Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təşkilati-hüquqi formalarını seçmələri. Bütün dün-yada qeyri-məhdud məsuliyyətli şirkətlər məhdud məsuliy-yətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında iştirakına görə əldə etdiyi dividendə şamil edilir ki, bu da firmaların formal olaraq birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.
Ikinci istiqamət–vergitutmanın səviyyəsi nöqteyi-nə-zərindən firmaların yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri möv-cuddur. Dövlət bunlardan iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə edir. Bu güzəştlər regional uyğunsuzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun başlıca səbəblərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi güzəştlərinin müəyyən edilməsidir.