Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə6/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Civə və sürmə-Civə 1000-dən artıq sahədə tətbiq olunur. Onun bütün birləşmələri, eləcə də buxarı son dərəcə zəhərlidir. Civənin klarkı - 0,000001 % - dir. Yataqlarına nadir hallarda rast gəlinir. Lakin Azrbaycanın Kəlbəcər və Laçın rayonlarında onun bir sıra yataqları var. Civənin təqribən 25 mineralı məlumdur. Onlardan sənaye əhəmiyyəti kəsb edəni yalnız Kinovar mineralıdır HgS (86,2 % Hg )
Alçaq temperaturlu hidrotermal yataqlarını əmələ gətirir. Azərbaycanda, İspaniyada, İtaliyada və Çində sanballı yataqları var.
Sürmənin 80 % - i xəlitə şəklində istifadə olunur. Sürmənin klarkı -0,000001-% dir. Sürməli mineralların sayı 40 - a çatır. Onlardan yalnız antimonit (stibnit) Sb2S3
Yataqlarının tipləri:

  1. Sürməli - civə yataqları alçaq temperaturlu hidrotermal prosesdə formalaşır.

  2. Flüorit - antimonit yataqları kvarsla, bəzən kinovarla çökmə süxurlarda , qismən də (çox az) metamorfik və intruziv süxurlarda yerləşir (qeyd edilir).

  3. Ferberit - şeelit - antimonit yataqlarına cavan vulkan püskürmələrinin yayıldığı ərazidə rast gəlinir. Bu qəbildən olan yataqları Rusiyada, Boliviyada Yaponiyada, Meksikada və s. ölkələrdə qeyd edilir.

Nəcib metallar
Qızıl. Dünyada çıxarılan qızılın çox böyük hissəsi dövlətlər tərəfindən «qızıl fondu» kimi seyflərdə saxlanılır. O da dövlətlər arasında haqq hesab aparmaq üçün, istifadə edilən valyutanın (qizil pulun) buraxılmasını təmin edir. Qızılın təqribən 15-25 min tonu zərgərlik, bərbəzək və s işlərdə. istifadə olunur.
Qızılın klarkı 0,0000001% - dir. Buna baxmayaraq təbiətdə çox geniş yayılmışdır. Qızıla müxtəlif suxurlarda, torpaqda, bitkilərin külündə, bir çox çayların sularında və s. rast gəlinir. Millyard tona yaxın qızıl dünya okeanlarının sularında qərarlaşıb. Onu da qeyd edək ki, dəfərlərlə iradlı səylər göstərilsə də okean sularından qızılı istehsal etmək (çıxarmaq, almaq ) mümkün olmayıb. Okean sularında qızılın kondisiyası çox yüksəkdir. lm3 suda qızıl 3-5 milliqram arasında dəyişir.
Praktiki olaraq qızıl - qızıl saxlayan sulfidlərdən külçələr şəklində istehsal olunur. Sərbəst qızılın tərkibində həmişə izamorf qatışıq olur. Məsələn 15 və daha çox faiz gümüş saxlayan qızıl - elektrum adlanır. Qızılda həmişə gümüş. mis, bisrnut, maqnezium, Palladium, rodium, nikel, dəmir və s kimi elementlər (20 % - qədər) iştirak edir.Onlardan ən asası gümüş və misdir.
Ən nəhəng qızıl külçəsi çəkisi 275 kq olan «Xolterman plitəsi» - dir. Qızılın ən zəngin konsentrasiyasına Zaboykal mədənlərində təsadüf edilib. Burada filizin 1 tonunda 240 kq qızıl qeyd olunub. Dünya dövlətləri malik olduğu qızıl ehtiyatını məxfi saxlayırlar.
Qızılın kondisyası tez - tez dəyişir. O da qızıla müxtəlif dövrlərdə höküm sürən təlabatdan irəli gəlir. Adətən köklü yataqlar üçün qızılm kondinsiyası 3 - 5 qr /ton, səpinti yataqları üçün isə - 0,5 - 0,1 qr ton arasında dəyişir.
Genetik tipləri.Qızılın təqribən 85% - i köklü yataqlarından çıxarılır. Aşağıda qeyd edilən genetik və sənaye tipli yataqları məlumdur.

  1. Maqmatogen yataqları - ən əhəmiyətlisi kontakt - metasomatik yataqlarıdır. Likvasiya (mis - nikel filizləri) yataqları məlumdur.

  2. Hidrotermal yataqları daha böyük əhəmiyyətə malikdir. Onlardan:

  1. Yüksək temperaturlu yataqları Rusiyada, Brazilyada, Hindistanda rast gəlinir.

  2. Orta temperaturlu yataqlar demək olar ki bütün ölkələrdə var. (Uralda, Qazaxstanda, Azərbaycanda, AvstraUyada, ABŞ - da- məşhur Ana - damar, yatağı və s.)

  1. Ekzogen yataqları bölünür :

  1. Sulfld yataqlarının oksidləşmə zonasındakına;

  2. Qızıllı səpintilərə: Bütün tipə aid yataqları (elüvial, allüvial, delüvial, buzlaq. eol, dəniz çöküntüləri) sənaye əhəmiyyəti kəsb edir.

  1. Metamorfogen yataqları - metamorfizmə uğramış qızıllı konqlomeratlar kimi təzahür olunur. Cənubi Afrikada yerləşən Vitvatersrand yatağı bu qəbildəndir.

Gümüş-sənayedə, təbabətdə, zərgərlikdə, mətbəx qab - qacaqlarının hazırlanmasında. güzgünün amalqamalanmasında (şüşənin üzünə gümüşün çəkilməsində), pulların kəsilməsində, dəqiq cihazqayırma sənayesində, etektrotexnikada geniş istifada edilir. Klarkı - 0,000001 % -dir. Gümüş əsasən sulfıd filizlərindən (qalenitdən) və 10 % qədəri də qızılın affinajı (təmizlənməsi) zamanı alınır.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin