81. Sümüklü balıqlarda kəllə qutusunun əsasını nə təşkil edir?
1 - tək parasfenoid, 2 - cüt parasfenoid, 3 - tək xış sümüyü, 4 - cüt xış sümüyü, 5 – tək yan qoxu sümüyü, 6 – cüt yan qoxu sümüyü.
A) 1, 5.
B) 2, 4.
C) 5, 6.
D) 1, 3.
E) 2, 6.
82. Sümüklü balıqlarda baş beyinin hansı şöbələri daha böyükdür?
A) Yalnız uzunsov beyin.
B) Ön beyin və aralıq beyin.
C) Ön beyin və beyincik.
D) Ön, orta və aralıq beyin.
E) Orta beyin və beyincik.
83. Xanı balığında dad tumurcuqları harda yerləşir?
A) Ağız və burun boşluqlarında.
B) Yalnız ağız boşluğunda.
C) Ağız boşluğunda və dəri qatının müxtəlif sahələrində.
D) Üzgəclərin qaidəsində.
E) Yan xətt orqanında.
84. Balıqlarda qan mədəcikdən bel aortasına hansı ardıcıllıqla hərəkət edir?
A) Qarın aortası və bel aortası.
B) Qəlsəməgətiricilər və qəlsəməçıxarıcılar.
C) Qarın aortası, qəlsəməgətiricilər və qəlsəməçıxarıcılar.
D) Yalnız qəlsəməgətiricilər və qarın aortası
E) Yalnız qəlsəməçıxarıcılar.
85. Sümüklü balıqlarda yuxu arteriyası haradan ayrılır?
A) Baş dairəsindən önə bir cüt yuxu arteriyası ayrılır.
B) Bel aortasından başa bir cüt yuxu arteriyası ayrılır.
C) Körpüçükaltı arteriyadan bir cüt yuxu arteriyası ayrılır.
D) Qəlsəmələrdən birbaşa yuxu arteriyası ayrılır.
E) Aorta kökündən bir cüt yuxu arteriyası ayrılır.
86. Sümüklü balıqların cinsiyyət üzvləri haqqında doğru cavab hansıdır?
A) Toxumluq cüt, yumurtalıq təkdir. Ayrı toxum kanalı və Müller kanalı olur.
B) Toxumluq və yumurtalıq təkdir, erkəklərdə Volf kanalı toxumçıxarıcı, dişilərdə isə Müller kanalı yumurta borusu rolunu oynayır.
C) Bir cüt toxumluq və yumurtalıqdan ibarətdir (çay xanısı müstəsnadır), erkəkələrdə toxumçıxarıcı kanal, dişilərdə isə yumurtaçıxarıcı kanal əmələ gəlib. Müller kanalı reduksiya edib.
D) Sümüklü balıqlarda cinsiyyət sistemi qığırdaqlı balıqlarda olduğu kimidir.
E) Erkəklərdə toxum kisəsi, dişilərdə balalıq inkişaf etmişdir.
87. Aşağıdakı balıq növlərinin hansı sırası siyənəkkimilər dəstəsinə mənsubdur?
A) Lil balığı, Kür altıağızlısı, Kür xramulyası.
B) Sara siyənəyi, Kür külməsi, çapaq, karp.
C) Adi kilkə, çapaq, Sara siyənəyi, kütüm.
D) Enlibaş, Qafqaz enlibaşı, həşəm.
E) Adi kilkə, ançausabənzər kilkə, Xəzər şişqarını, Sara siyənəyi.
88. Dəniz balıqları ekoloji cəhətcə hansı yarımqruplara bölünür?
A) Dib balıqları, axar su balıqları və göl balıqları.
B) Durğun su, şirin su, abisal.
C) Keçici, yarımkeçici, şirin su balıqları.
D) Pelagik, litoral, abisal.
E) Dəniz balığı, şirin su balığı, göl balığı.
89. Balıqların təkamülü haqqında doğru cavab hansıdır?
A) 150 milyon əvvəl, yura dövründə, çay göl, dəniz və okean sularında.
B) 300-350 milyon il əvvəl, devon dövründə dəniz sularında əmələ gəlib.
C) 250-300 milyon il əvvəl, karbon dövründə okeanlarda.
D) 200 milyon il əvvəl, alt trias dövründə şirin sularda.
E) 400-500 milyon il əvvəl, silur dövründə şirin sularda əmələ gəlib.
Dostları ilə paylaş: |