Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Xəritədən informasiya mənbəyi kimi istifadə etməyin üsul və metodları



Yüklə 61,94 Kb.
səhifə10/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

14. Xəritədən informasiya mənbəyi kimi istifadə etməyin üsul və metodları
Bilik insanların ictimai maddi və mənəvi fəaliyyətinin məhsulu, şəxsiyyətin xüsusiyyəti olduğu və şəxsiyyətdən kənarda mövcud olmadığı üçün, xəritəni bilik mənbəyi adlandırmaq olmaz. Biliyin daşıyıcısı insan beyni, informasiyanın daşıyıcısı isə işarələrdir. Ona görə də xəritə bilik yox, informasiya mənbəyidir ifadəsi daha doğru hesab olunmalıdır. İnformasiya mənimsənildikdən sonra şəxsin biliyinə çevrilir.
Hər bir yeni informasiyanın mənimsənilməsi qavrayışdan, dərketmədən və yaddasaxlamadan başlayır.
Xəritədə təsvir olunan hadisə və prosesləri, onların dinamikasını dərk etmək üçün xəritələrdən istifadə olunması kartoqrafik tədqiqat metodu adlanır. Məktəb coğrafiyası kursunda kartoqrafik tədqiqat metodunun ancaq vizual təhlil, qrafiki və kartometrik üsullarından istifadə olunur.

1. Vizual təhlil

Vizual təhlil görmə qavrayışına və ya empirik tədqiqatın müşahidə metoduna əsaslanır. Çünki qavrayış informasiyanın əldə edilməsinə yönəldilmiş fəal axtarış və tədqiqat, müşahidə isə məqsədli qavrayışdır. Xəritənin vizual təhlili şifahi və ya yazılı təsvirlə yekunlaşır. Ona görə də vizual təhlil üsulu bəzən xəritəyə əsasən təsviretmə üsulu adlanır.
Təhlil tamı və ya mürəkkəb hadisəni onu təşkil edən ayrı-ayrı komponentlərə, elementlərə, hissələrə parçalamaqdan, onun ayrı-ayrı tərəf, xassə, əlamət və əlaqələrini seçib ayırmaqdan ibarət olan fikri prosesdir. Təsvir isə müşahidənin və ya eksperimentin məlumatlarını müəyyən işarələr sistemi ilə qeydə almaqdan ibarət olan elmi tədqiqatın mərhələsidir. Kartoqrafik təsvirin özü kartoqrafik tədqiqatın müəyyən mərhələsidir. Ona görə də xəritənin vizual təhlili çox vaxt "xəritəyə əsasən təsviretmə" üsulu adlanır. Vizual təhlil zamanı xəritənin məzmunu qavranılır, dərk olunur, sonra isə bu qavranılan məzmun təbii dilin sözləri ilə ifadə edilir. Məqsəddən asılı olaraq vizual təhlil zamanı xəritənin məzmununun dərk edilməsi səviyyəsi və bu zaman tətbiq olunan oxu növü müxtəlif olur.

1. Ötəri oxudan xəritə ilə tanış olmaq, xəritənin müəyyən məqsəd üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə istifadə edilir.


Fərz edək ki, bizə 8-ci sinif atlasında verilən xəritələrə əsasən: 1) Azərbaycanın coğrafi mövqeyini təyin etmək , 2) Azərbaycanın səthi quruluşu və hidroqrafiya şəbəkəsi haqqında ümumi təsəvvür əldə etmək lazımdır. Bunun üçün biz atlasın 10-11, 20-21, 24 və 30-31-ci səhifələrində verilən xəritələri ötəri olaraq nəzərdən keçiririk və qeyd edirik ki: 1)Azərbaycanın coğrafi mövqeyini təyin etmək üçün keçmiş "SSRİ-nin fiziki xəritəsi" daha əlverişlidir, baxmayaraq ki, bu xəritənin miqyası bütün digər xəritələrin miqyasına nisbətən daha kiçikdir. Çünki bu xəritə Azərbaycanın mövqeyini materiklərə, xarici dövlətlərə, Zaqafqaziya respublikalarına və sairəyə görə təyin etməyə imkan verir; 2)Atlasın 24-cü səhifəsində verilən "Qafqaz" xəritəsi isə digər bütün xəritələrə nisbətən böyük miqyaslı olduğuna və Azərbaycanın səth quruluşu , hidroqrafiya şəbəkəsi haqqında bütün digər xəritələrə nisbətən daha müfəssəl məlumat verdiyinə görə ikinci məqsəd üçün daha əlverişlidir.

2. Bələd olmaqla oxu zamanı xəritənin adı, əhatə etdiyi ərazi nəzərdən keçirilir, xəritənin legendası, əlavə məlumatlar, təchiz elementləri təhlil olunur, legendaya və əlavə məlumatlara əsasən xəritənin məzmunu haqqında ümumi məlumatlar əldə edilir. Məsələn fərz edək ki, bizə keçmiş "SSRİ ərazisində yağıntının və temperaturun paylanmasını" təsvir etmək üçün 8-ci sinif atlasında verilən "İqlim" xəritəsini vizual olaraq təhlil etmək lazımdır. Bu məqsədlə aşağıdakılara ardıcıllıqla diqqət yetirirlər: 1) Xəritənin "1 sm-ə 250 km uyğun gəlir" , xəritədə meridianlar və paralellər 10d -dən bir çəkilib; 2)Şərti işarələrdən aydın görünür ki, xəritədə iqlimin komponentləri (yağıntı, temperatur, təzyiq, küləklər) hər biri öz işarəsi ilə idrakın analitik metodundan istifadə etməklə təsvir olunur. Yağıntının orta illik miqdarı, ən isti və ən soyuq ayların temperaturu izoxətlər üsulu, atmosfer cəbhələri, yüksək və alçaq təzyiq sahələri xətti işarələr, hava kütlələrinin (küləklərin) istiqaməti hərəkət xətləri üsulu ilə təsvir olunub. Həm də iqlimin komponentləri ayrı-ayrı kəmiyyət göstəricilərinə görə səciyyələnib.


Əlavə məlumatdan görünür ki, diaqramlar yağıntının və temperaturun illik gedişi aylar üzrə verilib, ayların adlarının birinci hərfi diaqramlarda sütunların aşağısında yazılıb. Diaqramların üzərində və aşağısında onların aid olduğu şəhərin adı, şəhərin mütləq yüksəkliyi və həmin şəhərdə yağıntının illik miqdarı verilib. Diaqramların aid olduğu şəhərləri rahat tapmaq üçün xəritədə həmin şəhərlərin punsonları qırmızı rəngdə verilib. Lakin çox təəssüf ki, diaqramları izah edən məlumatda punson səhv olaraq rəngsiz göstərilib.
Bələd olmaqla oxu zamanı kartoqrafik təsvir, yəni şərti işarələrin ərazi daxilində qarşılıqlı əlaqəli şəkildə yerləşməsi və məkan daxilində "davranışı" oxunmur, sadəcə olaraq şərti işarələr, əlavə məlumat və təchiz elementlərini oxumaq yolu ilə xəritənin məzmunu ümumi şəkildə təhlil və təsnif olunur, şagirdin xəritənin məzmunu və əhatə etdiyi ərazi haqqında ilkin bilikləri aktuallaşdırılır. Bundan sonra kartoqrafik təsvir vizual təhlil olunur, qavranılır, dərk edilir, müxtəlif mühakimələr yürüdülür, əqli nəticələr çıxarılır, öyrənilən hadisə və prosesin səciyyəsi tərtib olunur.

3.Xəritənin məzmununu bütövlükdə dərk etməklə oxu prosesində isə xəritədə təsvir olunan hadisə və proseslər arasında mövcud səbəb-nəticə əlaqələri aşkar edilir və oxunun nəticəsindən tədqiqatın sonrakı mərhələlərində (proqnozlaşdırmada, qiymətləndirmədə və s) istifadə olunur.




Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin