Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyildir
Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alınmasında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya müka-fatları, dövlət orqanları tərəfindən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tutularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olunmasında da problemlər meydana çıxır.
Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər
meydana çıxır. Bu gəlirlərdən vergilər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bundan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, korporasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin saxlanmasını tələb edir.
Dostları ilə paylaş: |