BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu, müxtəlif ölkələrin milli təsərrüfatları arasın-da əlaqələrin meydana gəlməsi və dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın beynəlmiləlləşməsi dünya miqyasında ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını əhatə edir və özünü bütün sahələrdə – istehsal, bölgü, mübadilə və istehlak – biruzə verir. Istehsalın beynəlmiləlləşməsi beynəlxalq iqtisadi münasibət-lərin inkişaf etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin obyektiv xarakter daşıdığını göstərir. Doğrudur, müəyyən sinfi mənafelər dünya təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məh-dudlaşdıra bilər. Lakin onların həyata keçirilməsinin obyek-tiv zəruriliyi labüd olaraq özünə yol açmışdır və bundan sonra daha da inkişaf edəcəkdir.
Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, dünya iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi-texniki inqilabın hərtərəfli xarakter daşıması, informasiya və kommunikasiya vasitə-lərinin yeni rolu, yer kürəsində mövcud olan ehtiyatların vəziyyəti və s. əlaqədardır.
Dostları ilə paylaş: |