Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Doktorantura səviyyəsi üzrə tədris proqramı və imtahanlarının təşkili
Q A Y D A L A R I
KİS / PS / 03
Nəşr tarixi:
Razılaşdırılıb:
Qeyd:
-
Bu sənədlə işləyən bütün işçilər sənəddə qeyd olunmuş tələblərə riayət etməlidir.
-
Bu sənədin çoxaldılaraq yayılması yalnız rektorun icazəsi ilə mümkündür.
BAKI – 2016
-
ÜMUMİ MÜDDƏALAR
-
Bu Qaydalar dövlət standartları əsasında ali təhsilin doktorantura səviyyəsində təhsilin məzmunu və təşkili qaydalarını tənzimləyir və onun hazırlanmasında aşağıdakı normativ hüquqi sənədlərə istinad edilmişdir:
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”.
-
Bu Qaydalar ali təhsil müəssisələrinə şamil edilməklə, doktorantura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
-
Doktorantura təhsilinin məzmunu elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini, ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.
-
Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı, fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə sillabus əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
-
Fənn proqramları müvafiq ixtisasın tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və təsdiq edilir.
-
İşçi tədris proqramı (sillabus) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.
-
Tədris ili- bir qayda olaraq iki semestrdən (yaz və payız) ibarətdir.
-
Doktoranturada elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox doktoranta rəhbərlik etməyə icazə verilmir. Doktorantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.
-
ƏSAS ANLAYIŞLAR
Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbələrin (doktorantların) iş yükünü və təhsilalma trayektoriyasını müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.
Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi olub müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatan, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı forması;
Dissertant – dissertantlıq yolu ilə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini yerinə yetirən şəхs;
Doktorant – fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün doktoranturada təhsil alan şəxs;
Doktorantura fənn prоqramı – tədris olunan fənnin məzmununu və tədris metodlarını əks etdirən dövlət sənədi;
Doktorantura təhsil prоqramı (kurikulum) – fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə ali təhsilin doktorantura səviyyəsində təlim nəticələrini və məzmun standartlarını, tədris fənlərinin, elmi tədqiqatların, dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin, elmi tədqiqat işinin və təcrübənin təşkilini, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
Təhsil krediti– fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan və doktorantların “n” vaxtının ölçü vahididir;
Transkript- Müəssisələr tərəfindən hər bir doktorantın (dissertantın) müvafiq təhsil proqramı üzrə ayrı-ayrı semestrlər və fənlər üzrə qiymətləndirilməsini əks etdirən sənəd.
-
TƏDRİS PROSESİNİN QRAFİKİ
|
Fevral
|
Mart
|
Aprel
|
May
|
Sentyabr
|
Oktyabr
|
Noyabr
|
Dekabr
|
K
|
2
|
9
|
16
|
23
|
2
|
9
|
16
|
23
|
30
|
06
|
13
|
20
|
27
|
04
|
11
|
18
|
15
|
21
|
28
04
|
05
|
12
|
19
|
26
|
02
|
09
|
16
|
23
|
01
|
07
|
14
|
21
|
U
|
8
|
15
|
22
|
28
|
8
|
15
|
22
|
29
|
5
|
12
|
19
|
26
|
03
|
10
|
17
|
24
|
20
|
27
|
11
|
18
|
25
|
01
|
08
|
15
|
22
|
29
|
06
|
13
|
20
|
27
|
R
S
|
|
|
|
IV
|
|
|
|
VIII
|
|
|
|
XII
|
|
|
|
XVI
|
|
|
IV
|
|
|
VIII
|
|
|
|
XII
|
|
|
|
XVI
|
1
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
X
|
=
|
2
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
:
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
=
|
3
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
⌂
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
=
|
4
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
=
|
X – Nəzəri təlim
: - Elmi-tədqiqat təcrübəsi
⌂-Dissertasiyanın hazırlanması
= - Doktorant\dissertantın attestasiyası
Birinci semestr üzrə:
-
Ekonometrika-1;
-
İqtisadiyyatda əməliyyatlar tədqiqi;
-
Fəlsəfə;
İkinci semestr üzrə:
-
Ekonometrika-2;
-
Makro-mikro iqtisadiyyat;
İqtisadiyyat elminin müasir problemləri
-
TƏDRİS PROSESİNİN PLANI
Sıra
№si
|
Fənnlərin adı
|
Kreditin sayı
|
Üıııumi saatlar
|
Audito-
riya saatları
|
Fannin tədrisi
nəzərdə tutıılan
semestr
|
Həftəlik dərs yükü
|
Mühazirə
|
Məsləhət saatları
|
1
|
Ekonometrika-1;
|
3
|
30
|
30
|
-----
|
Y-1
|
2
|
2
|
Tədqiqat metodları (İqtisadiyyatda əməliyyatların tədqiqi);
|
3
|
30
|
30
|
-----
|
Y-1
|
2
|
4
|
Ekonometrika-2;
|
3
|
30
|
30
|
-----
|
P-1
|
2
|
5
|
Makro-mikro iqtisadiyyat;
|
3
|
30
|
30
|
-----
|
P-1
|
2
|
6
|
İqtisadiyyat elminin müasir problemləri.
|
3
|
30
|
30
|
----
|
P-1
|
2
|
Qeyd:1 kredit 10 akademik saata bərabərdir
-
QƏBUL İMTAHANLARININ TƏŞKİLİ ÜZRƏ TƏLƏBLƏR
1. Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə qəbul planının layihəsi hazırlanır və təsdiq edildikdən sonra qazetlərə elanlar yerləşdirilir.
2. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
3. İxtisas fənnindən imtahanları doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), dosentlər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər daxil edilə bilər.
4. Bərabər ballar yığıldığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
5. Ali təhsil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
6. Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şuraları doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.
-
DOKTORLUQ İMTAHANLARIN TƏŞKİLİ ÜZRƏ TƏLƏBLƏR
1. İmtahan komissiyasının sədri və ya imtahan komissiyasının sədr müavini olmadıqda imtahan komissiyasının doktorluq imtahanlarını qəbul etmək hüququ yoxdur. Əgər komissiyanın iclasında keçirilən imtahanın ixtisasa uyğun ən azı iki mütəxəssisi varsa və onlardan biri elmlər doktoru olmalı və o elmlər doktorunun komissiyanın doktorluq imtahanlarını qəbul etmək hüququ vardır. Bununla bərabər doktorluq imtahanının qəbulu iclasında imtahan komissiyası üzvlərini ən azı 2/3 iştirak etməlidir.
2. Doktorluq imtahanları bir qayda olaraq, ildə iki dəfə bir ay davam edən sessiya şəklində qəbul olunur. Sessiyaların vaxtı və müddəti doktorluq imtahanlarının qəbulunu təşkil edən təşkilatın rəhbərliyi tərəfindən təyin edilir.
Doktorluq imtahanını verməzdən əvvəl imtahan verənlərə məsləhətlər (konsultasiya) verilir. Doktorluq imtahanlarını qəbul edən təşkilat imtahan verənə imtahan keçiriləcək vaxt və yer haqqında məlumat verir.
Doktorluq imtahanlarının vaxtı, yeri və keçirilmə üsulu haqqında məlumat, imtahana buraxılmış şəxslərin siyahısı və həmçinin doktorluq imtahanlarının proqramları təşkilatın rəsmi saytında ”İnternet” şəbəkəsində cari sessiyaya ən azı bir həftə qalmış yerləşdirilir.
3. Doktorluq imtahanları imtahan komissiyasının nəzarətində, bilet çəkmək üsulu ilə şifahi keçirilir. Doktorluq imtahanının keçirilmə üsulu ixtisasdan, ixtisaslar qrupundan, elmin sahəsindən asılı olaraq müəyyən edilir. Cavabı hazırlamaq üçün imtahan verənlər imtahan vərəqlərindən istifadə edir və bu vərəqlər imtahan qəbulundan sonra beş il müddətində universitetdə (doktorantura şöbəsində) saxlanılır. Əgər doktorluq imtahanının keçirilmə üsulu yazılı hazırlaşma tələb etmirsə imtahan vərəqləri istifadə olunmur.
4. Hər imtahan verən üçün doktorluq imtahanının qəbul protokolu yazılır və ora biletlərin sualları, komissiyanın üzvlərinin imtahan verənə verdikləri suallar, və başqa doktorluq imtahanında bilikləri yoxlama ilə bağlı məlumat daxil edilir. Doktorluq imtahanının qəbul protokolunda onun keçirilmə tarixi göstərilir.
5. İmtahan verənin bilik səviyyəsi “əla”, “yaxşı”, “kafi”, “qeyri kafi” qiymətləndirilir.
6. İmtahan komissiyasının qərarı onun üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda həlledici səs imtahan komissiyasının sədrinin səsi olur, sədr olmadıqda isə həlledici səs imtahan komissiyasının sədr müavininin səsi olur.
7. Doktorluq imtahanının protokolu komissiyanın sədri və üzvləri tərəfindən imzalanır, onların elmi dərəcəsi, elmi adı, tutduğu vəzifəsi və nomenklaturaya uyğun ixtisası qeyd olunur.
Doktorluq imtahanlarının qəbul protokolları universitetin rəhbərinin təsdiq etməsindən sonra beş il müddətində doktorantura şöbəsində saxlanılır.
8. Doktorluq imtahanının verilməsi haqqında müəyyən edilmiş qaydada vəsiqə verilir. Axırıncı imtahan verildikdən sonra doktorluq imtahanlarının vəsiqələri vahid vəsiqə ilə əvəz olunur.
İxtisas vəya fərq imtahanı üzrə verilən doktorluq imtahanının vəsiqəsində nomenklaturaya uyğun ixtisasın adı qeyd olunur. Doktorluq imtahanının verilməsi haqqında vəsiqənin etibarlılıq vaxtı məhdudiyyətsizdir.
-
DOKTORLUQ İMTAHANLARININ TƏŞKİLİ QAYDALARI
1. Hazırkı standart universitetdə doktorluq imtahanlarının təşkilini və verilməsi qaydalarını müəyyən edir.
2. İmtahanın məqsədi– elmi dərəcə almaq istəyən şəxsin peşə biliklərinin dərinliyini, müstəqil elmi-tədqiqat işinə hazırlıq dərəcəsini müəyyən etməkdir. Doktorluq imtahanlarının verilməsi fəlsəfə doktoru elmi dərəcəni almaq üçün mütləqdir.
3. Doktorluq imtahanlarının siyahısına aşağıdakılar daxildir:
-
Fəlsəfə (doktorantlar istisna olunmaqla);
-
Xarici dil;
-
İnformatika (AMEA-nın İnformasiya İqtisadiyyatı İnstitutu);
-
İxtisas fənni (tədris planına daxil edilən fənlər də əlavə edilir).
4.Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisas imtahanı vermək istəyən şəxslər dissertasiya işinin hazır olduğuna dair yazılı müraciət etməlidir (Müraciətdə elmi rəhbərin razılıq imzası mütləqdir).
5.Dissertasiya işi dissertasiya şurasına məktubla təqdim olunduqda ixtisas imtahanı sessiyadan kənar vaxtda qəbul edilə bilər. İxtisas imtahanlarının keçirilməsi, komissiyanın sədrinin razılığı ilə həyata keçirilir.
6.Fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçıları komissiya tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahan verirlər.
7.Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçıların hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almaq üçün əlavə imtahan verirlər.
8.Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahanlar verildiyi tarixdən (sonra növbəti altı il) təhsil müddəti dövrünə qədər etibarlı sayılır.
9.Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahan vermiş iddiaçılara doktorantura şöbəsi tərəfindən “İmtahan vəsiqəsi” təqdim edilir.
10.İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyasının müdafiəsi keçiriləcəyi elmi müəssisədə və ali təhsil müəssisəsində verilir.
11. İxtisasın adının nomenklaturada redaktə olunması, dəyişdirilməsi və ya şifrənin dəyişdirilməsi zamanı ixtisas üzrə doktorluq imtahanı təzədən verilmir.
12. İmtahan verən iddiaçının xəstəliyə və ya başqa üzürlü səbəbə görə doktorluq imtahanına gəlmədiyi səbəbin mövcudluğunu müvafiq sənədlə təsdiq etdikdə universitetin rektoru imtahanın başqa vaxtda yenidən keçirilməsinə icazə verir.
13. Doktorluq imtahanının bir sessiya müddətində təkrar verilməsinə icazə verilmir.
14.İmtahan verən iddiaçı komissiyanın qərarından razı olmadıqda, bir həftə ərzində universitetin doktorantura şöbəsinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər (Apelyasiya). Apelyasiyaya verilən gündən etibarən üç iş günü ərzində yerli hüquqi qaydada araşdırılmalıdır.
15. Bu Nizamnaməyə riayət etmədən verilən doktorluq imtahanının nəticələri etibarsız hesab edilir.
16.Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilati komissiya (AAK) müəyyən edir.
17. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün keçirilən imtahanların proqramı və keçirilmə qaydası komissiya tərəfindən təsdiq edilir.
-
İSTİNAD ETDİLƏN SƏNƏDLƏR
Sənədlər qəbul üzrə:
-
Sənəd qəbulu üzrə komissiyanın əmri;
-
Sənəd qəbulu üzrə komissiyanın protokolu;
-
Sənəd verən iddiaçılar haqqında məlumat forması;
-
İmtahan cədvəli;
-
Qəbul komissiyasının protokolu;
-
Qəbul əmri.
Sənədlər minimum imtahanlar üzrə:
-
Doktorluq imtahanlarının keçirilməsinə dair əmr;
-
Doktorluq imtahanlarının keçirilməsi üçün imtahan biletləri;
-
İmtahan protokolu;
-
İmtahan cədvəli;
-
Qiymət vəsiqəsi;
-
Arayışlar (tələb olunduqda).
7. SƏNƏDLƏRİN MÜHAFİZƏSİ
Şöbə üzrə sənədlərin və qeydlərin saxlanılması Azərbaycan Respublikasının “Arxiv haqqında” qanuna və “Arxiv işinin təşkili” üzrə təlimata (KİS/TL/01) uyğun olaraq mühafizə edilir.
Dostları ilə paylaş: |