MÖVZU 5: NGN texnologiyaları əsasında intellektual şəbəkə konfiqurasiyası İntellektual şəbəkənin funksional modelinə uyğun olaraq xidmətlər SSP (server xidmət qovşağı) vasitəsilə həyata keçirilir. SSP-nin vəzifəsi intellektual şəbəkə xidmətlərinə (İŞP) doğru yönələn çağırış sellərinin detektə edərək tələb edərək tələb edilən xidmət növünə uyğun intellektual xidməti təşkil etməkdir. Belə ki, tələb edilən xidmət növündən asılı olaraq SSP server xidmət moduluna (SCP) xidmət növü haqqında məlumat verir. Məsələn, intellektual xidmət telesəsvermə (VOT), SCP tərəfindən göndərilən çağırış sellərinin istiqamətinin dəyişdirilməsi (məsələn, haqqı ödənilməyən çağırış seli - FPH) və ya əlavə haqqı ödənilməklə yeni çağırış selinin göndərilməsi və s. xidmətləri göstərilir. Bu halda intellektual şəbəkə strukturunun qurulmasında biri-birinə zidd olan aşağıdakı plan diqqəti cəlb edir. Belə ki, çağırış selini marşurutlaşdırılmasının səmərəliliyi nöqteyi-nəzərindən paylanmış struktura malik SSP abunəçi üçün maksimum səmərəli olmalıdır (şəbəkə konfiqurasiyası nöqteyi-nəzərindən), intellektual şəbəkənin strukturunun qurulması üçün tələb edilən əsas vəsaitin (investisiya qoyuluşu) minimum olması nöqteyi-nəzərindən SSP-nin realizə edilməsi şəbəkə iyerarxiyasında yüksək səviyyədə mərkəzləşdirilmiş prinsipdə qurulmalıdır.
NGN şəbəkəsində intellektual xidmətlərin təşkili TDM şəbəkəsində bu xidmətlərin təşkilində mövcud problemləri tamamilə arada\n qaldırır. Bu halda SSP funksiyası SSP serveri ilə şlüz və çevik siqnallaşma kommutatorunun birgə funksional inteqrasiyası nəticəsində həyata keçirilir. Belə olduqda intellektual şəbəkə xidmətlərinin təşkili üçün SSP ilə işləyən interfeyslə birləşmənin idarə edilməsi Softswitch səviyyəsində həyata keçirilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, NGN şəbəkəsində istifadəçilərlə onlara intellektual xidmət göstərən pravayderlərin platformaları arasında birləşmənin təşkili üçün əsasən paket şəbəkəsi resurslarında istifadə olunur. İntellektual şəbəkə xidmətlərinin NGN şəbəkəsindən TDM şəbəkəsi istifadəçilərə təqdim etmək üçün şəbəkələr arası bağlantı funksiyasını yerinə yetirən şlüzlərdən istifadə olunur.
SSP elementi intellektual şəbəkə strukturunun NGN əsasında realizə edilməsi prosesi kanal kommutasiya şəbəkəsi variantı ilə müqayisədə aşağıdakı üstünlüklərə malikdir:
• SSP funksiyasının tətbiqi üçün investisiyanın minimum
olması. Kanal kommutasiya şəbəkə əsasında qurulmuş variantda SSP funksiyasını realizə etmək üçün bütün rabitə qovşaqları təkmilləşdirilməli və ya bir çox nöqtələrdə SSP avadanlığı qurulmalıdır;
• SSP funksiyasının genişləndirilməsi üçün investisiyanın
minimum olması. Klassik variantda SSP funksiyasını realizə etmək üçün bütün rabitə qovşaqlarının təkmilləşdirilməsi tələb edildiyi halda, NGN – də təkcə SSP qurmaq üçün Softswitch səviyyəsində dəyişiklik etmək lazımdır;
• Birləşmiş şəbəkə modelində (şəbəkədə həm NGN, həm də
kanal kommutasiya avadanlıqları birgə fəaliyyət göstərdiyi modeldə) intellektual xidmətlər qovşağına (provayderə) eyni infrastrukturdan istifadə etməklə rabitənin təşkil edilməsi;
• Softswitch-ə qoşulmuş əlavə serverlərin hesabına geniş
çeşiddə intellektual xidmətlərin göstərilməsi imkanlığının mövcud olması;
• Minimal investisiya qoymaq şərti ilə mövcud NGN
infrastrukturu əsasında intellektual şəbəkə platformasının təşkili.
İntellektual platformanın NGN şəbəkə sistemində təşkili kanal kommutasiyalı şəbəkələrlə müqayisədə qeyd edildiyi kimi bir sıra üstünlüklərə malik olduğundan yeni platformaların qurulmasında bu üstünlüklər şəbəkə operatorları tərəfindən nəzərə alınır. Hal-hazırda Bakı telefon şəbəkəsində NGN platforması əsasında intellektual xidmətlər təşkil edir.