Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Xəritənin qavranılmasının psixofizioloji mexanizmi və xəritədə informasiyanın artması



Yüklə 61,94 Kb.
səhifə6/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

10. Xəritənin qavranılmasının psixofizioloji mexanizmi və xəritədə informasiyanın artması
Xəritəni oxumaq – xəritənin məzmunun qavranılmasına və dərk olunmasına yönəldilmiş idrak prosesidir.
Xəritəni oxumağın psixofizioloji mexanizmi aşağıdakı iki proseslə şərtlənir : 1) Xəritədə çap olunanın hissi-perseptiv səviyyədə qavranılması, başqa sözlə, perseptiv obrazın yaradılması və bununla əlaqədar olaraq perseptiv hərəkət və əməliyyatların yerinə yetirilməsi ; 2) Perseptiv informasiyanın mənaca yozulması interpretasiyası və dərk olunması Xəritənin işarələrinin qavranılması və onun mənasının dərk olunması vaxt etibarı ilə üst-üstə düşən qarşılıqlı əlaqəli şəkildə yerinə yetirilən vahid prosesdir. Lakin hərəkət və əməliyyat baxımından bu proses müəyyən ardıcıllıqla həyata keçirilir. Məsələn, oxu zamanı gözün sıçrayışlı hərəkətləri onun zillənməsi ilə növbələşir və göz baxdığı müddətin 90-95 faizi qədər zillənmə anında olur ki, məhz bu an beyin maksimum informasiya alır. Lakin müşahidəçi hər hansı bir işarəyə diqqətlə baxdıqda belə göz hərəkət edir. Göz xəritədəki işarəni aşkaretmə, fərqləndirmə, eyniləşdirmə, qəti tanıma prosesində yerinə yetirdiyi hərəkətlər funksiyasına görə iki yerə bölünür: 1) Axtarıcı, istiqamətverici, təshihedici hərəkət 2) Obrazın yaradılmasında, obyektlərin tapılmasında, onların mənasının dərk olunmasında iştirak edən qnostik (idraki) hərəkət
Qavrayışın məqsədli, niyyətli xarakter daşıması, başqa sözlə, qavrayışın məqsədin nəzarəti altında həyata keçən proses olması, onu situasiyanın informativ məzmununu ayırmağa imkan verən perseptiv hərəkətlər kimi nəzərdən keçirməyə imkan verir. Daha doğrusu, qavrayışın “persepsiya qanunu” üzrə həyata keçməsi o deməkdir ki, qavrayışın “ilkingörmə“ mərhələsində əşya haqqında ümumi və diffuz təsəvvür yaranır, sonra isə müəyyən dəqiq və müfəssəl qavrayışla əvəz olunur. Qavrayış obrazının təşəkkülü və onun mənasının dərk olunması mərhələsində isə subyekt sensor informasiyanı hafizədə verbal işarələr və təsəvvür obrazları şəklində qeydə alınmış informasiya ilə tutuşdurur və onu tanıyır. Başqa sözlə, işarəyə əsasən obyektin, situasiyanın obrazını yaratmaq və onun mənasını şüurlu surətdə dərk etmək, hər şeydən əvvəl onu “sensor anlayışlarla“ adlandırmaq, müəyyən cisimlərin, anlayış və kateqoriyaların cərgəsinə aid etmək deməkdir. Xəritəni oxuyarkən əvvəlki təcrübədən bizə məlum olan işarələrin qavranılması prosesində aşkaretmə,fərqləndirmə,eyniləşdirmə (hafizədəki informasiya ilə müqayisə və tanıma kimi perseptiv əməliyyatlar) sadəcə olaraq tanıma əməliyyatı ilə əvəz olunur. Yəni şagird mənasını bildiyi işarəni xərirədə görən kimi onu tanıyır, dərk edir.
Əvvəlki təcrübədən şagirdə məlum olmayan,lakin hər hansı bir əməliyyatına görə işarələdiyi obyekti xatırladan işarənin kodunu açmaq, onun əks etdirdiyi obyektin obrazını yaratmaq və semantik mənasını şüurlu surətdə dərk etmək üçün şagird müxtəlif güman və fərziyyəıəri irəli sürür, sensor informasiyanın yeni-yeni əlamətlərindən istifadə edir. Mənimsənilən məlumatlar ardıcıl olaraq yenidən işləndiyi və dəqiqləşdiyi kimi, hər dəfə irəli sürülən fərziyyələr dəyişir, təkmilləşir.



Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin