Məktəb coğrafiya atlaslarının proyeksiyaları



Yüklə 61,94 Kb.
səhifə11/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

Kartometrik üsullar

Kartometrik üsullar (və ya kartometriya) dedikdə xəritə üzərində koordinatların, yüksəkliklərin məsafələrin, sahələrin, həcmlərin, istiqamətlərin üfüqi və şaquli bucaqların ölçülməsi və hesablanması üsulları nəzərdə tutulur. Başqa sözlə, kartometriya empirik tədqiqatın ölçmə metodunun xəritəyə əsaslanan xüsusi kartoqrafik formasıdır. Kartometriya müstəqim (bilavasitə) və dolayı olmaqla iki yerə bölünür. Müstəqim ölçmə ölçülən kəmiyyətin xüsusi etalonla (məsələn üzərində uzunluq ölçü vahidləri qeyd olunmuş xətkeşlə, ölçüsü məlum olan pərgarla, legendada verilmiş şkala ilə) hissi-vizual olaraq tutuşdurulmasına, müqayisəsinə əsaslanır. Dolayı ölçmə isə müstəqim ölçmənin məntiq davamı kimi çıxış edir. Daha doğrusu dolayı ölçmədə axtarılan kəmiyyət xəritəyə əsasən müstəqim ölçmə yolu ilə əldə edilmiş ədədlər üzərində aparılan hesablama yolu ilə alınır. Məsələn şagird müstəqim ölçmə yolu ilə yolun xəritə üzərindəki santimetrlə uzunluğunu tapır, dolayı ölçmədə isə yolun xəritə üzərindəki uzunluğunu xəritənin miqyasının vahidinə vurur və həmin yolu qət etmək üçün lazım olan vaxtı hesablayır. Eləcə də xəritəyə əsasən obyektin sahəsini, həcmini və digər kəmiyyət göstəricilərini təyin etdikdə həm müstəqim həm də dolayı ölçmədən istifadə olunur. Yəni kartometriyada həmişə müstəqim və dolayı ölçmə üzvi surətdə əlaqələndirilmiş olur, bu əlaqə hissi və məntiqi idrakın vəhdəti ilə şərtlənir.


Məktəb təcrübəsində təbii ərazi komplekslərinin və ərazi istehsal komplekslərinin xəritəyə əsasən kompleks səciyyəsini tərtib etməklə əlaqədar olan çalışmaların həllində, eləcə də müxtəlif xəritələrə əsasən ərazinin təbii şəraitini və resurslarını istehsalın tələbləri nöqteyi-nəzərdən qiymətləndirməyi tələb edən tədqiqatlarda həm vizual təhlilin həm də kartometriyanın üsul və priyomlarından birgə istifadə olunur.
Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin