların ödənilməsi.

2. Kommersiya riski. Kommersiya riski biznesmen tə­rə­­fin­dən alınmış əm­­təə və xidmətlərin satılması pro­se­sin­də ya­ra­nan riskdir. Hal-hazırda kom­­­mersiya riskinin daha çox ya­yıl­mış səbəbləri bunlardır:

a) əmtəənin alış qiymətinin yüksəlməsi;

b) tədavül sferasında əmtəə itkisi;

c) tədavül xərclərinin artması;

ç) satış həcminin aşağı düşməsi.

3. Maliyyə riski. Biznesdə maliyyə riski borc vəsaitlə­ri­nin biz­­nesmenin bü­tün maliyyə vəsaitlərinə nisbətindən ası­lıdır. Borc vəsaitlərinin biznes­me­­nin şəxsi vəsaitlərinə nis­bəti nə qə­­dər yüksəkdirsə, maliyyə riski bir o qə­­dər yük­səkdir.

4. Kredit riski. Kredit riski borc alanın ssudanı (borc məb­­lə­ğini) qay­tar­­maması ilə şərtlənir.

Risk – hər hansı bir işlə məşğuliyyət nəticəsində itki (zi­­yan) və ya zə­rə­­rə uğrama mümkünlüyüdür. Biznesmen çox şey­lə risk edir. Eyni za­man­da risk amillərinin möv­cud­luğu re­surs­lara qənaət etmək, qəbul edilən kom­mer­si­ya qərarlarına gö­rə cavabdehliyi yüksəltmək baxımından biz­­nes­men üçün güc­lü stimuldur. Ən məsuliyyətli riskli və­ziyyət, bir qayda ola­­raq, iki hal­da yaranır:

1. Biznesmen hər hansı bir biznes ideyanı həyata keçir­mək haq­qında qə­­rar qəbul edərkən;

2. Biznes ideyanın həyata keçirilməsi ilə əlaqədar olan ma­­liy­yə öh­də­lik­lərinə (ikitərəfli və ya çoxtərəfli) imza ata­r­kən.

Bir nüansı yadda saxlayın ki, risk onu proqnozlaşdır­ma­ğı və ida­rə­et­mə­­yi sevir. Ona görə də ilk əvvəl biznes ide­yasının özü­nü və sizin onu hə­ya­­ta keçirmə imkan­la­rı­nı­zı qiymətlən­di­rin.

İstənilən biznesmeni risk etməyə məcbur edən sə­bəb­ləri nə­zərdən ke­çi­rək. Ümumiyyətlə, bu səbəbləri iki bö­yük qrup üzrə təsnifatlandırmaq olar:

1. Təşkilati xarakter daşıyan səbəblər;

2. Biznesmenlərin şəxsiyyəti ilə müəyyən olunan psi­xo­lo­ji sə­bəb­lər.

Biznesmenlər aşağıdakı hallarda risk edir:

1. Böyük sifariş götürəndə. Böyük sifarişin yerinə yeti­ril­­mə­si üçün ye­ni texnika, əlavə işçilər, istehsal meydanı, xam­­mal və materiallar tələb olu­nur.

2. Əlavə işçi götürəndə. Əlavə işçi cəlb etmək əmək haq­­qın­dan başqa məc­­buri sığortanın bütün formalarını hə­ya­ta ke­çir­məyə vadar edir.

3. Yeni istehsala başlayanda və ya mövcud istehsal mey­­da­nın­da fəa­liy­yə­­tini genişləndirəndə.

4. Rəqabət aparanda. Siz öz biznesinizlə (xüsusən kiçik biz­­­nes) məşğul olar­­kən ətrafdakıların xüsusi diqqətini cəlb et­­mir­siniz. Bu hal siz öz fəa­liy­yə­­tinizi genişləndirənə kimi da­­vam edəcəkdir. İşinizi genişləndirən kimi siz rə­­qiblərlə qar­ş­ı­la­şacaqsınız. Əgər rəqiblər “böyük biznes” adlan­dı­rı­lan qru­­pun təmsilçiləridirsə, siz onların yüksək kredit, re­surs və satış im­kanları ilə rəqabət mübarizəsində qalib gə­lə bilmərsiniz.




Yüklə 171,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin