Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Kartoqrafik təsvirin dərk olunması



Yüklə 61,94 Kb.
səhifə5/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

9.Kartoqrafik təsvirin dərk olunması
Kartoqrafik təsviri yəni qlobus plan xəritə atlası şagirdlərin dərk etməsi üçün onlara hər şeydən əvvəl kartoqrafik təsvirin dili şərti işarələri riyazi əsası kartoqrafik təsvirin üsulları kartoqrafik generalizasiya plan xəritə və atlasın əhəmiyyəti haqqında müəyyən qədər bilik vermək lazım gəlir. Kartoqrafik təsvirin riyazi əsasları dedikdə həmin təsvirin miqyası koordinat sistemləri planalma kortoqrafik və ortoqonal proyeksiyaları nəzərdə tutulur.
Kartoqrafik təsvirlə tanışlığın ilkin mərhələsi ibtidai siniflərdən başlanılır. Dördüncü sinfin təbiətşünaslıq kursunda şagirdlərə üfüqin cəhətləri məhəldə cəhətin təyin olunması priyomları cismin və ya ərazinin obyektin məhəllin planı haqqında şəkillərin və qrafikanın dili ilə ilk sadə məlumatlar verilir. Bu halda cismin və obyektlərin yandan görünüşü onların üfüqi proyeksiyası ilə müqayisə olunur. Sonra məktəbyanı sahənin yandan görünüşü üfüqi proyeksiyası və planı üzləşdirilir. Nəhayət məhəllin yandan görünüşü quşbaxışı görünüşü və planı müqayisə olunur. Bu zaman anlaşılır ki cisimlərin yandan görünüşünə əsasən tanınması çox asandır. Sadəcə olaraq bu halda hündür obyektlər arxadakı bir çox obyektin görünməsinə mane olur. Dördüncü və beşinci sinifdə isə şagirdlər məhəldə cəhətin əsas istiqamətlərini təyin etməyin sadə üsullarına yiyələnir. Cəhətin əsas istiqaməti cisimlərə kompasa Günəşə və s əsasən müəyyənləşir.
Planın cisimdən və şəkildən olan fərqini başa salmaq üçün şagirdlərlə müəyyən sadə çalışmalar aparılır. Müəllimin şagirdlərlə həll etdiyi həmin çalışmalara nəzər salaq
Müəllim hər partanın üzərinə karton onun da üzərinə qələm stəkan pozan və kitab düzür Həmin əşyaların ətrafını karandaş və ya təbaşirlə cızır. Sonra əşyaları götürür. Onların karton üzərində qalmış izlərini şagirdlərə nümayiş etdirir. Həmin izlər əşyaların 1:1 miqyasında planıdır. Bununla müəllim şagirdlərə izah edir ki planda cisimlərinin tutduqları yer kiçildilərək göstərilir. Bu praktiki işdən sonra dördüncü sinif atlasında olan şərti işarələrlə praktiki iş başlanılır. Burada isə müəllim uşaqlara izah edir ki bu şərti işarələr əvəz etdiyi obyektlərin hər hansı bir xüsusiyyətini xatırladır. Bu yolla şagirdlərə şərti işarələrin dərk edilməsi asanlaşdırılır.
Şagirdlər yolun planını tərtib edərkən miqyasdan praktiki olaraq istifadə edirlər. İbtidai siniflərdə kompasın miqyasın planın sadə tərifləri verilir. Beləliklə bu siniflərdə qlobus və xəritə ilə tanış olurlar. İlkin tanışlıqdan sonra plan şəkil çertyoj müqayisə olunur.


Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin