Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə17/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Bilməlidir: xidmət edilən maşın-avtomatların quruluşunu və konstruktiv xüsusiyyətlərini; avtomatın ayrı-ayrı birləşmələrinin qarşılıqlı əlaqələnmə prinsipi və idarə pultunun avtomat cihazların göstəricilərinə əsasən maşının iş rejiminin tənzimlənməsi, yuyucu məhlulların kimyəvi xüsusiyyətlərini; müxtəlif növ yuyucu maşınların və avadanlığın sazlanması qaydalarını.

169. Yük nəqledici

İşin xüsusiyyəti.

2-ci dərəcə

Arabacıqlarda və digər nəqliyyat vasitələrində, həmçinin trosların köməyi ilə müxtəlif istehsalat yüklərinin: xammal, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s. daşınması. Yüklərin anbara aparılması və təhvil-qəbul sənədlərinin tərtilə edilməsi. Kimyəvi maddələrin və boyaqların tərəziyə gətirilməsi. Digər sex və sahələrdə əməliyyatlararası emaldan keçən yarımfabrikat, detal, məmulatların verilməsi və qəbulu. Nəql ediləcək yüklərin yerləşdirilməsi və çeşidlənməsi.



Bilməlidir: daşınmalı və aparılmalı olan yüklərin adlarını: xidmət edilən sahələrin istehsalat tapşırığını və iş yerlərinin yüklənməsi qrafikini; material, detal, birləşmə və s. emalının texnoloji ardıcıllığını; yüklərin yüklənməsi və nəql edilməsi qaydalarını; yüklərin qablaşdırılması üsullarını; daşınan yüklərin bərkidilməsi üsullarını; taraların quruluşunu; təhvil-qəbul sənədlərinin tərtilə etmə qaydasını.

170. Yük nəqledici

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif istehsalat yüklərinin: xammal, material, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s. ehtiyatlılıq tələb edən yüklərin, yanğın və partlayış təhlükəli maddələrin əl ilə və ya arabacıqlarla və digər nəqliyyat vasitələrində iş yerinə daşınması. Yüklərin anbara gətirilməsi, təhvil verilməsi üzrə qəbul-təhvil sənədlərinin tərtilə edilməsi.



Bilməlidir: daşınan yüklərin adlarını; material, detal və birləşmələrin emalının texnoloji ardıcıllığını; zərərli, yanğın və partlayış təhlükəli maddələrin nəql edilmə qaydasını, onların yerləşdirilməsi üsullarını; qəbul-təhvil sənədlərinin tərtilə etmə qaydasını.

171. Yük nəqledici

İşin xüsusiyyəti. '

4-cü dərəcə

Əl ilə və arabacıqlar və digər nəqliyyat vasitəsi ilə iş yerinə monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərinin, xüsusi ehtiyatlılıq tələb edən yüklərin daşınması.



Bilməlidir: məmulatların daşınması, partlayış təhlükəli maddələrin yerləşdirilməsi qaydalarını; təhvil-qəbul sənədlərinin tərtilə edilmə qaydasını.

172. Yükləyicinin sürücüsü

İşin xüsusiyyəti.

2-ci dərəcə

Traktora yükvuran və yükboşaldanların, vaqona yükvuran və yükboşaldanların, bütün xüsusi yüktutma mexanizmlərin və qurğuların daha yüksək ixtisaslı sürücünün rəhbərliyi altında idarə olunması. Müxtəlif yüklərin yüklənməsi, boşaldılması, yerləşdirilməsi və ştabellərə yığılması. Yükləmə-boşaltma və yüktutma mexanizmlərinin və qurğuların planlı-xəbərdarlıq təmirində iştirak.



Bilməlidir: xidmət olunan yükvuranların və yükboşaldan mexanizmlərin və onların aqreqatlarının quruluşu haqqında əsas məlumatları; onların istismarı, montajı, işə salınması, sürülüb yoxlanılmasının tənzimlənməsi üzrə təlimatı; yağların və sürtkü materiallarının xassələrini; nasazlıqların səbəblərini və onların aradan götürülmə metodlarını.

173. Yükləyicinin sürücüsü

İşin xüsusiyyəti.

3-cü dərəcə

Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və ştabellərə yığılmasında akkumulyatorlu yükvuranların və bütün xüsusi mexanizmlərin və qurğuların idarə olunması. Yükvuranın və bütün mexanizmlərinin cari təmiri və texniki xidməti. Yükvuranın və onun mexanizmlərinin işində nasazlıqların müəyyənləşdirilməsi və onların ləğv edilməsi, çıxarıla bilən qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizm və qurğuların planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak. Akkumulyatorun doldurulması.



Bilməlidir: akkumulyatorlu yükvuranın quruluşunu; bütün nəqliyyat növlərində yüklərin yüklənilə boşaldılması üsullarını; yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisəsinin ərazisi, stansiyaya yaxın yollar üzrə hərəkət qaydalarını və siqnalizasiyasını; elektrotexnika üzrə elementar məlumatları.

174. Yükləyicinin sürücüsü

İşin xüsusiyyəti.

4-cü dərəcə

73,5 kVt (100 a.g.) gücə malik traktora yükvuranın, vaqona yükvuranların, vaqondan yükboşaldanın və bütün yüktutma mexanizminin və qurğuların idarə olunması. Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişmə və ştabellərə yığılması. Yükvuranın və onun bütün mexanizminin cari təmiri və texniki xidmət. Yükvuranın işindəki nasazlıqların müəyyən edilməsi. Çıxarıla bilən yüktutma qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsi. Yükvurma və yüktutma mexanizminin və qurğunun planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak.



Bilməlidir: yükvuranın və akkumulyator batareyalarının quruluşunu, yüklərin bütün nəqliyyat növlərində yükləmə və boşaltma üsullarını; yüklərin qaldırılma, yerdəyişmə və yığılma qaydalarını; yol hərəkəti, müəssisə ərazisində və stansiyaya yaxın yollarda hərəkət qaydalarını və qoyulmuş siqnalizasiyanı; istifadə olunan yanacaq və sürtkü materiallarının növlərini; akkumulyator istehsalında əsas materialların adlarını; turşu, qələvilərin saxlanma və onlardan istifadə qaydalarını.

5-ci dərəcə: 73,5 kVt-dan artıq (100 a.g.-dən artıq) gücə malik traktor yükvuranda işlədikdə və buldozer, skreper, ekskavator və başqa maşınlar kimi istifadə edərək 147 kVt-dək (200 a.g.-dək) olan yükvuranda işlədikdə.

6-cı dərəcə: 147 kVt-dan (200 at gücündən) artıq gücü olan yükvuranda işlədikdə və ondan buldozer, ekskavator və digər maşın kimi istifadə etdikdə.

175. Yükləyici-boşaldıcının maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən pnevmatik yükləyici-boşaldıcının kameralı qurğu mexanizmlərinin işində olan defektlərin aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı mexanizmlərinin planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.



Bilməlidir: pnevmatik yükləyici-boşaldıcı maşının kameralı qurğusunun quruluşunu; nəzarət-ölçü alət və vəsaitlərinin quruluşunu; təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcının kameralı qurğusunun təmiri qaydalarını.

176. Yükləyici-boşaldıcının maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Hidravlik yükləyici-boşaldıcının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Pnevmatik və hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərinin işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Dizel-generatorun, turbonasosun, boru, kəmərlərinin və digər mexanizmlərin işinə nəzarət. Yükləyici boşaldıcı mexanizmlərinin işindəki nasazlıqların müstəqil olaraq aşkar edilməsi və aradan qaldırılması.



Bilməlidir: hidravlik yükləyici boşaldıcının və köməkçi mexanizmlərin quruluşunu; aqreqatların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; yükləyib-boşaldıcı mexanizmlərin tənzimlənməsini, mürəkkəb-ölçü alət və vəsaitlərin təyinatını və tətbiqi şərtlərini; yükləyici-boşaldıcı maşının və onun mexanizmlərinin təmirinin aparılması qaydasını.

177. Yükləyici-boşaldıcının maşinisti

İşin xüsusiyyəti.

5-ci dərəcə

Üzücü pnevmatik yükləyici-boşaldıcı maşının güc qurğularının idarə edilməsi, işə salınması və dayandırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən aqreqatların məhsuldarlığından maksimum istifadə etməklə, yükləyici-boşaldıcı maşının mexanizmlərinin işinin tənzimlənməsi. Onların işində ortaya çıxan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Yükləyici-boşaldıcı maşına xidmət edən fəhlələrə təlimatların verilməsi.



Bilməlidir: üzücü pnevmatik yükləyici-boşaldıcı maşın və köməkçi; mexanizmlərin quruluşunu və pnevmatik sxemini; aqreqatların işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üsullarını; üzücü pnevmatik maşının mexanizmlərinin tənzimlənməsi; nəzarət-ölçü alət və vəsaitlərinin sazlanması.

178. Kimyəvi-bakterioloji təhlil üzrə laborant

İşin xüsusiyyəti.

2-ci dərəcə

Nümunələrin sınaqlara və analizlərə hazırlanması. Xammal nümunələrinin, pambığın tərkibində nəmliyin olmasını yoxlamaq üçün laboratoriya sınağının keçirilməsi, uduculuq qabiliyyətinin, kapillyarlığının müəyyənləşdirilməsi. Suyun, yeyinti məhsullarının, xammalın, yarımfabrikatların və hazır məmulatların daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında müxtəlif kimyəvi-bakterioloji analizlərin aparılması. Qamışın rənginə görə yetişməsinin müəyyənləşdirilməsi. Qamışın rütubətliyə və zibillənməyə görə analizlərin aparılması.



Bilməlidir: nümunələrin seçilmə və sənədləşdirmə qaydasını; analiz edilən materialların, xammalın və yarımfabrikatların əsas xassələrini; laboratoriya avadanlığının təyinatını və onlarla rəftar qaydalarını.

179. Kimyəvi-bakterioloji təhlil üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Suyun, yeyinti məhsullarının, xammalın, yarımfabrikatların və hazır məhsulların təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-bakterioloji analizlərinin aparılması. Turşuluğun, yağlı karbonlu maddələrin, duzların sıxlığının və i.a. kapillyarlığın, xlorlu, sulfatturşulu və kalsium duzlarının olmasının, yağlı və muma oxşar maddələrin və s. olmasının müəyyənləşdirilməsi. Nəzarət-uçot qeydlərinin aparılması.



Bilməlidir: gördüyü iş həcmində kimyanın əsaslarını və bakteriologiyanın elementar əsaslarını; kimyəvi-bakterioloji analizlərin aparılmasına qoyulan dövlət standartlarının tələblərini; nümunələrin seçilmə və onların sınağa hazırlanma qaydalarını; sınağın lazım olan həcmini; işlək və titrlənmiş məhlulların hazırlanması, bakterioloji mühitin sterilizə üsullarını; sınaq nəticələrinin qeyd sistemini və onların statistik emalı metodlarını.

180. Kimyəvi təhlil üzrə laborant

İşin xüsusiyyəti

2-ci dərəcə

Qəbul olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan sadə bir-birinə oxşar analizlərin aparılması: elektrolitin və digər maddələrin, reaktivlərin, filtr kağızının, çini lövhəciklərin köməyi ilə damcı halında analizin aparılması. Din və Stark üzrə suyun olmasını. Mor və Vestfel tərəziləri ilə mayelərin xüsusi çəkisinin, açıq putada və Marteks-Pensk üzrə alışma temperaturunun, Enqler üzrə özlülüyün, Ors aparatında qazın tərkibinin müəyyənləşdirilməsi. Neft məhsullarının və başqa maye maddələrin Enqler üzrə təkrar distillə olunması. Sadə lak-boya məhsullarının xüsusi aparatlarda sınaqdan keçirilməsi. Vurtis aparatında (oksigen cərəyanında) yonqarın yandırılması yolu ilə karbonun miqdarının müəyyən olunması. Karbonlu və aşqarı az olan poladların kimyəvi analizinin aparılması. Areometr vasitəsi ilə maye maddələrdə sıxlığın, mühitdə qələviliyin və damcıdüşmə temperaturunun müəyyən olunması. Yanacaq materiallarının ərimə və soyuma temperaturunun müəyyən edilməsi. Titrlənmiş məhlulların və qalay aşqarlarının hazırlanmasında iştirak. Kimyəvi-texniki tərəzilərin tətbiqi ilə analiz olunan materiallarda rütubət faizinin tapılması. Mis əsaslı olan ərintilərdə kimyəvi tərkibin analizi. Analiz üçün maye və bərk materialların orta nümunələrinin hazırlanması. Latekslərin və hopdurucü məhlulların qatılığının müəyyənləşdirilməsi, quru qalığa görə axıdılması. İnqrediyentlər ələnən zaman ələkdəki qalığın müəyyənləşdirilməsi. Plastifikatorun hazırlanması, bərk ərinti tozu ilə onun qarışdırılması. Laboratoriya qurğusunun işi üzərində müşahidə, daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında onun göstəricilərinin yazılması.



Bilməlidir: sadə analizlərin aparılma metodikasını; ümumi və analitik kimyanın elementar əsaslarını; laboratoriya avadanlığına, aparaturaya və nəzarət-ölçü cihazlarına xidmət qaydalarını; analiz edilən maddədə olan bu və ya digər elementə xas rəngləri; turşuların, qələvilərin, indikatorların və istifadə olunan digər reaktivlərin xassələrini; orta nümunələrin qaydalarını.

181. Kimyəvi təhlil üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qəbul olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan orta mürəkkəbli analizlərin aparılması. Analiz olunan materiallarda müxtəlif metodlarla maddələrin faiz tərkibinin .müəyyən edilməsi. Piknometr vasitəsi ilə materiallarda və maddələrdə özlülüyün, ərimə qabiliyyətinin, xüsusi çəkinin, Reyd üzrə buxarın möhkəmliyinin, analiz olunan məhsulların induksiya müddətinin, turşuluğun və kokslaşma dərəcəsinin, bağlı putada neft və neft məhsullarının alışma temperaturunun və soyumanın müəyyən olunması. Mürəkkəb olmayan titrlərin qoyulması və yoxlanılması. Müxtəlif filiz nümunələrin, xrom, nikel, xromlu nikel poladların, çuqun və alüminium ərintilərin, metallurgiya prosesləri məhsullarının, aşqarların, yanacağın və mineral yağların kimyəvi tərkibinin müxtəlif növ analizlərinin aparılması. Neft və neft məhsullarında kükürd və xloridin müəyyənləşdirilməsi. Mürəkkəb analizlərin keçirilməsi və xüsusi avadanlıqda lak-boya məhsullarının və sementin fiziki-kimyəvi xassələrinin müəyyənləşdirilməsi. Lak-boya materialları üçün əridicilərin seçilməsi. Analiz olunan materialların analitik tərəzilərdə çəkilməsi. Laboratoriya avadanlığının sazlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında mövcud sxemlər üzrə laboratoriya qurğularının yığılması. Laboratoriya qurğusunun işi üzərində müşahidə və göstəricilərinin yazılması.



Bilməlidir: ümumi və analitik kimyanın əsaslarını; titrlərin qurulma və yoxlama üsullarını; tətbiq edilən reaktivlərin xassələrini və onlara qoyulan tələbləri; orta mürəkkəbli analizlərin aparılma metodikasını və istifadə olunan reagentlərin xassələrini; yerinə yetirilən analizlərə dövlət standartlarını və xidmət olunan sahə üzrə əmtəə məhsullarını; analitik tərəzilərdən, elektroliz qurğusundan, fotokalorimetrdən, refraktometrdən və başqa oxşar cihazlardan istifadə qaydalarını; nümunələrin və aparılan analizlərin keyfiyyətinə qoyulan tələbləri; həll olma, süzmə, ayırma və kristallaşma proseslərini; laboratoriya avadanlığının sazlama qaydalarını.

182. Kimyəvi təhlil üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

Təyin olunmuş metodika üzrə pulpa, məhlullar, reaktivlər, konsentratlar, səthi və buruq suları, neft və neft məhsulları, hazır məhsul, köməkçi materiallar, tullantılar, gübrələr, turşular, duzların tərkibinin mürəkkəb analizinin aparılması. Müxtəlif əlvan ərintilərin, ferroərintilərin, yüksək aşqarlı poladların kimyəvi tərkibinin müxtəlif növ analizlərinin keçirilməsi. Titan, nikel, volfram, kobalt, molibden və niobium əsaslı ərintilərdə əsas aşqar elementlərin kəmiyyətinin təyin olunmuş metodika üzrə müəyyən olunması. Mürəkkəb titrlərin qurulması və yoxlanılması. Turşularda nitrozluğun və tündlüyün müəyyənləşdirilməsi. Məhlulların qatılıq dərəcəsinə görə ələk və elektroçəki metodları ilə analizin yerinə yetirilməsi. Çox təsirli zəhərlərin, partlayıcı maddələrin analizi. VTİ aparatlarında, qaz fraksion aparatlarda və xromatoqraflarda qazların tam analizi. Mürəkkəb reaktivlərin tərtilə edilməsi və onların yararlılığının yoxlanılması. Verilmiş metodika üzrə laboratoriya şəraitində sintezin aparılması. Ammonyakın konversiya dərəcəsinin, yaxud nitroz qazlarının oksidləşməsinin müəyyən edilməsi. Yanacağın istilik törətmə qabiliyyətinin müəyyənləşdirilməsi. Analiz nəticələrinin sənədləşdirilməsi və hesablanması. Mövcud sxemlər üzrə laboratoriya qurğularının yığılması. Xüsusi cihazlarda-vezerometrdə, tropik iqlim kamerasında, Meger cihazında və s. məmulat örtüklərinin sınaqdan keçirilməsi. Sadə və orta arbitraj analizlərinin aparılması.



Bilməlidir: analitik və fiziki kimyanın ümumi əsaslarını; istifadə olunan reaktivlərin təyinatı və xassələrini; laboratoriya qurğularının yığılma qaydalarını; kimya preparatlarının kütləsi və həcminin müəyyən olunma üsullarını; mürəkkəb titrlənmiş məhlulların hazırlanma üsullarını; analitik tərəzidə çöküntülərin ölçülmə qaydalarını və analizin nəticələrinə görə zəruri hesablamaların aparılmasını; müxtəlif tipli nəzarət-ölçü cihazlardan və tərəzilərdən istifadə qaydalarını; aparılan analizlərə texniki şərtləri və dövlət standartlarını; yerinə yetirilmiş işlərə texniki sənədlərin aparılma qaydalarını.

183. Kimyəvi təhlil üzrə laborant

İşin xüsusiyyəti.

5-ci dərəcə

Nikel, kobalt, titan və niobium əsasında olan ərintilərin cihaz və aparatlar tətbiq etməklə təyin olunmuş metodikalar üzrə ən mürəkkəb analizlərinin aparılması. Nadir, torpaqda seyrək olan və nəcilə metalların analizinin aparılması. Radioaktiv elementlər tətbiq etməklə analizlərin aparılması. Müxtəlif tipli və konstruksiyalı xromatoqraflar tətbiq etməklə elektron sxemlərin tətbiqinə əsaslanan metodla və xromaqramların mürəkkəb hesabından istifadə edərək partlayıcı üzvi maddələr qatışıqlarının analizinin aparılması. Kimyəvi analizlər üçün yeni metodikaların işlənilə hazırlanmasında iştirak. Atom-absorbsiya metodu ilə analizlərin aparılması. Mürəkkəb arbitraj analizlərinin aparılması. Qeyri-standart analizlərin nəticələrinin metroloji qiymətləndirilməsi. Dövlət standartı ilə tövsiyə edilmiş metodikaların aprobasiyası. Xidmət olunan avadanlığın sazlanması.



Bilməlidir: tətbiq olunan cihazlardan və aparatlardan istifadə qaydalarını və konstruksiyasını; ümumi, analitik və fiziki kimyanın əsaslarını; fiziki-kimyəvi analiz metodlarını; analizin keçirilmə metodikasının işlənilə hazırlanma və seçmə əsaslarını; nəcilə metalların bölünmə və müəyyənləşdirilmə üsullarını; radioaktiv elementlərin xassələrini və onlarla işləmə qaydalarını.

Orta ixtisas təhsil tələb olunur.



184. Kompressor qurğularının maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Təhlükəsiz qazla işləyən müxtəlif mühərriklərdən hər birindən 5 kub m./saniyədə 1 MPa-dək təzyiq (10 kqs/kv.sm) ötürən stansionar kompressor və turbo-kompressorlarına xidmət. Kompressorların və köməkçi avadanlığın işinə nəzarət. Kompressor mexanizmlərinin hərəkət edən hissələrinin yağlanması və soyudulması. Kompressorların işində olan nasazlıqları aşkar etmək, aradan qaldırmaq və onun qoruyucu qurğularının işinə nəzarət. Ötürücü mühərriklərə xidmət. Qəza və sərf baklarına yağın doldurulması və boşaldılması. Kompressor stansiyası avadanlığının təmirində iştirak etmək.



Bilməlidir: porşenli kompressorların, turbokompressorların, buxar maşınlarının və elektrik mühərriklərinin hərəkət prinsipini; kompressor və mühərriklərin işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının və idarəetmə avtomatlarının təyinatını və tətbiqi üsullarını; kompressor stansiyası boru kəmərlərinin sxemini; havanın müvafiq temperaturunu və dərəcələr üzrə iş təzyiqini; xidmət edilən aqreqat birləşmələrinin qızdırılma temperaturunu; artıq qızdırılma hallarının qarşısının alınması və mexanizmlərin yağlanması üçün yağların növünü və markasını.

185. Kompressor qurğularının maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Hər biri 5-dən - 100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm) olan və ya hər biri 5 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz qazlarla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Hər biri 5 kub metr/dəqiqəyədək ötürücü ilə 1 MPa (10 kqs/kv.sm)-dək təzyiqli təhlükəli qazlarla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Kompressor, mühərrik və turbokompressorlarının işə salınması və iş rejiminin tənzimlənməsi. Kompressorların və ayrı-ayrı aqreqatların tələb edilən iş parametrlərinin saxlanılması. Kompressor stansiyasının işində olan qeyri-normal halların aşkar edilməsi və qarşısının alınması. Kompressor, maşın və mexanizmlərin işi barədə hesabat-texniki sənədlərin aparılması. Kompressor stansiyası aqreqatlarının təmirində iştirak etmək.



Bilməlidir: porşenli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin, buxar maşınlarının və elektrik mühərriklərinin quruluşunu, onların texniki xüsusiyyətini və xidmət qaydalarını; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının, avtomatik aparatların və armaturun quruluşunu, kompressor stansiyasının hesabat-texniki sənədlərini; termodinamikanın və elektrotexnikanın əsaslarını; kompressorların işlədiyi zaman təzahür edən qazların xüsusiyyətlərini.

186. Kompressor qurğularının maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Hər biri 100-dən - 500 kub metr/dəqiqəyə dək ötürməklə 1 MPa (10 kqs/kv.sm-dək) təzyiqi olan və ya hər biri 5-100 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz olmayan qazla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət. Hər biri 5 kub metr/dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) və ya hər biri 5-100 kub metr/dəqiqəyədək ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kub sm-dan) yuxarı təhlükəli qazla işləyən stasionar kompressorlara və turbo kompressorlarına xidmət. Kompressorların səmərəli iş rejiminin təyin edilməsi və saxlanılması. Mühərriklərin, kompressorların, cihaz, köməkçi mexanizmlər və digər avadanlıqların sazlığına nəzarət etmək. 3-cü dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor qurğularının təmirində və onlara baxışda iştirak etmək.



Bilməlidir: müxtəlif tipli kompressorların, turbokompressorların, daxili yanma mühərriklərinin, buxar maşınlarının, buxar turbinlərinin və elektrik mühərriklərinin, köməkçi mexanizmlərin, mürəkkəb nəzarət-ölçü cihazlarının, aparat və armaturların quruluşunu və konstruktiv xüsusiyyətlərini. Buxar kəmərlərinin, boru kəmərlərinin, armaturların və kompressor stansiyasının çənlərinin yerləşmə sxemini; işlərin tənzimlənməsi və avadanlıqların tədric edilməsi üçün avtomatik qurğuların yerləşmə sxemini; xidmət edilən kompressorların əsas texniki xüsusiyyətlərini; elektrik enerjisinin və sıxılmış havanın və ya qazların istehsalına lazım olan materialların sərfi normalarını.

187. Kompressor qurğularının maşinisti

İşin xüsusiyyəti.

5-ci dərəcə

500-dən - 1000 kub dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dək (10 kqs/ kv.sm-dək) və ya hər biri 100-dən-250 kub metr/dəqiqədə ötürməklə təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı olan müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz qazla iş zamanı stasionar kompressorlara və turbo-kompressorlara xidmət. 100-dən-250 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dək (10 kqs/kv.sm-dək) təzyiqlə təhlükəli qazla işləyən və ya hər biri 5-dən 100 kub metr/dəqiqəyədək ötürməklə 1 MPa-dan (10 kqs/kv.sm-dan) yuxarı təzyiqlə işləyən kompressor və turbokompressorlara xidmət. Məhsuldarlığı 100 kub metr/dəqiqəyədək olan avtomatlaşdırılmış kompressor stansiyalarına xidmət. Kompressor stansiyası avadanlığının söndürülməsi və ehtiyata və təmirə çıxarılması. Stansiya məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi. Kompressor stansiyası avadanlığının təmiri üzrə defekt cədvəllərinin tərtilə edilməsi. 4-cü dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor stansiyası avadanlığının təmiri. Səhra şəraitində daxili yanma mühərriklərinin və kompressorların təmiri.



Bilməlidir: kompressor, turbokompressorları, buxar maşınları, elektrik mühərrikləri və daxiliyanma mühərriklərinin kinematik sxemini; yüksək təzyiqli kompressorların quruluşunu; kompressor, turbokompressor qurğularının, buxar və elektrik mühərriklərinin istismar xüsusiyyətlərini; stansiya məhsulu istehsalının texnoloji prosesinin sxemini; kompressorların faydalı iş əmsalını.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin