Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxarmaqla təbii ehtiyatların azalmasına və son nəticədə tamamilə tükənməsinə səbəb olur və onları bərpa etmək imkanına malik deyildirlər. Doğrudur, insanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzilərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bilərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər1.
Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qə-dər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yüksəlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insanlara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əmə-yi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məhsulu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri "məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xəttidir.
Dostları ilə paylaş: |