FəNN: makroiQTİsadiyyat


Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir



Yüklə 1,1 Mb.
səhifə113/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   109   110   111   112   113   114   115   116   ...   177
Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir. K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olun­duqda mənfəət norma-sının aşağı düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tutur-du. K.Marksın fikrincə kapital artıqlığı üç formada – əm­təə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya müm­kün olan) xaricə göndərilir.

Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsu-si diqqət yetirilir. Bu, digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında on­la­rın çox sürətlə artması ilə əlaqədardır. Transmilli korporasiyalar əvvəl­cə firmalar səviyyəsində, sonra isə müstəqil konsepsiya kimi öy­rənil­mişdir. Bunların əsasında amerika iqtisadçıları S. Xaymer, R.Kou­za və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə firma xaric-də bir­ba­şa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə üstünlü­yə malik olmalıdır. R. Kouzanın ideya-sının mahiyyəti ondan iba­rətdir ki, iri korporasiyanın daxi-lində spesifik bazar olmalıdır. R. Ver­non isə özünün məhsu-lun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini – birinci növbədə milli inhisarların xarici rə­qib­­lərinə xəbər­darlıq zərbəsi endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.

Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa inves­tisiya qoymalarıdır. Bununla əlaqədar olaraq birbaşa investisiyaların da­ha geniş yayılmış aşağıdakı modelləri hazırlanmışdır:


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin