Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İranın İsraillə əlaqəsinin olması ittihamı



Yüklə 1,24 Mb.
səhifə357/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   353   354   355   356   357   358   359   360   ...   376

İranın İsraillə əlaqəsinin olması ittihamı


Ötən on bir il ərzində beynəlxalq qurumlar nə zaman İslam Respublikasının sözünün xalqlar arasında nüfuzundan çox qorxmuşlarsa, İslam Respublikasına bir neçə ittiham irəli sürmüşlər. Biz onların işinin qaydasını bilirik. Nə zaman dünyada bu bir neçə ittihamın çox yayıldığını görürksə, hegemonçu qüvvələrin İslam Respublikasının sözünün nüfuzundan çox qorxduqlarını anlayırıq. Haradasa bizim xəbərimiz olmayan bəzi hadisələrin olması mümkündür. Lakin onlar xəbərdardırlar və qorxaraq bu bir neçə ittihamı sıralayırlar:

Bir ittiham İsraillə əlaqədir. Müsəlman xalqların işğalçı İsrail üzərində həssas olduqlarını və həmçinin sözün həqiqi mənasında və səmimi şəkildə müsəlman xalqlarla həmrəy olan dövlətin birinci növbədə İslam Respublikasının olduğunu bilirlər. Bilirlər ki, bizim böyük və mərhum imamımız hərəkatın başlanğıcında İsraillə mübarizəni hərəkatın əsas qaydası etmişdir. Buna görə də xalqlar arasında İslam Respublikasının nüfuzunun azalması üçün bir xəbər, şayiə, zümzümə və bazarlıq düzəldib deyirlər ki, bir yerdə biri o birindən bir şey alıb və satmışdır; biri İslam Respublikası tərəfindən, biri də İsrail tərəfindən.

Bu onların həmişə atdıqları böhtanlardan biridir. Maraqlı və qəribəsi budur ki, bu böhtanlar ətrafında ajiotaj yaradan şəxslərin özlərinin aşkar şəkildə, yaxud gizlicə İsraillə əlaqələri var. Regionun İsraillə gizli və məxfi əlaqələri olan bəzi mürtəce dövlətləri radiolarında bu məsələni müəyyən formada qalmaqal kimi ortaya qoyurlar. Biz elan edirik ki, hətta bir gün və bir saat da işğalçı, qanunsuz və xəbis İsrail dövləti ilə dostluq etməmişik, onlara məhəbbət göstərməmişik, ən kiçik və zəif rabitəmiz olmayıb və olmayacaq.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin