Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Ümumcoğrafi xəritələrin oxunması və ya kartoqrafik minimum



Yüklə 61,94 Kb.
səhifə7/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

11. Ümumcoğrafi xəritələrin oxunması və ya kartoqrafik minimum
Yer səthini, onu üzərindəki təbii və ictimai-iqtisadi obyektləri əks etdirən xəritələrə ümumcoğrafi xəritələr deyilir. Ümumcoğrafi xəritələr üç yerə bölünür:
1. İcmal (miqyası 1 : 1 000 000-dən kiçik)
2. İcmal-topoqrafik (miqyası 1 : 1 000 000 və 1 : 500 000 miqyaslı)
3. Topoqrafik (miqyası 1 : 200 000 , 1 : 100 000 , 1 : 50 000 , 1 : 25 000 , 1 : 10 000 , 1 : 5 000 )

Topoqrafik planlar (miqyası 1 : 2 000 - 1 : 500) topoqrafik xəritələrin, fiziki xəritələr isə icmal xəritələrin xüsusi növüdür. Ona görə də yer səthinin ümumi mənzərəsini əks etdirən ümumcoğrafi xəritələr dedikdə, biz həm topoqrafik planları həm də fiziki xəritələri nəzərdə tuturuq. Bu xəritələr məzmununa görə eyni, məzmunun ümumiləşmə dərəcəsinə və proyeksiyalarına görə isə çox müxtəlif olurlar.


Orta məktəbdə xarici dil fənləri üzrə leksik minimum 850 sözdən ibarətdir. Yəni orta məktəbi yenicə qurtarmiş şagird xarici dildə yazılmış mətni oxumaq və dərk etmək üçün 850 sözün mənasını bilməlidir.
Ən müfəssəl ümumcoğrafi xəritə sayılan topoqrafik plan və xəritələrdə isə xarici dilin leksik minimumundan daha az - 750 şərti işarədən istifadə olunur. Bunun da 350-si qrafik işarələr, 400-ü isə izahedici və ixtisas yazılarından ibarətdir.
Mətni oxumaq və dərk etmək üçün əlifbanı, sözlərin mənasını, sözlər arasındakı qrammatik əlaqləri, xəritəni oxumaq üçün isə xəritənin xüsusiyyətlərini, şərti işarələrin və onlar arasındakı sintaksis əlaqələri bilmək lazımdır. Ümumcoğrafi xəritələrin məzmununa daxil olan obyektlər şagirdlərə onların gündəlik təcrübəsindən tanış olduğu üçün və bu obyektlər xəritədə onların özünə bənzər əyani işarələrlə təsvir olunduğu üçün ümumcoğrafi xəritələrin işarələrini yadda saxlamaq və onun kodunu açmaq, xarici dildə yazılmış mətni oxumaqdan xeyli asandır. Xarici dilin sözlərini yadda saxlamaq üçün onu ən azı 20 dəfə müxtəlif sözlərin əhatəsində işlətmək lazımdır. Digər tərəfdən xəritədə işarələr arasındakı sintaksis əlaqələr əyani və gözə görünən olduğu üçün xəritənin qrammatikasını xüsusi olaraq öyrənmək tələb olunur. .... Bütün bunlar hamısı onu göstərir ki, şagirdlər üçün ümumcoğrafi xəritələri oxumaq, xarici dildə yazılmış mətnləri oxumaqdan xeyli asandır.
Xəritələr çoxdur, dünyada hər il 400-500 min adda xəritə nəşr olunur və xəritəni oxumaq anlayışı bütün bu xəritələri əhatə edir. Lakin bütün bu xəritələrdən ən çox istifadə olunanı və asan oxunanı ümumcoğrafi xəritə və planlardır. Bu xəritələrdən nəinki yer səthi ilə əlaqədar olan bütün məsələlərin həllində, həm də digər tematik xəritələrin tərtibində coğrafi əsas kimi istifadə olunur. Tarixi, sosial və iqtisadi coğrafi hadisə və proseslər coğrafi mühitin fonunda cərəyan etdiyi üçün coğrafi mühiti əks etdirən ümumcoğrafi və fiziki xəritələrdən nəinki fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya kurslarında, həm də tarix dərslərində geniş istifadə olunur. Bütün bunları nəzərə alaraq ümumcoğrafi xəritə və planları oxunmasına xüsusi qayğı və səbrlə yanaşmaq lazımdır. Həm də bu zaman nəzərə almaq lazımdır ki oxumağı oxuya-oxuya, yazmağı yaza-yaza öyrənmək olar. Xəritəni oxumağa yönəldilmiş çalışmalar 2 yerə bölünür:
1. Xəritənin dilinin öyrədilməsinə yönəldilmiş çalışmalar
2. Xəritədəki informasiyanın mənimsənilməsinə yönəldilmiş çalışmalar

Birinci qrup çalışmalardan ən çox kartoqrafik , ikinci qrup çalışmalardan isə coğrafi bilik verən dərslərdə istifadə olunur. Birinci qrup çalışmalara xəritədə relyefin təsviri üsullarının, xəritənin təhlilinin, şərti işarələrin və s. öyrənilməsi ilə əlaqədar olan çalışmaları, ikinci qrup çalışmalara isə xəritəyə əsasən düzənliyi, dağı, su obtektlərini, ərazinin relyefini, iqlimini, kompleks fiziki-coğrafi səciyyəsini və s təsvir etməyi tələb edən çalışmaları misal göstərmək olar.





Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin