3. Beynəlxalq maliyyə-kredit sistemi. Ölkələr arasında iqtisadi münasibətlər ya birbaşa, yaxud da müxtəlif beynəlxalq iqtisadi təşkilatların vasitəsilə tənzimlənir. Belə təsisatlar hər şeydən əvvəl maliyyə-kredit sahəsində fəaliyyət göstərirlər. Bunlara beynəlxalq Valyuta Fondunu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankını (BYIB), Beynəlxalq Hesablaşmalar Bankını (BHB), Avropa Yenidənqurma və Inkişaf Bankını (AYIB) misal göstərmək olar. BVF ən iri beynəlxalq iqtisadi təşki-latlardan,dünya valyuta sistemini tənzimləyən mərkəzi orqanlardan biridir.BVF 1944-cü ildə ABŞ-ın Bretton-Vudse şəhərində beynəlxalq valyuta-maliyyə konfransında yaradılmışdır. BVF ölkələr arasında valyuta sahəsində münasibətlərin əsas, ən ümumi qaydalarını müəyyən edir və BMT-nin ixtisaslaşdırılmış müəssisəsi statusuna malikdir. Onun əsas vəzifələri valyuta problemləri üzrə hökumətlər-arası məsləhətləşmələr aparmaq və əməkdaşlığın daimi mexanizmini təmin etməkdən, valyuta məzənnələrini sabit-ləşdirmək və pul vahidlərinin rəqabətdə qiymətdən düşməsi-nin qarşısını almaqdan, fondun üzvü olan ölkələr arasında cari əməliyyatlar üzrə çoxtərəfli ödənişlər sistemini müəyyən və xarici iqtisadi mübadilənin maneəsiz inkişafını təmin etmək məqsədi ilə valyuta məhdudiyyətlərini aradan qaldır-maqdan, tədiyə balansındakı çatışmazlığı tənzimləmək üçün kredit verməkdən, lazım gəldikdə beynəlxalq miqyasda satı-la bilən şeylərin yerini doldurmaq məqsidilə süni ehtiyat aktivləri – SDR yaratmaqdan ibarətdir.