FəNN: makroiQTİsadiyyat


Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi



Yüklə 1,1 Mb.
səhifə40/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   36   37   38   39   40   41   42   43   ...   177
3. Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi.
Vergitutmanın əsas prinsipləri aşağıdakılardır: 1) Vergilər haq­qında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır; 2) Vergi də­rə­­cələri, vergi ödəyici-lərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla mü­əy­yən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müx­təlif olduğuna görə onlar üçün vergi dərəcələri də müx-təlif olma­lıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərə­cələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairə­lərində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunveri­cilik­lə­rində öz əksini tapmışdır; 3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edil­məlidir. Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə döv­riyyə vergisinin əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edil­məsini misal gös­tərmək olar. Daha əyani olsun deyə, aşağıdakı misalı nə­zərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün ava­danlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir zavod çu­ğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli, zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri ara­sındakı fərqə görə ƏDV ödəyir. Sonrakı mər-hələdə prokat, başqa bir məhsula, deyək ki, maşın detalla-rına çevrilir və onların dəyəri arasın­da­kı fərqə görə ƏDV ödə­nilir. Buradan aydın olur ki, ƏDV dövriyyə ver­gisinə nisbətən müəy­yən üstünlüklərə malikdir; 4) Vergilər hökmən ödə­nilməlidir. Bunun üçün vergi sistemi elə hazırlanmalıdır ki, vergilərin ödənilməsinin la­büdlüyü, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür olsun, heç bir şübhə yeri qalma-sın; 5) Vergi sistemi və onun ödənilməsi qaydası ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi cəhətdən əlverişli olmalıdır; 6) Vergilər onun ödəyiciləri ara­sında möv­cud olan siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götü­rülməklə müəyyən olunmalı və ayrı seçkiliyə yol verilməməlidir; 7) Ver­gi sistemi çevik və dəyi-şən ictimai-siyasi tələbata asanlıqla uyğunlaş­dı­rıla bilən olmalıdır; 8) Vergi sistemi, yaradılan ÜDM-in yenidən bölgü­sünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi proq­ram­laşdır­manın ən səmərəli aləti olmalıdır.

Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesab­lanma­sı­nın qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin