Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə13/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Bilməlidir: elektrik mühərriklərinin, transformatorların və nəzarət-ölçü cihazlarının quruluşunu; hesablama düsturlarını, sınaq metodikasına aid dövlət standartlarını; izolə materiallarının təyinatı haqqında ümumi məmulatları və onların dielektrik xassələrini; istifadə olunan elektrodio-ölçü cihazlarını və avadanlığının texniki xarakteristikalarını və onların üzərində ölçmə texnikasını; lak, emal və başqa mürəkkəb elektroizolə materiallarının əsas xassələrini və təyinatını; elektrotexnika maşınları və cihazlarını izoləedici elementlərinə qoyulan texniki tələbləri və bu tələbləri təmin edən texnoloji prosesləri; yoxlanan cihazların quruluşunu; materialların mexaniki xassələrini sınaqdan keçirmək üçün nəzərdə tutulmuş maşın və cihazların işləmə prinsipini; termoparla və temperaturu ölçmək üçün olan başqa cihazlarla işləmə qaydalarını; quruducu şkaflarla işləmə qaydalarını; elektroçilingər işlərini; sınaq üçün elektrik maşınlarının və transformatorların açılması, yığılması və qurulmasında iş üsullarını və əməliyyatların ardıcıllığını; ayrı-ayrı qovşaqların və mexanizmlərin sınaq metodikasını və sınaq nəticələrinin yazılışını.

114. Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

Sınaqdan keçirilmiş mürəkkəb elektro-mexaniki cihazların və orta mürəkkəbli elektron qovşaqlarının yoxlanılması, sazlanması və təhvil verilməsi. Müxtəlif iqlim şəraitində cihazların əsas parametrlərinin yoxlanılması. Orta mürəkkəbli elektron qovşaqlarının yustirlənməsi və sazlanması. Yüksəkvoltlu elektrik avadanlığının sınağı. Burumlarda Om müqavimətinin, transformasiya xarakteristikalarının ölçülməsi. Yeni izolə materiallarının sınağı. Vakuum kameraların, avtoklavların və pres avadanlığının köklənməsi və tənzimlənməsi. Sınaq və ölçü nəticələri üzrə texniki sənədlərin hazırlanması. İzolə materiallarının bütün mürəkkəb dielektrik xarakteristikalarının ölçülməsi və hesablamaların aparılması, yüksək rütubətlik, yuxarı və aşağı temperaturlar, aşağı təzyiq şəraitində izolə materiallarının uzunmüddətli sınaqdan keçirilməsi. Mürəkkəb izolə materiallarının polimerləşmə proseslərinin elektrik metodlarla sınaqdan keçirilməsi. Özüyazan cihazların göstəricilərinin emalı. Cihazlarda şkala göstəricilərinin cızılması. Yüksək dəqiqlik sinfindən olan aparaturanın sazlanması və tənzimlənməsi. Elektrik sxemlərinin və qeyri-standart aparaturanın yığılması, dərəcələrə bölünməsi və sazlanması. Yüksək dəqiqlik sinfindən olan cihazların və yüksək tezlikli cihazların yoxlanılması. Generator mühərriklərinin, asinxron maşınların dəyişdirici sxemi üzrə yük altında, voltartıran maşınla və onsuz qarşılıqlı yüklənmə metodu ilə daimi cərəyan maşınlarının hazırlanması və tədqiqi. İri yağ söndürücülərin sınağı. Sınaq prosesində elektrik avadanlığı üzrə montaj və təmir işlərinin yerinə yetirilməsi. 10 kV-dan artıq gərginliyə və 560 kV.A-dan artıq gücə malik güc transformatorların və yüksəkvoltlu avadanlığın daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında sınağı.



Bilməlidir: yüksək tezlikli zəif və güclü cərəyanlar üzrə elektrotexnika və radio-texnikanın əsas qanunlarını; sınaq stansiyası və laboratoriyanın mürəkkəb sahəsinin tam elektrik sxemini; mürəkkəb elektrik ölçü cihazlarının quruluşunu və işə salma üsullarını; sənaye qurğularının sınağı üçün ölçü sxemlərini; cihazların və maşınların sınağı zamanı defektləri aşkar etmə və onları aradan qaldırma metodlarını; elektron lampalarda rejimlərin seçilmə qaydalarını; işdə tətbiq olunan elektro və radioölçü cihazların və maşınların texniki xarakteristikalarını; materialların mexaniki xassələrini sınaqdan keçirmək üçün nəzərdə tutulmuş maşın və cihazların quruluşunu; tətbiq olunan izolə materiallarının əsas dielektrik xassələrini; dielektrik sınaqların metodikaları üzrə dövlət standartlarını və texniki şərtləri; maşın və aparaturanın tənzimlənmə, sazlama və yoxlama üsullarını, yüksək və aşağı temperaturlarda mexaniki sınaq metodlarını.

115. Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant

İşin xüsusiyyəti.

5-ci dərəcə

Mürəkkəb konstruksiyalı elektrik avadanlığı və elektrik aparaturasının mürəkkəb sınaq sxemlərinin yığılması. Mürəkkəb elektrik maşınlarının cihazlar üzrə texniki xarakteristikalarının sınağı, işinin yoxlanılması və çıxarılması. Yüksəkvoltlu avadanlığın və 10 kV-dan yüksək gərginliyə və 560 kV.A-dan yüksək gücə malik güc transformatorlarının, generatorların və daimi cərəyanlı mühərriklərin sınaqdan keçirilməsi. Transformasiya əmsalının, burumların Om müqavimətinin, izolənin nəmlik dərəcəsini ötüb keçən xarakteristikalarının, dielektrik itkilər bucağının ölçülməsi. Transformatorlarda gərginlik dəyişdiricilərinin yük altında dartılmanı tənzim etməklə işinin yoxlanılması. İmpuls gərginliklə avadanlığın sınaqdan keçirilməsi. Elektron aparatura qovşaqlarının yoxlanılması və sınaqdan keçirilməsi. Sınaq zamanı avadanlığın və aparaturanın yığılması, təmiri üzrə işlərin yerinə yetirilməsi.



Bilməlidir: elektrotexnikanın, elektromexanikanın və elektronikanın əsaslarını; mürəkkəb generatorların dəyişən və daimi cərəyanlı elektrik mühərriklərin, güc və ölçü transformatorlarının konstruksiyasını; sınaq stansiyasının və ya laboratoriyanın tam elektrik sxemini; xüsusilə mürəkkəb sənaye qurğularının sınaqdan keçirilməsi üçün ölçü sxemlərini.

Orta ixtisas təhsili tələb olunur.



116. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi. Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi. Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması. Gərginliyin 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi.

Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılması. Siqnalizasiya elektrik cihazlarının qurulması və tənzimlənməsi.

Bilməlidir: elektrotexnikanın əsaslarını; elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini; elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını; elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını; xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini; rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları; işıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulmasını; daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarını.

117. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Çox da mürəkkəb olmayan qoşulma sxemli güc və işıqlandırıcı elektrik qurğularına xidmət.

Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi. Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi. Maqometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi. Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi. Gücü 100 kVt-a qədər olan elektrik mühərriklərinə, elektro-ölçü cihazlarına və elektrik sayğacına xidmət, onların qurulması və qoşulması. Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminissentli çıraqların qurulması.

Bilməlidir: xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu; yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını; rele mühafizəsinə qoyulan tələbləri; elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini; transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini; universal və xüsusi ləvazimatın quruluşunu; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.

118. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Mürəkkəb sxemli qoşulmanın güc və işıqlandırıcı elektrik qurğularına xidmət. Elektrik stansiyası, yarımelektrostansiya transformatorlarında gərginliyin tam kəsilməsi ilə çox mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Kommutasiya müdafiəsi və kommutasiya aparaturunun idarə edilməsi sxeminin yoxlanılması və ona xidmət. Gərginliyi 1000 V-dan yuxarı olan şəbəkələrdə paylayıcı qurğu avadanlıqlarının, gücü 100 kVt-dan yuxarı olan elektrik mühərriklərinin və «kosinus-fi»ni avtomatik tənzimləyən statistik kondensator qurğularının yoxlanılması və xidməti. Lüminessentli işıqlandırıcılarda tənzimləyici aparaturların dəyişdirilməsi və armaturun təmiri. Qaldırıcı kranı olan nəqliyyat qurğularının elektrik sxemində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Çoxmühərrikli aqreqatların və dəzgahların elektrik avadanlıqlarına xidmət. Gücü 1000 kVt-a qədər olan yüksəktezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Gərginliyi 1000 V-a qədər olan qurğularda gərginliyin kəsilməsi və 1000 V-dan yuxarı olan qurğularda yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında işlərin yerinə yetirilməsi.



Bilməlidir: elektrotexnikanın əsaslarını; aktiv və reaktiv enerjili elektrik qeydiyyatlarının transformator vasitəsi ilə cərəyan və gərginliyə qoşulması sxemini; kabel elektrik şəbəkələrində zədələnmiş yerlərin aşkar edilməsi üsullarını və onların aradan qaldırılması üsullarını; elektrik avadanlıqlarının artıq gərginlikdən mühafizəsi üsullarını; yükqaldırıcı və nəqledici qurğuların elektrik avadanlıqlarının elektrik sxemini; yüksəktezlikli qurğuların iş prinsipini və quruluşunu; elektrik şəbəkəsində gərginliyi kəsmədən işləmək qaydasını; mürəkkəb nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını.

119. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Daha mürəkkəb qoşulma sxemli güc və işıqlandırıcı qurğulara xidmət. Təkrar kommutasiya və sadə rele müdafiəsi sxeminin sökülməsi və yığılması. Yarımstansiya, transformatorlu yarımstansiyalarda nəzarət-ölçü cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi. Axın xəttinə birləşdirilmiş elektrik avadanlığı, maşın və aqreqat sxeminə xidmət. Yarımstansiyaların elektrotexniki avadanlıqlarının və texnoloji maşınlarının avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və quruluşunun yoxlanılması və nasazlıqların aradan qaldırılması. Axınlı nəqledici texnoloji xətlərin avtomatik idarə edilməsinin elektrik sxeminə xidmət edilməsi. Elektron sxemli idarəetmə qaynaq avadanlıqlarına, həmçinin yüksək tezlikli lampalı generatorlara xidmət. Əlaqələndirici releionlu və elektromaqnit xətlərinin işinə xidmət və nasazlıqların aradan qaldırılması. Elektromaqnitlə idarə olunan dəzgah və aqreqatların elektrik avadanlıqlarına xidmət. 1000 V-dan yuxarı olan gərginliyi kəsməməklə paylayıcı qurğularda işlərin yerinə yetirilməsi. Müxtəlif rejim və yükləmələrdə «kosinus-fi»nin yaxşılaşdırılması üzrə hesabatların aparılması ilə tədbirlərin işlənib hazırlanması. Gücü 1000 kVt-dan yuxarı olan yüksək tezlikli qurğuların və civəli bərk düzləndiricilərin sazlanması. Texnoloji avadanlıqlarda relelərin mürəkkəb komando-aparat qeydiyyatlarının sazlanması.



Bilməlidir: telemexanika və elektronikanın əsaslarını; müxtəlif elektrik maşınlarının, aparat, ölçü cihazları, avtomatik tənzimləyici və telemexanikanın elektrik sxemini və quruluşunu; yüksək tezlikli tiristorlu inventorların iş prinsipini; elektrik avadanlıqlarının, kabel və hava qovşağının siqnalının aparılması metodunu; xidmət olunan obyektin və ya sahənin tam elektrik sxemini; mürəkkəb elektrik cihazlarının sazlanması və təmiri qaydalarını; civəli düzləndirici və aparatları; maşınlı və lampalı generatorların yüksək tezlikli qurğularının iş prinsipini; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydasını.

120. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

6-cı dərəcə

İlkin və təkrar kommutasiya və distansion idarə sxemləri üzrə sex və istehsalat sahələrinə xidmət. Təkrar kommutasiya və mürəkkəb rele müdafiəsi sxeminin difaza, distansiya, ehtiyatların avtomatik işə salınma sxeminin sökülməsi və yığılması. Məsuliyyətli və xüsusən mürəkkəb avtomat xətlərin eksperimental sxeminin sazlanması, tənzimlənməsi və təmiri. Özüyazan elektrik və elektron cihazlarının tənzimlənməsi, sazlanması və onlara xidmət. İqnitronlu qaynaq aparatlarının, həmçinin ultrasəs, elektron və elektroimpuls qurğularının sazlanması və onlara xidmət. Elektrik mühərriklərinin, elektrik aparatları və transformatorların kompleks sınağı. Tranzistor və nəzəri elementlərdə yarımkeçirici qurğuların sazlanması və ona xidmət.



Bilməlidir: mürəkkəb elektrik maşınlarının, aparat, cihaz və avtomat xətlərin konstruksiyası və elektrik sxemini; teleidarənin avtomatik tənzimlənməsi sxemini və onların sazlanması üsullarını; mürəkkəb rele və elektron sistemli cihazların konstruksiyasını; elektronikalı iqnatron qaynaq aparatlarına xidmət qaydasını; gərginlik sabitləşdiricinin sxemini; yarımkeçirici və selenli düzləndiricilərin sxemini; operativ işıqlandırıcının və operativ idarə pultunun telemetrik sxemini.

121. Elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında elektrik avadanlıqlarının təmiri üzrə mürəkkəb olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi. Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri. Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi. Gərginliyi 1000 V-a qədər olan naqillərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi, kabel və naqillərin basdırılması. Gücü 50 kVt-a qədər olan günəş və külək enerji qurğularının xidməti və təmiri. Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi. Elektrik avadanlıqlarının işə salınması və dayandırılması, sadə ölçülərin aparılması. Pnevmo və elektrik alətləri ilə iş görülməsi. Sadə yükqaldırıcı vəsait və kranlardan istifadə etməklə takelaj işlərinin aparılması. Elektrik mühərriklərinin stator və rotorların, transformator sarğılarının, paylayıcı şəbəkələrinin müqavimətinin meqometrlə yoxlanılması və ölçülməsi.



Bilməlidir: elektrik mühərriklərinin, generator, transformator, kommutasiya və tənzimləyici aparatların, akkumulyator və elektrik cihazlarının quruluşunu və iş prinsipini; elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; elektrik avadanlıqlarının montaj və təmiri qaydalarını və üsullarını; fəhlələrin istifadə etdikləri nəzarət-ölçü alətlərinin təyinatı və onlardan istifadə qaydalarını; II qrupun ixtisası həcmində elektrik qurğularına xidmət zamanı təhlükəsizlik texnikasından istifadə qaydalarını.

İş nümunələri:

1. İşıqlandırıcı armaturların cərəyan açarlarının, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması.

2. Kabellərin daxil edilməsi və çıxarılması zamanı müqavimət izolyasiyasının yoxlanılması.

3. Sadə detalların hazırlanması və quraşdırılması.

4. İllüminasiyanın quraşdırılması.

5. Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi.

6. Elektrik cihazlarının polad və digər metallardan olan konstruksiyalarının hazırlanması və qurulması.

7. Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi.

8. Məişət elektrik cihazlarının sökülməsi, təmiri və yığılması.

9. Xətt və trosların (hava) montajı, sökülməsi, təmiri və dəyişdirilməsi.

10. Qaynaq transformatorlarının sökülməsi, mürəkkəb olmayan təmiri, yığılması.

11. Elektrik lampalarının lehimlənməsi.

12. Paylayıcı lövhə və qutuların dəyişdirilməsi, qoruyucuların və qoşucuların qurulması.

13. Sadə sxemli güc lövhələri və ya işıqlandırıcı şəbəkənin hazırlanması və qurulması.

14. Elektrik mühərrikləri və generatorları -hissələrin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.

15. Torpaqla birləşən elektrodların qurulması və bərkidilməsi.



122. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müəssisə elektrik stansiyalarında, transformatorlu elektrik yarımstansiyalarında mürəkkəb olmayan işlərin - onların söndürülməsi, transformatorların, cərəyan açarlarının, ayırıcıların və s. konstruktiv elementlərinin sökülməsi ilə yerinə yetirilməsi. Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi. Partlayış təhlükəsi olmayan armaturun təmiri, sazlanması və qurulması. Gərginliyi 1000 V-dan yuxarı olan naqillərin kəsilməsi, birləşməsi, izoləsi və lehimlənməsi. Gücü 50 kVt-dan yuxarı olan günəş və külək enerji qurğularına xidmət və onların təmiri. Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi. Transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər və digər mürəkkəb olmayan aparaturun təmiri. Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif mürəkkəb işlərin yerinə yetirilməsi. Kran və yükqaldırıcı maşınlardan istifadə etməklə takelaj əməliyyatlarının yerinə yetirilməsi. Trassa kabeli və xətlərin çəkilməsində iştirak etmək. Akkumulyator batareyalarının sazlanması. Cihaz və avadanlıqların xaricdən rənglənməsi. Elektrik avadanlıqlarının yenidən quraşdırılması. Çertyoj üzrə izoləedici materialların emalı. Sadə montaj və prinsipial sxemlərin markalanmasının yoxlanılması.



Bilməlidir: elektrotexnikanın əsaslarını; sabit və dəyişən cərəyan haqqında məlumat; elektrik mühərriklərinin, generatorlarının, paylayıcı qurğu aparatlarının, yağ açarlarının, qoruyucularının, akkumulyator, nəzarət, civə və kremni düzləndiricilərinin və digər elektrik aparatları və elektrik cihazlarının iş prinsipini; yüksək gərginlikli naqillərin lehimlənməsi və dəyişdirilməsi üsullarını; təhlükəsiz iş fəndini; elektrik avadanlıqlarının sökülməsi və təmiri işlərinin ardıcıllığını; nəzarət-ölçü aləti və ləvazimatlarının quruluşu və təyinatını; elektrik ölçülərinin qeydiyyatı üsullarını; elektrik şəbəkəsində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; kabellərin binalarda, yeraltından və asma troslardan çəkilməsi qaydasını; III ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.

İş nümunələri:

1. Ampermetr və voltmetrlərin xüsusi şəraitdə yoxlanılması.

2. Reostatların, maqnit buraxıcılarının, yeşiklərin və s. sökülməsi, təmiri, yanmış hissələrin çıxarılması ilə yığılması.

3. Yayma dəzgahları maqnit stansiyasının buraxıcıları aparatlarının sökülməsi, təmiri, yığılması.

4. Tormoz aparatları və kənar açarların təmiri və quraşdırılması.

5. Selenli düzləndiricilərin yoxlanılması və təmiri.

6. Elektroaparaturlar üçün mürəkkəb konfiqurasiyalı detalların hazırlanması.

7. Kabellərin manometrli izolə edilməsi vəziyyətinin yoxlanılması.

8. Qazma qurğuların idarə stansiyası nəzarətçilərinin yoxlanılması və təmiri, yığılması və qurulması.

9. Liman kranları, konteyner yükləyicilərinin sökülməsi, təmiri, əlaqələndiricilərin, komando-aparatların, rele, qoşucunun və s. yığılması.

10 Xüsusi yükləyicilərin sökülməsi, təmiri və yığılması.

11. Elektrik mühərriklərinin podşipniklərinin dəyişdirilməsi, təmiri.

12. Közərdici soba və quruducu avadanlıqların potensiometriklərinin montajı, təmiri.

13. Temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının sadə nasazlıqlarının aradan qaldırılması, dəyişdirilməsi.

14. Elektrik qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha gətirilməsi.

15. Avtotənzimləyici relesinin yoxlanılması və dəyişdirilməsi.

16. İşıq reklamlarının montajı.

17. Qoşucu və ayırıcıların eyni zamanda söndürülüb yandırılması əlaqələrinin tənzimlənməsi.

18. Sentrifuqa qablarının tənzimlənməsi ilə təftişi.

19. Güc lövhələri və ya işıqlandırma qovşağının hazırlanması və quraşdırılması.

20. Gücü 500 kVt-a qədər olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi və yığılması.

21. Gücü 1000 kVt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və yığılması.

22. Partlayış təhlükəsi olmayan gücü 50 kVt-a qədər olan elektrik mühərriklərinin sökülməsi və yığılması.

23. Elektrik alətlərinin sökülməsi, təmiri, yığılması.

24. Lövbərlərin, maqnit makaralarının, elektrik maşınlarının şotka tutumlarının təmiri və dəyişdirilməsi.

123. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif təyinatlı bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri. Elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanılması. Gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının, nəzarətedicilərin, idarə postlarının, maqnit stansiyalarının təmiri. Güc və işıqlandırıcı elektrik qurğularına xidmət. Elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi. Lüminessentli işıqlandırıcı sxemin quraşdırılması və təmiri. Gərginliyi 35 kV-a qədər olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı. Kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövrəsinin torpaqlanma müqavimətinin, kabel örtüyünün potensialının ölçülməsi. Bərk və yumşaq lehimlə lehimləmə. Çertyoj və sxem üzrə işlərin yerinə yetirilməsi. Elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi.



Bilməlidir: elektronikanın əsaslarını; sabit və dəyişən cərəyanlı elektrik avadanlıqlarının müxtəlif tiplərinin quruluşunu; müdafiə və ölçü cihazlarının, kommutasiya aparatlarının quruluşunu; elektrik mühərrikləri və aparatlarının yoxlanılması, təmiri, yığılması, qurulması və xidməti üzrə səmərəli üsulları; rele müdafiəsinin təyinatını; yarımkeçirici və düzləndiricilərin quruluşu və iş prinsipini; bütün tiplərdən olan elektrik xətlərinin çəkilməsinə qoyulan texniki tələbləri; təmirdən sonra tənzimləyici aparaturası olan elektrik avadanlıqlarının tənzimləyici-təhvil işlərinin aparılması metodunu; xidmət edilən avadanlığın tənzimlənməsinin əsas elektrik normalarını; avadanlıq və qidalandırma mənbələrinin iş prinsipini; mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu; təyinatı və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin