Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Xəritə və atlas üzərində aparılan işin pedaqoji məqsədi



Yüklə 61,94 Kb.
səhifə3/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

7.Xəritə və atlas üzərində aparılan işin pedaqoji məqsədi
Xəritə üzərində işi üç qrupa bölmək olar

  1. Təlim məqsədi

  • Şagirdlərə xəritə üzərində ölçü və hesablama işi aparmağın üsul və metodlarını xəritəni oxumağı öyrətmək

  • Xəritə əsasında təbii komponentlərin təbii şəraitin təbii ərazi komplekslərinin sənaye və kənd təsərrüfatı sahələrinin sənaye qovşaqları və rayonların ərazi istehsal komplekslərinin sadə və müqayisəli təhlil verməyi öyrətmək.

  1. Tərbiyə məqsədi

  • Xəritə əsasında hadisə proses və faktlar arasında olan münasibətləri asılılıqları səbəb-nəticə əlaqələrini və coğrafi qanunauyğunluqları izahlı göstərməklə şagirdlərdə təbiətə təsərrüfata cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinə dialektik-materialist dünyagörüşünü formalaşdırmaq.

  • Xalqımızın keçdiyi tarixi yolu vətənimizin təbii sərvətlərini həmin təbii sərvətlərdən səmərəli istifadənin əhəmiyyətini təbiətimizin gözəlliklərini gözəl guşələrini xalqımızın qonaqpərvərliyini tarixi abidələrimizi alimlərin Yerin və qalaktikanın öyrənilməsindəki xidmətlərini Azərbaycanın iqtisadi potensialını və s bu kimi əhəmiyyətli məlumatları xəritəyə əsasən əyani və obrazlı şəkildə göstərməklə vətənpərvərlik vətənə hədsiz sədaqət və s kimi hissləri və ideyaları aşılamaq.

  • Xəritənin faktik və obrazlı dili ilə bazar iqtisadiyyatının planlı iqtisadiyyata nisbətən üstünlüyünü öz əməyinin məhsulundan istədiyi kimi bəhrələnən insanın hər şeyə qadir olmasını əyani şəkildə sübut etmək.



  1. Şagirdlərin idraki qabiliyyətlərinin inkişafı

  • Şagirdlərdə coğrafi bilik və bacarıqlara maraq oyatmaq

  • Maddiləşmiş kartoqrafik modeldən xəyali kartoqrafik obrazlara keçmək yolu ilə orijinalı hasil etmək və onu hissi idrakın obyektinə çevirmək

  • Xəritədə göstərilən hadisə və proseslərin mahiyyətini və onların məntiqi əlaqələrini anlamaq güman və ehtimallara əsasən fərziyyə irəli sürmək mühakimə yürütmək kimi zehni qabiliyyətləri inkişaf etdirmək

  • İdrakın kartoqrafik formalarına əsasən şagirdlərdə müşahidə müqayisə analiz sintez ümumiləşdirmə modelləşdirmə kimi idrak metodlarından əməli surətdə istifadə etmək bacarığı aşılamaq. İdrakın kartoqrafik formaları dedikdə əyani və obrazlı şəkildə həyata keçirilən ona görə də bilavasitə görə duyğuları ilə müşahidə oluna bilən kartoqrafik ümumiləşdirmə abstraktlaşdırma kartoqrafik analiz və sintez kartoqrafik müşahidə müqayisə və analogiya eləcə də kartoqrafik ölçü işləri nəzərdə tutulur. Ümumi formada götürdükdə idrak metodları fikri və mücərrəd kartoqrafik formada götürdükdə isə maddi, əyani və obrazlıdır.

  • Şagirdlərin təxəyyül təfəkkür və nitq qabiliyyətini məkan və zaman təsəvvürlərini inkişaf etdirmək

  • Problemin tədqiqatın həllini tapmağa hazır olmaq kimi mənəvi keyfiyyətlərin formalaşmasına kömək etmək

Atlas şagirdlərin evdə sinifdə praktiki və müstəqil iş zamanı istifadə etdikləri dərs vəsaiti sorğu kitabı kəşflər aləminə açılan sehrli pəncərəsidir. Bu səbəbdən də atlas aşağıdakı tələblərə cavab verməlidir:

  • Atlas proqramda dərslikdə dərslik xəritələrində bəhs olunan bütün məsələləri əhatə etməli və məzmuna görə onlardan daha zəngin olmalıdır. Atlasın bu zənginliyi şagirdin fərdi intellektual inkişafını təmin etməlidir. Yazıçı K.Q.Paustovskinin dediyi kimi coğrafiya atlası bizə həyəcanlı dəqiqələr bəxş etməlidir. O belə yazırdı Saatlarla mən atlas üzərində xəyallara dalıram. Okean sahillərinıə tamaşa edirəm. Naməlum ada şəhər və s axtarıb tapıb kəşf edirəm.

  • Atlasın xəritələri məzmununa görə divar xəritələri dəsrliyin mətni ilə əlaqələndirilməlidir. Eyni zamanda onlara zidd olmamalıdır.

  • Atlasın xəritələri dərk edilə bilən olmalıdır. ...

  • Atlaslar müasir coğrafiya və kartoqrafiya elminin nailiyyətlərini əks etdirməlidir. Bununla yanaşı idraki baxımdan düşündürücü estetik baxımdan isə cəzbedici olmalıdır.

  • Atlasların məzmunu dərsliyə və proqrama tərtibatının dili isə şagirdlərin yaş səviyyəsinə uyğunlaşmalıdır. Şagirdlər yaş səviyyəsinə görə üç qrupa ibtidai orta və yuxarı sinif şagirdlərinə bölünür.

İbtidai sinif şagirdlərində təfəkkürün sensomotor və ya əyani-hərəki orta sinif şagirdlərində əyani-obrazlı yuxarı sinif şagirdlərində isə sözlü-məntiqi forması daha üstün inkişaf etmiş olur. Əslində bu o demək deyildir ki yuxarı sinif şagirdlərində təfəkkürün əyani-obrazlı forması olmur və ya zəif inkişaf etmiş olur. Çünki təfəkkürün forma və növləri dialektik vəhdət təşkil edir. Buna görə də yuxarı sinif atlaslarında müəyyən dərəcədə əyani obrazlardan da istifadə olunur. Əks halda isə ibtidai sinif şagirdlərində mücərrəd təfəkkürün inkişafı ləngiyə bilər. Həmçinin yuxarı sinif atlaslarında müəyyən dərəcədə orta sinif atlaslarındakı kimi təsvirlərdən və ya əyani obrazlardan istifadə olunur.
Tədris xəritələrinin tərtibatı ilə digər xəritələrin tərtibatı arasında kəskin fərq olmamalıdır. Çünki məktəb xəritələri üzərində işin əsas məqsədi şagirdlərin müxtəlif məzmunlu xəritələrlə işləməyə və təhlil etməyə hazırlmaqdan ibarətdir.
İbtidai sinif atlaslarında hərəkətdə olan canlıların şəkillərindən və hərəkət xətləri üsulundan daha çox istifadə olunur. Hərəkət xətləri üsulu dedikdə isə məsələn tarix atlaslarında döyüş səhnələrində olan ordu və süvari şəkilləri ilə ox işarələri üzvi surətdə əlaqələndirilməsi nəzərdə tutulur. Bu üsullardan istifadənin səbəbi isə ibtidai sinif şagirdlərində təfəkkürün əyani-hərəki növü üstünlük təşkil etdiyindən həmin şagirdlər hərəkətdə olan əşyalarla işləməyi əyləncə xarakterli təhlil etməyi daha çox sevmələridir.
İbtidai siniflərdə xəritə üzərində işin əsas məqsədi xəritə ilə ilkin tanışlıqdır. Ona görə də bu siniflərdə xəritə anlayışı tanış ərazilərin və obyektlərin şəkilləri proeksiyaları və planları ilə müqayisəli şəklidə öyrədilir. İbtidai sinif atlaslarının dərketmə formasında legenda ilə yanaşı mətnlər şəkillər və suallar da aiddir.
Hər sinif üzrə ayrıcalıqda nəzər salsaq 6-cı sinif atlaslarında şəkillər xəritənin çərçivəsinin xaricində verilir. 7-ci sinif atlaslarında ayrı-ayrı obyektlər ərazilər və təbii zonalar xəritənin kənarında verilən şəkillər vasitəsilə obrazlı şəkildə göstərilir.Burada şəkillərlə yanaşı diaqramlardan da istifadə olunur. 8 9 10-cu sinif atlaslarında isə məzmun daha geniş olur. Xəritənin kənarında ancaq diaqramlar qrafiklər cədvəllər verilir.
İbtidai sinif atlaslarında kartoqrafik şəbəkə Yerin kürəşəkilli olmasını əks etdirmək üçündür. 6-cı sinifdən başlayaraq şagirdlərn xəritə üzərində əməli-konkret iş aparırlar və buna uyğun olaraq proyeksiyanı və xəritənin digər riyazi əsasını seçərkən xəritə üzərində aparılan işin tələbləri nəzərə alınır. Məsələn xəritədə bucaqları seçmək və obyektlərin forması haqqında tam doğru və dəqiq təsəvvür yaratmaq üçün bərabərbucaqlı və ya xassəcə ona yaxın ixtiyari proyeksiyalardan istifadə olunur. Sahə ölçmək və obyektlərin sahəsi haqqında düzgün təsəvvür yaratmaq üçün isə bərabərsahəli proyeksiyalar tətbiq olunur.
Məktəb atlaslarında kartoqrafik generalizasiyanın dərəcəsinin şagirdləırin yaş xüsusiyyətindən asılılığı aşağıdakı misaldan daha aydın görünür. 5 6 8 və 9-cu sinif atlaslarında verilən eyni miqyaslı fiziki xəritədə Xəzərin liman şəhərlərini nəzərdən keçirdikdə gprürük ki ibtidai sinif atlaslarında 1 6-cı sinif atlaslarında 2 8-ci sinif atlaslarında 4 9-cu sinif atlaslarında isə 5 liman şəhəri təsvir olunub.
Şagirdlər yuxarı siniflərə keçdikcə idrak qabiliyyətləri də inkişaf edir. Bu səbəbdən xəritəyə əsasən təhlil və həll olunan məsələlərin çətinlik dərəcəsi də artır. Buna uyğun olaraq kartoqrafik təsvirin dili daha da mücərrədləşdirilir. Daha aydın şəkildə izah etsək əvvəl şagirdlərin təfəkkürünə tanış obyektlərin şəkli və ya şərti işarəsi tanış ərazinin planı və topoqrafik xəritələri təqdim edilir. Daha sonar isə kiçik miqyaslı fiziki xəritələr təbbi ehtiyatların və təbii şəraitin xəritələri şagirdlərə təqdim olunur. Nəhayət şagirdlər iqtisadi coğrafiyanın sahə və ümumiqtisadi xəritələri üzərində iş aparırlar. Geniş ərazilərin gözə görünən real və konkret obyektlərini əks etdirən plan və ümumcoğrafi xəritələrin şərti işarələri forma və rənginə görə təsvir etdikləri obyektlərə oxşadığı üçün onlar şagirdlərin şüurunda birbaşa assosiasiya yaradır. Beləliklə nisbətən asan dərk olunur.Sosial və iqtisadi xəritələrdə təsvir olunan hadisə və proseslərin məkan ölçülərini və strukturunu qavramaq üçün daha yüksək məntiqi təfəkkür səviyyəsi tələb olunur. Sosial və iqtisadi xəritələrdə təsvir olunan hadisə və proseslər dedikdə isə kənd təsərrüfatının ixtisaslaşması əhalinin sıxlığı əhalinin mənəvi tələbatının inkişafı və s. nəzərdə tutulur.


Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin