189) Təmas dermatitində qıcıqlandırıcı dəriyə hansi yolla keçərək təsir edir?
Təmas dermatiti qıcıqlandırıcı dəri ilə təmasda olduğu yerdə və xəstənin yaşından, cinsindən, fərdi xüsusiyyətlərindən asılı olmayaraq baş verir. Dərinin ən üst qatı olduğundan ilk təsirə epidermis məruz qalır.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 38)
190) Kəskin övrənin klinik əlamətlərinə hansı aid deyil?
Övrə toksikoallergik, polietioloji dəri xəstəliyidir. Kəskin övrə çoxsaylı köpüşüklü səpkilər və güclü qaşınma ilə müşayiət olunur. Səpkilər hətta ağız boşluğunun selikli qişasında, qırtlaqda olub, tənəffüsü və udmanı çətinləşdirə bilər. Qarında ağrılar, subfebril temperatur, titrətmə, nevrotik vəziyyət xarakterikdir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 2. (səh. 98)
191) Vezikul (qovuqcuq) əmələ gəlməsi və sulanma aşağıdakılardan hansı üçün xarakterikdir?
Ekzema polimorf səpkili, çox geniş yayılmış, uzun gedişə malik allergik dəri xəstəliyidir, kiçik qovuqcuqlar – vezikullar və sulanma xarakterikdir. Qovuqcuqlar sayca çox, lakin çox kiçik (sancaq başı boyda) olub yalnız diqqətlə baxdıqda görünür. Eyni zamanda papula və pustullar da görünə bilər.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 43)
192) Ekzema xəstəliyinin müalicəsində istifadə olunmur.
Ekzema xəstəliyinin müalicəsində ilk növbədə allergenlə kontakt kəsilməlidir. Hiposensibilizasiya məqsədilə natrium və kalsium preparatlarının (Natrium tiosulfat, Kalsium qlükonat və s) , antihistaminlərin (Klaritin) , sedativlərin, bəzən isə kortikosteroidlərin birgə balanslaşdırılmış tətbiqi effektiv müalicə kimi qiymətləndirilir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 43)
Dostları ilə paylaş: |