Məktəb coğrafiya atlaslarının proyeksiyaları



Yüklə 61,94 Kb.
səhifə1/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
  1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z


Məktəb coğrafiya atlaslarının proyeksiyaları
Proyeksiyanın seçilməsi müəyyən nüanslardan asılıdır. Belə ki xəritənin məqsəd və vəzifəsi miqyası və xəritədə təsvir edilən ərazinin konfiqurasiyası proyeksiyanın seçilməsində rolu olan nüanslardandır. Hər hansı bir xəritənin proyeksiyası isə normal və qeyri-normal şəbəkədə fərqli istiqamətlərdə müəyyən olunur. Normal şəbəkədə meridian ve paralellərin formasına görə təyin olunur. Qeyri-normal şəbəkədə tərtib olunmuş kiçik ərazilərin nisbətən böyük miqyaslı xəritələrində isə proyeksiyanın sinfini təyin etmək çox çətin bəzən isə heç mümkün olmur. Təcrübi işlərdə isə xəritənin proyeksiyasının sinfini ve bununla əlaqədar olaraq təhriflərin xüsusiyyətini ve paylanmasını təyin etməyin çox böyük əhəmiyyəti vardır. Məktəb xəritələrində isə proyeksiyaların adı qeyd edilmir. Bəzən isə xəritənin aşağı hissəsində qısaca yazılır.

1.Dövlət xəritələrinin proyeksiyaları.


Müxtəlif dövlət xəritələrində proyeksiyalar aşağıdakı kimi tərtib olunur.

  1. Ibtidai sinif atlaslarında dövlət xəritələri Solovyovun cep slindrik proyeksiyasında,

  2. 6-cı sinif atlasında Krasovskinin normal konus proyeksiyasında,

  3. 8 və 9-cu sinif atlaslarında isə Kavrayskinin normal konus proyeksiyasında

  4. 8 ve 9-cu sinif atlaslarında dövlət fiziki ve iqtisadi coğrafi rayonlarının 10-cu sinif atlaslarında dövlətlərin və dövlət qruplarının 7-ci sinif Atlaslarında isə Avrasiya materikinin ayrı-ayrı hissələrinin xəritələri bərabərbucaqlı konus proyeksiyasında tərtib olunur.

2.Materik xəritələrin proyeksiyaları


Müxtəlif materik xəritələrində proyeksiyalar aşağıdakı kimi tərtib olunur.


  1. 7 və 10-cu sinif atlaslarında verilən materik xəritələri (Avrasiya materiki müstəsna olmaqla) azimutal proyeksiyalarda tərtib olunmuşdur.

  2. Afrika Avstraliya Şimali və Cənubi Amerika materiklərinin xəritələri Lambertin azimutal ekvivalent üfüqi

  3. Antarktidanın xəritələri isə Postelin bərabəraralıqlı azimutal qütbi proyeksiyasında tərtib edilmişdir.

  4. Avrasiya materikinin 7-ci sinif atlasında verilən xəritələri isə Mərkəzi Elmi-Tədqiqat Geodeziya, Aerofotoplanalma ve Kartoqrafiya institutunun xüsusi olaraq Avrasiya materiki üçün nəzərdə tutulmuş şərti proyeksiyasında tərtib olunmuşdur. Həmin proyeksiya 2 şərtə əsasən qurulmuşdur :

1.Paralellerin əyriliyi azimutal ve konus proyeksiyalarına nisbətən daha az olmalıdır
Beləliklə materikin en simal noqtesinin ucqar serqde olmasi illuziyası aradan qaldırılmalıdır.
2.Xəritədə şərti işarələrin paylanmasının sıxlığına müvafiq olaraq onun Avropa hissəsində sahənin xüsusi miqyasi Asiya hissəsinə nisbətən daha böyük olmalıdır.

3.Yarımkürələr xəritələrinin proyeksiyaları


Yarımkürələrin xəritələrinin tərtib olunmasında azimutal proyeksiyadan istifadə olunur. Xüsusilə Lambertin ekvivalent proyeksiyasından istifadə olunur. Belə ki yarımkürələrin fiziki siyasi və istilik qurşaqları xəritəsi eləcə də 6-cı sinif atlasında Yerin Günəşə nisbətən mövqeyi Yerin illik hərəkəti və ilin fəsilləri sxemlərində yarımkürələr Lambertin azimutal ekvatorial və üfüqi proyeksiyalarında təsvir olunmuşdur.

4.Dünya xəritələrinin proyeksiyaları


Dünya xəritələri əsasən 2 proyeksiyada - Metka və Ki-nin polikonus proyeksiyalarında tərtib olunur. Amma 7-ci sinif atlaslarındakı dünya xəritələri və 9-cu sinif atlaslarındakı Xarici iqtisadi əlaqələr xəritəsi həmin proyeksiyanın Ensiklopediya variantında 10-cu sinif atlasında verilən dünya xəritələri isə 1950-ci il variantında tərtib edilmişdir.
Ümumiyyətlə Lambertin ekvivalent və bərabərbucaqlı konus proyeksiyaları müstəsna olmaqla yuxarıda adları çəkilən bütün proyeksiyalar təhrif xüsusiyyətinə görə ixtiyari proyeksiyalar qrupuna aiddir. Məktəb xəritələri üçün proyeksiyaların seçilməsinin elmi əsasları və tənqidi xülasəsi bir çoc əsərlərdə verildiyi üçün biz bu məsələ üzərində dayanmırıq. Amma atlas xəritələri üçün proyeksiya seçəndə müəyyən nüanslar nəzərə alınmalıdır. Burada əsas nüans ondan ibarətdir ki bəzən iki ayrı xəritəni müqayisə etmək lazım gəlir. Məsələn 7-ci sinifdə Yarımkürələrin fiziki xəritəsilə Yer qabığının quruluşu xəritəsini tələbələr müqayisə etməli olduqda əvvəllər müəyyən çətinliklə üzləşirdilər.
Çünki 1985-ci ilə qədər həmin xəritələr müxtəlif riyazi əsasda tərtib olunduğu üçün onların müqayisəsi olduqca çətinlik yaradırdı. İndiki dövrdə isə artıq bu çətinliyi aradan qaldırmaq və tələbələrə müqayisəni asanlaşdırmaq üçün həmin xəritələr eyni riyazi əsaslarla eyni miqyasda və eyni proyeksiyada tərtib olunur.
…………………

3.Coğrafiya xəritəsinin əsas xüsusiyyətləri


Xəritəni digər təsvirlərdən fərqləndirən əlamətlər bunlardır

  • Xəritə riyazi təsvirdir.

Xəritə tərtib etmək üçün əvvəl yer planetinin forma və ölçüləri müəyyən olunur. Planetin fiziki səthi həndəsi baxımdan öyrənilir. Bu prosesdə planetə aid olmayan xassələr ona tətbiq olunur. Məsələn ideallaşdırma metodundan istifadə etməklə formaca keonid olan Yer planeti həndəsi formada olan Yer ellipsoidi ilə əvəzləşdirilir. Bu isə o deməkdir ki ona ellipsoidin xassələri tətbiq olunur. Sonra riyazi abstraksiyalaşdırma yolu ilə üç ölçülü Yer ellipsoidi iki ölçülü müstəvi ilə əvəz edilir. Bu yolla tərtib olunan xəritənin hər bir nöqtəsinə Yer üzərindəancaq bir nöqtə uyğun gəlir. Beləliklə obyektlərin Yer səthindəki konkret məkan mövcudluğunun strukturu xəritədə işarələr vasitəsilə həndəsi oxşarlıq baxımından adekvat təsvir olunur.


  • Xəritə işarəli-obrazlı təsvirdir.

Xəritədə təsvir olunacaq hadisə və prosesin coğrafi məzmunu öyrənildikdən sonra tematik xəritələr tərtib edilir. Daha sonrakı addım isə mətn təbii dildən kartoqrafik işarələrlə kartoqrafik təsvirə çevrilir. Bununla da maddiləşir və konkret məkan müəyyənliyi kəsb edir.
Xəritədə göstərilən ayrı-ayrı işarələrə öncədən şərtləndirilmiş məna verilir. Bu da həmin kartoqrafik işarənin çoxmənalılığını aradan qaldırır.

  • Xəritə generalizasiya olunmuş təsvirdir.

Generalizasiya olunmuş təsvir dedikdə ümumiləşdirilmiş təsvir nəzərdə tutulur.
Kartoqrafik generalalizasiya 3 prosesdən ibarətdir

  1. Seçmə

  2. Ümumiləşdirma

  3. Abstraktlaşdırma

Kartoqrafik generalizasiyanın dərəcəsi istiqaməti və xüsusiyyəti mövcuddur. Bunlar isə xəritənin məqsədindən miqyasından riyazi ölçülərdən və xəritədəki hadisə və prosesin xüsusiyyətindən asılıdır. Kartoqrafik generalizasiya xəritədə təsvir edilən obyektlırin seçilməsinin sadələşdirilməsinin onların fərdi xüsusiyyətlərinin ümumi anlayışlarla əvəz olunmasının kəmiyyət və keyfiyyət göstəricilərinin ümumiləşdirilməsinin konkret məkan əlaqələrinin və münasibətlərinin abstraktlaşdırılmasının xüsusi elmi metodudur. Lakin bunu da qeyd etmək lazımdır ki işarələr sistemi kartoqrafik generalizasiyasız sadələşdirmə və ümumiləşdirmə xüsusiyyətinə malikdir.

Xəritənin yuxarıda 3 əsas xüsusiyyətini qeyd etdik. Bu 3 xüsusiyyəti ilə yanaşı digər təyin olunan xüsusiyyətləri də vardır
-Xəritə sadələşdirilmiş təsvirdir
-Xəritə sxematikləşdirilmiş təsvirdir
-Xəritə əyani-obrazlı məntiqi təsvirdir
-Xəritə ümumiləşdirilmiş və abstraktlaşdırılmış təsvirdir
-Xəritə seçici təsvirdir
-Xəritə sintetik təsvirdir
-Xəritə gələcəti görməyə şərait yaradan təsvirdir. Burada proqnoz üçün istifadə olunan xəritələr nəzərdə tutulur.
-Xəritə miqyaslı təsvirdir
-Xəritə ölçülü metrik və ardıcıl təsvirdir
-Xəritə əlaqəli təsvirdir. Yəni riyazi əsası ilə coğrafi məzmunu vəhdət təşkil edir.Bu səbəbdən xəritə obyektiv sistemin subyektiv inikası hesab olunur.

4.Xəritənin dili və işarəsi


Dil işarələr sistemindən ibarət olur. İşarə hər hansı bir obyekti və ya fikri ifadə edən maddi obyekt və ya informasiya daşıyıcısıdır. İşarənin ontoloji funksiyası isə əvəzetmə və təmsiletmədir.
Məşhur alman alimi Q. V. Leybnisin qeyd etdiyi kimi insanlar işarələrdən həm də idrak prosesində istifadə edirlər. Buna görə də işarələr təfəkkürün işini asanlaşdırmalıdır.

İşarələr ilkin və ikinci-əvəzedici olaraq qruplaşdırılır.


İlkin işarələr təbii dilin işarələridir. Bu işarələrin əsasında meydana gələn qrafiki və ya yazılı dilin işarələri isə ikinici əvəzedici işarələr hesab olunur.
Kartoqrafik işarələr də ikili mənaya malikdir. Yəni forma və mənanın vəhdətindən ibarətdir.
İşarənin ifadə planı iki yerə bölünür
1.Maddi
2.İdeal

İfadə planının maddi mövcudluğu dedikdə kartoqrafik işarənin xəritədə çap olunmuş maddi cildi ideal mövcudluğu isə bu maddi cildin insan beynində inikası nəzərdə tutulur.

Semiotika işarələr haqqında elmdir. Bu elmdə işarələr sintaktik semantik və praqmatik baxımdan öyrədilir.
-Sintaktika işarələrin bir-birinə münasibətini
-Semantika işarə ilə onun əks etdirdiyi məna arasındakı əlaqəni
-Praqmatika isə kommunikasiya prosesində işarənin subyektə münasibətini öyrənir.

İşarələrin semantikası şərti(konveksion), süni və dəyişkən xarakter daşıyır.


Obyektiv gerçəkliyə olan münasibətinə görə kartoqrafik işarələr 3 qrupa bölünür:


  1. Əks etdirdiyi obyektə bənzərliyi olmayan işarələr

  2. Əks etdirdiyi obyektin süni sxematik bənzəri olan işarələr.Belə işarələrlə obyekt arasında öncədən süni surətdə əlaqələndirilir.Nəticədə onların arasında süni bənzərlik yaradılır.

  3. Əks etdirdiyi obyektə hər hansı əlamətin görə oxşarlığı olan işarələr. Belə işarələrdə obyektə təbii oxşarlıq olur. Nümunə olaraq bəzi topoqrafik işarələr rənginə və ya formasına görə əks etdirdiyi obyektləri xatırladır.

Xəritədə informasiyanın çatdırılması ayrı-ayrı işarələr vasitəsilə həyata keçirilir.Bundan əlavə olaraq işarələrin sintaksisi və davranışından istifadə olunur. Xəritədə obyektin məkanı və müəyyən məkan münasibətləri abstraksiyanın kartoqrafik formasından istifadə etməklə işarələrin maddi forması vasitəsilə əyani-obrazlı və adekvat əks olunur.

Kartoqrafik işarələr məkan lokalizasiyası üzrə 3 qrupa bölünür:


  • Nöqtəvi və ya miqyassız işarələr

  • Xətti və ya uzunluğu miqyasa əsasən eni isə miqyassız olan işarələr

  • Sahəvi və ya miqyaslı işarələr

Kartoqrafik işarələr bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənir. Bu işarələr xəritədən kənarda öz əhəmiyyətini itirir və mövcud olmur. Xəritələrin legendasında və xüsusi şərti işarələr kitabında kartoqrafik işarələr qeydə alınır və xəritəyə hazır şəkildə daxil olur. Xəritə işarələr sisteminin sistemli şəkildə düzülüşündən ibarət olan mətn və ya sistemdir. Legenda isə sanki xəritənin kodunu açmaq üçün istifadə olunan açardır. Xəritənin məzmunu legendada ümumi şəkildə sistemləşdirilir və toplulaşdırılır. Burada kartoqrafik işarələrin mənası təbii dilin sözləri ilə izah edilir. Nümunə olaraq topoqrafik xəritələrin legendasında verilən və şərti işarələr vərəqində relyef qəhvəyi xətlərlə göstərilir. Bu xətlər bütöv qalın bütöv nazik və qırıq-qırıq formada olur.
...

5.Xəritənin ikili təbiəti

...

6.Xəritə anlayışının işarə informasiya model mətn dil və obraz anlayışları ilə əlaqəsi.


Xəritə nədir

  • Xəritə real gerçəkliyin işarəli-obrazlı şəklidir.

  • Xəritə coğrafiyanın ikinci dilidir

  • Xəritə dilli mətndir

  • Xəritə informasıya mənbəyidir

İndi isə bu anlayışların xəritə ilə daha qarşılıqlı əlaqəsinə baxaq



  • İşarə 2 hissədən-işarələyən və işarələnəndən ibarətdir.

İşarə əvəzedici maddi predmetdir.İşarələnən və işarələyən məna vasitəsilə əlaqələndirilir. Bu səbəbdən işarə məna və predmet semiotik üçbucağın bir-birilə əlaqələnən qütbləri adlandırılır.
İşarələr işarələyənin forması və ilə həmin işarə ilə işarələnən obyekt arasındakı əlaqədən asılı olaraq üç qrupa bölünür.

  1. İndikatorlar

  2. Simvollar

  3. İkonik işarələr

İndikatorlar əvəz etdiyi obyektlə birbaşa faktiki əlaqədə olur.


Simvollarda işarələyən və işarələnən arasındakı əlaqə şərti ixtiyari xarakter daşıyır.
İkonik işarələrin isə digərlərindən tam fərqli olaraq ifadə etdiyi obyektə təbii olaraq oxşarlığı olur.
Kartoqrafik işarələr əsasən ikonik işarələrə aid olur. Buna baxmayaraq digər işarələri də özündə birləşdirir.

İşarənin əsas vəzifəsi




  • İnformasıyanı maddiləşdirmək

  • İnformasiyanı qoruyub saxlamaq

  • İnformasiyanı ötürmək

İşarə idrak prosesinin əsas aləti olmaqla idrakı asanlaşdırır. İşarə obyekti kiçildir sadələşdirir əyaniləşdirir. Bu səbəbdən də daha geniş əraziləri işarələr vasitəsilə görüb əlaqələri axtarmağa və idrak etməyə kömək edir.

  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin