FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN



Yüklə 395,94 Kb.
səhifə53/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   ...   49   50   51   52   53   54   55   56   ...   68
fəlsəfə möv. magistr (1)

Metodoloji funksiya. Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, materialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliyyətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi metodoloji prinsiplərlə silahlandırır. Bununla əlaqədar olaraq dialektikanın bütün prinsipləri, qanunları və kateqoriyaları metodoloji əhəmiyyət kəsb edirlər.

  1. Qabaqgörənlik funksiyası. İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli təlim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi irəlicədən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil edən materialist dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək, dərin intuisiya, zəngin təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. Məhz bu yolla insan inkişafın daxili qanunauyğun əlaqə və münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hipotezlər yaradır, elmi kəşfləri qabaqcadan xəbər verir (məsələn, fizikada proton, neytron, pozitronun və s. mövcudluğunun qabaqcadan söylənməsi və s.)

Nəzəriyyə və praktikada dialektikanın bütün funksiyalarının reallaşmasının əsas şərti onların dialektik vəhdətdə tətbiq olunmasıdır. Bunu fəlsafi kateqoriya kimi materiyaya verilən və yuxarıda bəhs etdiyimiz tərifdə aydın görmək olar. Həmin tərifdə dialektikanın qeyd etdiyimiz ontoloji, məntiqi, qnoseoloji, dünyagörüşü, metodoloji, proqnostik funksiyaları vəhdətdə reallaşmışdır. Materiyaya obyektiv reallıq kimi tərif verildikdə onun ontoloji aspekti, materiyanı obyektiv reallığı göstərən fəlsəfi kateqoriya kimi müəyyənləşdirdikdə onun məntiqi aspekti, obyektiv reallıq olmaq etibarilə materiya insana onun duyğularında verilmişdir, bizim duyğularımızdan asılı olmadan mövcud olmaqla onlarda əks olunur dedikdə onun qnoseoloji aspekti qeyd edilmişdir. Bunlardan başqa həmin tərif həm də çox böyük dünyagörüşü və metodoloji əhəmiyyətə malikdir. Beləliklə, materiyaya verilən mə'lum tə'rifdə dialektikanın bütün funksiyaları onların vəhdətində realizə olunmuşdur.



Yüklə 395,94 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin