Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Kartoqrafik təsvirin oxunması istifadə və dərk olunması



Yüklə 61,94 Kb.
səhifə4/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

Kartoqrafik təsvirin oxunması istifadə və dərk olunması
8.Məktəb coğrafiyası kursunda verilən kartoqrafik biliklərin mahiyyəti
Məktəbdə müxtəlif fənlərin tədrisində 1500-ə yaxın fərqli xəritələrdən istifadə olunur. Dünyada hər il 400-500 min adda xəritə nəşr olunur. Xəritənin hər vahidinə düşən informasiya dərsliyin eyni vahidinə düşən informasiyadan 40-50 dəfə çox olur. Məktəb coğrafiyası kursunda kartoqrafik biliklərin tədrisinə xüsusi fikir verilməlidir. Çünki xəritə zəngin informasiya mənbəyidir. Q.Y.Qrunberqin hesablamalarına görə məktəb coğrafiyası kursunda verilən 336 kartoqrafik anlayışın 308-i xəritənin xüsusiyyətləri ilə əlaqədardır. Lakin coğrafiyanın yeni proqramında dil fənlərində olduğu kimi əsas diqqət kartoqrafiyanın nəzəri əsaslarından daha çox xəritədən praktik istifadənin üsul və metodlarının öyrədilməsinə yönəldilmişdir. Məktəb coğrafiyasında kartoqrafik biliklər dərslikdə verbal dilin sözləri atlasda isə xəritənin və qrafikanın dili ilə təqdim olunur. Digər tərəfdən isə məktəb coğrafiyası kursunda verilən kartoqrafik biliklərin predmeti müxtəlif kartoqrafik təsvirlərdən məqsədi isə bu təsvirlərdən gələcəkdə praktik istifadənin üsul və metodlarını şagirdlərə öyrətməkdən ibarətdir. Kartoqrafik biliklərin tədrisinin metodikası bu biliklərin obyetindən və məqsədindən asılı olaraq seçilir. Bunanla əlaqədar olaraq kartoqrafik bilik və bacarıqların tədrisində ən çox sözlü-əyani və praktik iş metodlarından istifadə olunur.
Coğrafiyanın proqramında biliklərin formalaşdırılması ilə yanaşı tədris işi priyomlarının da öyrədilməsinə də fikir verilir.
E.N. Kabanova-Mellerin fikrincə tədris işi priyomları müəyyən ardıcıllıqla həyata keçirilən əməliyyatlar sistemidir.
İdrakın fəaliyyətli konsepsiyası baxımından biliyin bacarığa və vərdişə çevrilməsi prosesinin həyata keçirilməsi ardıcıllığına nəzər salaq.

Priyoma daxil olan əməliyyatların ardıcıllığı qayda təlimat və plan formasında verilir. Qayda təlimat və planın elementləri hərəkətə təhrik edən stimul, priyoma daxil olan əməliyyatlar isə bu stimullara cavab reaksiyası kimi çıxış edir. Coğrafiyanın tədrisi prosesində iş priyomları çoxdur. V.A.Şenev onları coğrafi informasiya mənbəyinə görə tədris edir.Bununla əlaqədar olaraq, biz xəritə üzərində yerinə yetirilən tədris işi priyomlarını xəritə ilə iş priyomu və ya sadəcə olaraq kartoqrafik iş priyomu adlandırırıq. Kartoqrafik iş priyomları 3 yerə bölünür

  • Xüsusi

  • Ümumi

  • Ən ümumi

Məsələn xəritənin oxunması priyomu topoqrafik planın, ümumcoğrafi və müxtəlif məzmunlu tematik xəritələrin oxunması priyomlarından ibarətdir. Bu xüsusi priyomların hamısında şərti işarələrin oxunması priyomu ümumi priyom kimi çıxış edir.
Bacarıq fəaliyyətində olan bilik tədris işi, priyomu isə biliyin fəaliyyətə-bacarığa çevrilməsi vasitəsi olmaqla yanaşı həm də üsulu tədrisi idrakının tələblərinə məqsədinə və xarakterinə uyğunlaşdırılmış xüsusi formasıdır. Məsələn xəritəni oxumaq xəritədəki informasiyanı əldə etmək üsuludur. Elmi ədəbiyyatda xəritəni oxumağı proses priyom üsul xəritəyə əsasən təsvir etmək və s kimi nəzərdən keçirilir. Əslində isə təsvir elmi tədqiqatın mərhələsidir. Emprik tədqiqatın metodu olan müşahidə isə cisimlərin və hadisələrin məqsədəuyğun qavranılmasından ibarət olan qavrayış modelidir. Xəritəyə əsasən çayı dağı düzənliyi relyefi iqlimi və ya ərazinin kompleks fiziki coğrafi səciyyəsini təsvir etmək üçün şagird ilk öncə xəritəni müşahidə və təhlil edir. Xəritədə təsvir olunan informasıyanı qavrayır. Nəticədə həmin informasiyanı kartoqrafik dildən təbii dilə çevirir. Təbii dilin sözləri ilə şifahi və ya yazılı formada ifadə edir. Qavrayış müşahidə isə informasiyanın tədqiqinə yönəldilmiş fəal axtarış və idrak prosesidir.
Məktəb coğrafiyası kursunda verilən topoqrafik və kartoqrafik biliklərin məzmununu kartoqrafik təsvirin mahiyyətini və xassələrini izah etməyə yönəldilmiş anlayışlardan ibarətdir. Həmin biliklərə əsasən formalaşdırılan bacarıq və tədris işi priyomları isə xəritəyə əsasən coğrafi bilik alınmasına xidmət edir. Məktəb coğrafiyası kursunda tədris olunan topoqrafik və kartoqrafik bilik bacarıq və xəritə üzərində iş priyomları coğrafi bilik əldə edilməsi üsuludur. Bacarıq və tədris işi priyomu biliyin daha dərindən mənimsənilməsinə möhkəmləndirilməsinə və yaradıcı-müstəqil şəkildə yeni biliklər qazanılmasına və şagirdlərin idraki qabiliyyətlərinin artırılmasına xidmət edir.


Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin