Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibətlərinin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avropanın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mənbələrindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən aksiz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.
Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seçmə) aksizlər; 2) Universal aksizlər.
Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksizin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəqliyyatda yükdaşınması, avia və dəmir yolu biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seçmə aksiz fəaliyyət göstərir.
Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin çoxunda seçmə aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssisələrin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur. Verginin bu növünün dövriyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələsində əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsullarını reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarımfabrikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesablanan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşağıdakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məhsulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan həmin məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfabrikat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır.
Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərəcələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymətlərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.
Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliyyətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.
Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şərabı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məişət kondisionerləri, maşında toxun-muş xalçalar və xalça məmulatları, minik maşınları, müxtə-lif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.
Dostları ilə paylaş: |