Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Şagirdlərdə xəritədən istifadə etmək bacarığının formalaşdırılmasının ardıcıllığı



Yüklə 61,94 Kb.
səhifə8/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

12.Şagirdlərdə xəritədən istifadə etmək bacarığının formalaşdırılmasının ardıcıllığı
Topoqrafik-kartoqrafik bilik verən dərslərdə şagirdlər məhəllini və geniş əraziləri əks etdirən müxtəlif təsvirlərlə - şəkil, aerofotoşəkil, plan, qlobus, xəritə, profil və s. ilə tanış olurlar, məhəllidə planlaşmanın sadə üsullarına yiyələnirlər. Lakin bununla belə, təcrübə göstərir ki, şagirdlərin əksəriyyəti kartoqrafik təsvirin spesifikasını axıra qədər dərk etmirlər və ona görə də xəritədən istifadə etməkdən çəkinirlər. Şagirdlərin xəritədən istifafə etmək bacarığı təkcə onların topoqrafik və kartoqrafik biliklərinə yox, həm də coğrafiya və digər fənlərdən əldə etdikləri biliklərinə əsasən formalaşır. Məsələn, ədədi miqyası şagirdlər onluq kəsri mənimsədikdən sonra, planlamanı həndəsə fənnindən yer üzərində aparılan ölçü işlərini keçəndən sonra, kartoqrafik proyeksiya anlayışını rəsmxətt kursunda müxtəlif proyeksiyalarla tanış olduqdan sonra və s. dərk edirlər. Eləcə də müəyyən geoloji biliyə malik olmayan şagird xəritədən istifadə etməyin üsulları ilə tanış olmasına baxmayaraq geoloji xəritədən istifadə edə bilmir. Ona görə də xəritədən istifadə etmək bacarığının formalaşdırılmasının gedişatında şagirdlərin ensiklopedik biliyini, idraki inkişaf səviyyəsini, tədrisin prinsiplərini nəzərə almaqla işi aşağıdakı ardıcıllıqla həyata keçirmək lazımdır:

1. Gerçəkliyin real və konkret obyektlərini əks etdirən plan, ümumcoğrafi və fiziki xəritələrlə vizual tanışlıq


2. Şəkil, aerofotoşəkil, məhəlli ilə müqayisədə planın dərk olunmasının ilkin mərhələsi. Şagirdlərə miqyas,şərti işarələr, məhəllidə və planda cəhətin istiqamətlərinin təyin olunması haqqında ilkin biliklərin verilməsi. Şərti işarələrin çəkilməsi
3. Şagirdlərin miqyas, şərti işarələr haqqında olan biliklərinin tətbiq olunması. Planda və məhəllidə məsafələrin, istiqamətlərin ölçülməsi, nisbi yüksəkliklərin təyin olunması
4. Məhəllidə planşetlə gözəyarı planalma, planşetin cəhətlənməsi, miqyasa əsasən məsafələrin kiçildilməsi, şərti işarələrdən istifadə etməklə planın çəkilməsi
5. Tanış ərazinin (məktəbin yerləşdiyi məhəllin, kəndin) , planın oxunması və məhəlli ilə tutuşdurulması
6. İstənilən ərazinin topoqrafik plan və xəritələrinin oxunması
7. Fiziki xəritələrin oxunması, fiziki xəritələrə əsasən relyefi, onun formalarını (dağ, düzənlik) , su obyektlərini, ərazinin iqlimini təsvir etmək
8. Bir neçə xəritəyə (geoloji, tektonik, fiziki, torpaq, iqlim və s. ) əsasən ərazinin kompleks fiziki coğrafi səciyyəsini tərtib etmək. Xəritələrin müqayisə olunması. Ərazinin təbii şəraitinin qiymətləndirilməsi.
9. Müəyyən məqsəd üçün tematik xəritələrin təhlili və qiymətləndirilməsi. İqtisadi xəritələrdə hadisə, proses və obyektlərin təsviri üsulları
10. Ayrı-ayrı sənaye və kənd təsərrüfat sahələrini xəritələrə əsasən təsvir etmək
11. ƏİK-lərin kompleks coğrafi səciyyəsini tərtib etmək
12. Xəritələrə əsasən təbii ehtiyaların və məhsuldar qüvvələrin yerləşdirilməsinin ərazinin mənimsənilməsi və istehsalın planlaşdırılması nöqteyi-nəzərdən qiymətləndirilməsi

Fiziki coğrafiya kurslarında, xüsusi fiziki coğrafiyanın başlanğıc kursunda xəritəyə əsasən həll olunan çalışmalarda və xəritə üzərində yerinə yetirilən praktik işlərdə başlıca məqsəd xəritənin dili, xüsusiyyətləri və empirik idrakın metodlarından (müqayisə, müşahidə analogiya, ölçmə və s.) istifadə etməklə əlaqədar olan çətinlikləri aradan qaldırmaqdan ibarətdir.


Nümunəvi plan əsasında təbii şəraitin ayrı-ayrı komponentlərinin (relyef, iqlim, torpaq-bitki örtüyü) və elementlərinin (dağın, düzənliyin, dənizin, yağıntının, temperaturun və s.) eləcə də TƏK-lərinin kompleks fiziki coğrafi xarakteristikalarının təsvirinə yönəldilmiş çalışmalarda və praktik işlərdə isə başlıca məqsəd xəritədən informasiya mənbəyi və idrak vasitəsi kimi istifadə etmək bacarığı formalaşdırmaqdan ibarətdir. Xəritədən müstəqil və yaradıcı şəkildə istifadə etməyi nəzərdə tutan çalışmalarda, xüsusilə problem məsələlərin həllində, hadisə və proseslər arasında səbəb-nəticə əlaqələrinin aşkar edilməsində, hadisə və proseslərin gedişinin məkan və zaman daxilində proqnozlaşdırılmasında və s. başlıca məqsəd şagirdlərin idraki inkişafına xidmət etməkdən, şagirdlərin nümunəvi plan əsasında mənimsədikləri tədris işi priyomlarını yeni situasiyalarda yaradıcı şəkildə tətbiq etməkdən ibarətdir.



Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin