38. Oxu nazik və saqqalcıqları üzərində qarmaqcıqları olmayan lələk hansıdır?
A) Qıl lələkləri.
B) Kontur lələyi.
C) Tiftik lələyi.
D) Sap formalı lələklər.
E) Qu lələyi.
39. Quşların hansı hissələrində mioqlobin daha çoxdur?
1- böyük döş əzələsində, 2 -qaraciyərdə, 3 - əzələli mədənin divarında, 4 –ağciyərdə, 5 - vətərlərdə, 6 - ürəkdə, 7 - dəridə, 8 - böyrəklərdə.
A) 2, 3, 8
B) 2, 3, 5
C) 1, 3, 6
D) 4, 5, 7
E) 1, 6, 7
40. Quşların beyninin hansı hissələri sürünənlərə nisbətən daha böyükdür?
A) Yarım kürələr, görmə payları, beyincik.
B) Qoxu payları, görmə payları.
C) Qoxu payları, beyincik.
D) Qoxu payları, yarım kürələr.
E) Görmə payları, yarımkürələr, qoxu payları.
41. Yumurta borusunda yumurtanın hansı hissələri əmələ gəlmir?
A) Xalazalar.
B) Yumurtanın sarısı.
C) Xarici qabıqaltı pərdə.
D) Hava kamerası və xalazalar.
E) Yumurtanın ağı.
Dostları ilə paylaş: |